Rəyi soruşulan gənclərin(18-30 yaş arasında) 55%-i öz maddi vəziyyətindən razıdır,43%-i isə maddi sıxıntı içində yaşayır.Daha yaxşı həyat axtarışında ölkəni birdəfəlik tərk etmək istəyən gənclərin sayı artıb–23%.Rəyi soruşulanların 43%-i ölkəni müvvəqəti tərk etmək istədiklərini bildirib.
Respondentlərin 42%-i dövlət müəsissələrində,11%-i biznes qurumlarında işləmək istədiyini bildirib,40%-i isə öz biznesini qurmaq niyyətindədir,yalnız 3% heç bir yerdə çalışmadan valideynlərinin hesabına yaşamaq istəyir.
Tanrıya inandıqlarını bildirən respondentlərin sayı 96% təşkil edib.Dini ayinləri mütəmadi olaraq 13% yerinə yetirir.Tam olaraq və ya ailə məsələləri sahəsində şəriət qanunlarının tətbiqini respondentlərin 53% alqışlayır.
Qızlar üçün nikaha qədər seksi respondentlərin 69%-i pisləyib,18%-i bunu normal hal və hər kəsin öz şəxsi işi kimi qiymətləndirib,yalniz 3%-i bunun zəruri olduğunu bildirib.Seksual azlıqlara respondentlərin 73%-i mənfi,11%-i laqeyid,9%-i müsbət münasibət bəslədiyini qeyd edib.
Ailədə kişinin rolunu daha yüksək tutanlar 46%,bu rolu qadına verənlər 2%,ailədə hər şeyin qarşılıqlı razılıqla baş verməsini düzgün hesab edənlər 47%,başçı olmaq hüququnun evə daha çox pul gətirənə aid olduğunu düşünənlər 4% təşkil edib.
Respondentlərin 47%-i ölkədə siyasi vəziyyəti sabit sayır.28% siyasi vəziyyətin gərgin olduğunu düşünür.«Əmin-amanlıqdır» deyənlər 7%,«çox təhlükəlidir» deyənlər 2%, cabab verməyə çətinlik çəkənlər 16% təşkil edib.
Rusiya və Qərb gənclər arasında eyni səviyyədə populyardır:Azərbaycan Rusiya və MDB dövlətləri ilə birgə daha çox inkişaf etmək imkanına malikdir–44%,Avropa və ABŞ-la birgə–42%,Türkiyə ilə birgə–37%,İran və islam dünyası ilə birgə–8%.
Gənclərin 50%-i heç bir tarixi şəxsə bənzəmək istəmədiyini bildirib.Məmməd Əmin Rəsulzadəni seçənlər 6%,Heydər Əliyevi seçənlər 6%,Əbülfəz Elçibəyi seçənlər 5%,Kamal Atatürkü seçənlər 4%,Mehriban Əliyevanı seçənlər 4%,İlham Əliyev seçənlər 4%,Şah İsmayıl Xətaini seçənlər 3% təşkil edib.
Rəyi soruşulanların yalnız 7%-i siyasi partiya üzvü olduğunu bildirib.Respondentlərin 35%-i siyasətlə maraqlanmır.
Gənclərin internetə çıxış imkanları zəifdir.Respondentlərin yalnız 20%-i gündəlik olaraq internetə daxil ola bilir, gündə bir neçə dəfə internetdən istifadə edən respondentlər 26%,ayda bir dəfə istifadə edənlər 18%,internet çıxışına malik olmayanlarsa 36% təşkil edib./azadliq.org/
Şərhlərin sayı: 1 | |
Yazıb: CHARMING #1
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
sen bu qeribe xeberleri hardan tapiran?yenede maraqli melumata gore thanks
| |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|