Futbolcular Futbolcular
Futbolcular
2


ROBERT ENKE (1977-2009)

1977-ci il avqustun 24-də Şərqi Almaniyada anadan olan Enke futbola "Jena Farm” klubunda başlayıb və tezliklə "Karl Zeyss Yena”ya keçib. 1996-cı ildə Mönxenqladbax "Borussiya”sının düşərgəsinə qatılan qolkiperin legionerlik həyatı uğursuzluqlarla zəngin olub. O nə "Benfika”da, nə "Barselona”da, nə "Fənərbağça”da, nə də "Tenerife”də möhkəmlənə bildi. Ən uğursuz dövrünü isə "Fənər”də keçirdi. Belə ki, 2003-cü ilin yayında "sarı-lacivərdlilər”lə müqavilə imzalayan Enke növbəti mövsümün ilk turunda "Şükrü Saraçoğlu”dakı görüşdə çərçivəni qorusa da, buraxdığı kobud səhvlər cəmi 13 gündən sonra komandadan ayrılmasına səbəb oldu. 2004-cü ildən "Hannover”in formasını geyinən Robertin qızı 2006-cı ildə 2 yaşında ürək xəstəliyindən vəfat etdi. Bu ilin mayında isə həyat yoldaşı Tereza ilə birlikdə 2 aylıq bir uşağı övladlığa götürdülər. Enke Almaniya yığmasının heyətində 2007-ci ildə "Danimarka” ilə (0:1) matçda debüt edib. Yığmanın formasını 8 dəfə geyinən qolkiperin millidəki son görüşü avqustda Bakıda yığmamıza qarşı (2:0) olub. Gələn il keçiriləcək dünya çempionatında Almaniya yığmasının çərçivəsini qorumağa ən real namizəd də Enke sayılırdı. Millidəki mövqeyini qorumaq üçün daha güclü kluba keçmək istədiyini tez-tez bildirən Enkenin yayda "Bavariya”ya keçidi də gündəmdə idi. Enkenin həyatında son oyunu ötən bazar günü "Hamburq”la keçirilən (2:2) qarşılaşma oldu.


XOAN QAMPER (1877-1930)

1877-ci il noyabrın 22-də dünyaya göz açan isveçrəli futbol adamı 1899-cu ildə dünyanın ən böyük klubu "Barselona”nı qurub. Ayrı-ayrı vaxtlarda 5 dönəm (1908/09, 1910/13, 1917/19, 1921/23, 1924/25) "Barselona”ya prezidentlik etmiş Qamper məşhur futbolçular Rikardo Zamora, Xosep Samitier və Poulino Alkanatralı klubun qızıl dövründə onun sükanı arxasında idi. 1925-ci il iyunun 24-də "Barselona”lı azarkeşlərin İspaniyanın himnini oxumaları və ardından "God Save the Queen” (Tanrı kraliçanı qorusun) mahnısını alqışlamaları həmin dövrün diktatoru olan Primo de Riveranın Katalon milliyyətçiliyini yaymaqda günahlandırılan Qamperi İspaniyadan qovması ilə nəticələnib. Bundan əlavə, "Barselona”nın 1957-ci ilə qədər istifadə etdiyi "Les Corts” stadionu da 6 aylıq müddətə bağlanıldı. ölkəsi İsveçrəyə qayıdan Qamper isə şəxsi və maliyyə problemləri ucbatından 52 yaşında intihar etdi.

SANDOR KOçİŞ (1929-1979)

Macarıstanın 1929-cu il təvəllüdlü əfsanəvi futbolçusu Sandor Koçiş və Fenerts Puşkaş "sehirli macarlar”ın bir parçası idilər. 1950-ci "Uembley”də İngiltərə yığmasına 6:3 hesabı ilə qalib gəlməklə ölkə futbolunda çevriliş edən heyətdə Koçiş də var idi. Macarıstan yığmasının əvəzedilməz oyunçusu olan Koçiş "Barselona”da 7 illik möhtəşəm karyeraya sahib oldu. Peşəkar futbolçu karyerasını bitirdikdən sonra qan və mədə xərçəngi xəstəliyi ilə mübarizə aparan Koçiş 1979-cu ildə Barselonada müayinə olunduğu bir xəstəxananın 4-cü mərtəbəsindən özünü ataraq, həyatına son qoyub.

SERGİ LOPES SEQU (1967-2006)


İntihar edən digər futbolçu Sergi Lopez Sequ da "Barselona”da çıxış edib. "Barselona” və "Valensiya” kimi komandalarda oynamış və hazırda karyerasını davam etdirən Xerard Lopes Sequnun böyük qardaşı olan Sergi Lopes 1987-1991-ci illər arasında oynadığı "Barsa”da Yohan Kruffin rəhbərliyi altında 1989-cu ildə finalda "Sampdoriya”nı məğlub edərək, Kuboklar Kubokunun qalibi olub. Daha sonra "Malyorka” və "Saraqosa”nın da formasını geyinən Lopes dizindəki zədə ucbatından futboldan erkən ayrıldı. Həyat yoldaşı ilə problemləri olduğu üçün psixoloji yardım alan Sergi 2006-cı ildə Enke kimi özünü qatarın altına ataraq, 39 yaşında həyata gözünü yumdu.


MATTİAS SİNDELAR (1903-1939)

Birinci dünya müharibəsi dövründə Avstriya yığması dünyanın ən güclü komandası hesab edilirdi. 1931/32-ci illərdəki 20 aylıq müddətdə 14 oyunluq məğlubiyyətsizlik seriyası ilə tanınan "arzuların komandası”nın əvəzedilməz oyunçularından biri də Sindelar idi. Almanların Avstriyanı işğal etdikləri vaxt nasistlərə "meydan oxuyan” və Almaniya yığmasında oynamaq təklifini rədd edən "Futbolun Motsartı” 1939-cu ildə Vyanadakı evində qazdan zəhərlənərək ölüb. Bəziləri 35 yaşlı oyunçunun intihar etdiyini, bəziləri isə bunun ani diqqətsizlik olduğunu söyləyirdilər. Ən real variant isə onun nasistlər tərəfindən qətlə yetirilməsi idi.


POL VAESSEN (1962-2001)

Ekspertlər "qəza nəticəsində ölüb” deyə raport versələr də, "Arsenal”ın 39 yaşlı hücumçusu Pol Vassenin intihar etdiyi iddia edilir. 1980-ci ildə Kuboklar Kubokunun yarımfinalında "Yuventus” üzərində 2:1 hesabı ilə qələbə qazanılan matçda meydançaya sonradan girən və həmin vaxt cəmi 18 yaşı olan Vassen son dəqiqələrdə qələbə qolunun müəllifi olmuşdu. Lakin tezliklə ard-arda gələn zədələr və yenidən narkotik maddələr qəbul etməsi onun karyerasını erkən bitirməsinə səbəb oldu. Yüksək dozada heroin qəbul etdiyi üçün öldüyü deyilən Vassenin qəribə həyat hekayəsi var idi. ölkəsinin komandasına tarixi ərzində "Yuventus” üzərində səfərdə ilk qələbəsini qazandıran ingiltərəli futbolçu oğru, alkoqol, narkotik maddə aludəçisi, əsəbi, həyat yoldaşını tez-tez aldadan, 6 dəfə bıçaqlanan, bir polisi döyən, tez-tez məhkəməyə çıxan bir insan idi.
AQOSTİNO Dİ BARTOLOMEY (1955-1994)

Vassen kimi 39 yaşında həyata göz yuman "Roma”nın əfsanəvi futbolçusu Aqostino di Bartolomeyin ölümü ilə bağlı heç bir mülahizə yürüdülmədi. Françesko Totti və Cüzeppe Cianninidən əvvəl "Roma”nın fəxri məhz di Bartolomey idi. "Aqo” paytaxt klubunda oynadığı 15 il ərzində 308 oyun keçirdi və 66 qola imza atdı. 308 matçın 146-da isə komandanı kapitan kimi meydançaya o çıxarıb. 1983-cü ildə "Roma”nı A seriyasının qalibi edən di Bartolomeynin komandası bir il sonra çempionlar Kubokunun finalında "Liverpul”a penaltilərlə məğlub olsa da, o, matçın ən yaxşısı seçildi. Bundan düz 10 sonra isə maliyyə problemləri ilə üzləşən "Aqo” infarktdan vəfat edib.

JÜSTİN FAŞANU (1951-1998)

İngiltərədə intihar edən futbolçular arasında ən məşhuru, heç şübhəsiz ki, Jüstin Faşanudur. O, 1970-ci illərin sonu, 80-ci illərin əvvəllərində gələcək vəd edən futbolçu idi. Faşanu bu gün ölümündən çox ulduz futbolçular arasında "cinsi azlıq” olduğu açıqlanan ilk və yeganə futbolçu kimi xatırlanır. 1981-ci ildə "Nottingem Forest”ə transfer edildiyi zaman ən çox pul xərclənən qaradərili oyunçu olan (1 milyon funt-sterlinq) Faşanunun şəxsi həyatının olaylı keçməsi və istedadını nümayiş etdirə bilməməsi baş məşqçi Brayan Klouq tərəfindən komandadan uzaqlaşdırılmasına səbəb olmuşdu. 1998-ci ildə haqsız yerə günahlandırıldığını bildirən bir yazı yazan Faşanu özünü asmışdı.

Allah Rəhmət Eləsin!



Yükləyib: KayFAriK2010-Mart-15 Çap Etmək
Şərhlərin sayı: 0
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı növ failları siz daha çox yükləyirsiniz?
  
  

Səs verib: 346-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar