Bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bu gün keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, artıq həmin ərazidə zooloji parkın yaradılması istiqamətində ciddi iş gedir. Belə ki, ərazi nazirliyin elan etdiyi tender nəticəsində seçilmiş hollandiyalı ekspertlər tərəfindən qiymətləndirilib. Qiymətləndirmədən sonra orada zooloji parkın yaradılması məqsədəuyğun sayılıb. Nazir deyib ki, hazırda həmin zooloji parkda yerli mühitə uyğun canlıların və ya xaricdən gətirilən heyvanların saxlanılmasına dair müzakirələr aparılır. Onun sözlərinə görə, kiçik parklarda, istirahət mərkəzlərində saxlanılan heyvanlar da yeni yaradılan parka köçürüləcək. Bundan başqa, yeni zooparkda Azərbaycana məxsus olmayan bəzi heyvanların da saxlanılması nəzərdə tutulur. Hüseynqulu Bağırovun sözlərinə görə, dünyanın ən müasir şəhərlərində, Yaxın Şərq, Ön Asiya və Mərkəzi Asiyada ixtisaslaşmış böyük zooloji parklar yoxdur. Onun sözlərinə görə, şəhərin kənarında ilk zooloji park region ölkələri arasında məhz Azərbaycanda yaradılır.
Bakının mərkəzindəki heyvanat parkı yaxın vaxtlarda şəhərin kənarına köçürüləcək. Artıq bunun üçün Qaradağ rayonunun Güzdək qəsəbəsi yaxınlığında 55 hektar sahə ayrılıb.
Şərhlərin sayı: 3 | |
Yazıb: Pis_Oglan #3
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
usaq olarsan ki........ :)))))
Yazıb: wry_yikda #2
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
:))))))))))))) heyvanlari neyniyirki....bawa duwdunde
Yazıb: Pis_Oglan #1
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
mence bu kimdise parkdaki heyvanlari yavash - yavash oz kendine aparir....
| |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|