İyulun 4-də ali məktəblərin III qrupu üzrə keçiriləcək qəbul imtahanlarında iştirak edəcək ən yaşlı abituriyentin 71 yaşı var. Bu barədə məlumat Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilib. Adıçəkilən qrup üzrə imtahan verəcək ən gənc abituriyent isə 1995-ci il təvəllüdlüdür. Bazar günü keçiriləcək imtahan Bakı, Naxçıvan və Sumqayıt şəhərlərində aparılacaq.
Qeyd edək ki, III qrup üzrə 33316 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 30187 nəfəri Azərbaycan bölməsinin, 3129 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 9227 nəfərini oğlanlar, 24089 nəfərini isə qızlar təşkil edir. 16876 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur.
15732 orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 162 abituriyent xarici ölkələrin vətəndaşıdır. 231 abituriyent ali təhsillidir və III ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 1630 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur.
İmtahanların nəticələri qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənə biləcəklər.
Şərhlərin sayı: 2 | |
Yazıb: wry_yikda #2
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
)))) menimde bextim neyi var getirmiwdi...kocurtmuwdum yaxwicaaaaa
Yazıb: CHARMING #1
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
4 il bundan qabaq mende imtahan vermiwdim.imtahanin cavablari cixana qeder wokdan ayilmamiwdim.Allah bu ilki wagirdlere ozu komek olsun.Bunu unutmayin cekilen zehmet hec vaxt yerde qalmir.Indi zehmet cekin ki gelecekdede onun behresini goresiz.
| |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|