Azərbaycanda intellektual oyunlara maraq eyfariya səviyyəsindədir. Bu fikir AzadlıqRadiosunun «14-24» proqramında «Xəzər» İntellektual Klubunun rəhbəri Seymur Teymurov və intellektual oyunçulardan Emin Yasinovun müzakirəsində səsləndi.
«Xəzər» İntellektual Klubu 9 ildir fəaliyyət göstərir. Klubun rəhbəri deyir ki, gənclər ilk mərhələdə kluba adi maraqdan ötrü gəlirlər. Ancaq sonra təbii seçmə baş verir: heç də hamı sonadək qalıb bu oyunlarda iştirak edə bilmir. O bunu gənclərin bilik səviyyəsilə əlaqələndirir:
«Biz hiss edirik ki, son illər bizə qoşulan insanlar əvvəlki illərdəki gənclərdən qat-qat zəifdir. Bu illər ərzində ildən-ilə təhsil səviyyəsi, gənclərin bilik səviyyəsi kəskin şəkildə aşağı düşüb və bu tendensiya davam etməkdədir. Biz hələ müsbət heç nə görmürük. Bakı Dövlət Universitetinin çox nüfuzlu bir fakültəsində keçirilən yarışda 36 sualdan cəmi 17-18 düzgün cavab alırıqsa, eyni suallara biz Bakı məktəblilərinin yarışında komandalar 20-28 xal arasında nəticə göstərir. Eyni suallara Dillər Universitetində düzgün cavab 15-dir».
Seymur Teymurov intellektual oyunlarda gənclərin göstərdiyi nəticələri Azərbaycan təhsilinin göstəricilərindən biri hesab edir:
«Bu, böyük bir siqnaldır. Bu, təhsilimizin böyük bir problemidir ki, Sovet dövrünün insanları azalıb. Öz yaşıdlarımızla danışırdıq ki, biz başqa dəyərlərlə böyümüşük. Baxmayaraq ki, 28-30 yaş arasındayıq, özümüzü bir az qoca hiss etdik. Biz kibermüharibələrlə müşayiət olunan multiplikasiya filmlərinə baxmırdıq, bizim öz ideallarımız var idi, öz sevimli nağıllarımız var idi. İndi çox az rast gəlinir ki, hər hansı yeniyetmə, gənc kitab oxusun. Bu, qloballaşmanın bir təsiridir biz, özü də çox mənfi təsiridir».
Emin Yasinov: «Mən yeni nəslin nümayəndəsiyəm, amma böyüklərdən eşidirik ki, əvvəllər avtobusda gedərkən adamların əlində bir qəzet olurdu, bir kitab olurdu. Mütaliəsiz keçinmirdilər. Mütaliə sahəsində bir tənzimlənməyə, siyasətə çox böyük ehtiyac var».
Şərhlərin sayı: 10 | |
![]()
Yazıb: iLLeGaL #10
![]() ![]() KaYFaRiK CoooooX TWK CoX GeNTLeMaN iMiWSeN
![]() ![]()
Yazıb: KayFAriK #9
![]() ![]() Allah elemesin pert olasan))eybi yox penallashma senlikdi)
![]()
Yazıb: iLLeGaL #8
![]() ![]() KaYFaRiK oK PeRTCiLiK
![]() ![]()
Yazıb: KayFAriK #7
![]() ![]() iLLeGaL men haminin fikrine hormet edirem yazmisham,raziyam yox)))
![]()
Yazıb: iLLeGaL #6
![]() ![]() KaYFaRiK MeNiM FiKRiMLeDe RaZiSaN?;) :)))))))))))))))))))
![]()
Yazıb: KayFAriK #5
![]() ![]() Haminin fikirine hormet edirem,bunun bashlica sebebi onan ireli gelibki indi mekteblerde,universitetlerde herne pulnan hell olunur deye genclerin oxumaga hevesi olub.bu tema haqqinda cox danishmay olar sadece xeyri yoxdu
![]()
Yazıb: iLLeGaL #4
![]() ![]() HaMiYLa RaZiYaM MooNLiGHTDaN BaWQa
![]() ![]()
Yazıb: Tapdiq #3
![]() ![]() Bunların hamısı kitab oxunmadığına,mütaliə olmadığına görədir.Mobil telefon,kompüter,televizor kitabı əvəz edə bilmir.Sadəcə olaraq,gənclərin əksəriyyətində elmə,təhsilə maraq,həvəs yoxdur.Bizi ancaq işə düzəlib nə qədər maaş alacağımız düşündürür.Bir qarnımızı fikirləşirik,bir də ki,əyin-başımızı.
P.S. Azərbaycan adlı ölkəyə ağıllı adam lazım deyil.Bu məmləkətə ancaq işçi qüvvəsi gərəkdir. ![]()
Yazıb: Moonlight #2
![]() ![]() QLOBAL TUPOYLASMANIN YEGANE SEBEBI TEST USULU ILE KECIRILEN IMTAHANLARDIR
![]()
Yazıb: Moonlight #1
![]() ![]() RAZIYAM.HEQIQETEN DE ELEDIR.LOST GENERATION BOYUYUR DE
| |
![]()
|
|

