Gələcək. Uğur Evlənmək Mübahisə Görünüş Mağaza İntim həyat Səhnəcik Telefon Film Hesab Sevgi Ayrılıq
Qadın öz gələcəyi haqda narahat olur - Kişi tapıb evlənənə qədər.
Kişi öz gələcəyi haqda heç vaxt narahat olmur - Bir qadınla evlənənə qədər.
Uğurlu kişi odur ki arvadının xərcləməsi üçün çoxlu pul qazansın.
Uğurlu qadın odur ki həmin kişini tapsın.
Qadın kişiylə evlənir, ümid edir ki,o gələcəkdə dəyişəcək.
Kişi qadınla evlənir, ümid edir ki,o gələcəkdə dəyişməyəcək.Amma o dəyişir.
Qadının hər axırıncı sözü mübahisəylə bitəcək, kişi bunun dalıycan bir söz əlavə etsə bu yeni mübahisənin təməlini qoyacaq.
Kişi yuxudan duranda axşam yatağa girdiyi kimi yaxşı görünür.
Qadın gecə ərzində xeyli eybəcərləşir.
Kişi 5 manatlıq bir əşyaya 10 manat verərək alacaq.
Qadın ehtiyacı olmadığı 10 manatlıq əşyanı 5 manata almağa çalışacaq, ehtiyacı yoxdu amma o satılır.
Qadın 30-35 dəqiqəlik intim aktı üstün tutur.
Kişi 30-35 saniyəlik akta üstünlük verir.
Qadın üçün filmin ən maraqlı yeri baş qəhrəmanın sevgilisini ilk dəfə öpməsi səhnəsidi.
Kişi üçün filmin ən maraqlı yeri qəhrəmanın rəqibini əzişdirməsi səhnəsidi.
Kişi telefondan bir əlaqə vasitəsi kimi istifadə edir.
Qadın bir həftə rəfiqəsigildə qalacaq, sonra evə qayıdıb həmin rəfiqəsi ilə yenə 3 saat telefonda danişacaq.
Hər bir aktrisa kariyerası ərzində filmdə ən azından bir dəfə açıq-saçıq səhnədə çəkilib. Bunun səbəbi odur ki hər bir filmin rejisoru kişidi.
Kişilər kafedə hesabı verərkən hərəsi 5 manat stolun üstünə atacaq. Baxmayaraq kı bütün hesab cəmi 8 manatdı.
Qadınlar hesab verərkən arxa ciblərindəki kalkulyatoru çıxardacaq.
Qadınlar qulağı ilə sevir
Kişilər gözləri ilə
Sevgililər bir birindən ayrılandan sonra qız ağlayacaq və bütün ürəyini rəfiqəsinə boşaldacaq. Sonda isə "Bütün kişilər səfehdi" adlı bir roman yazacaq.
Oğlan isə ayrılıqdan sonra daha çox əzab çəkir. Ayrılıqdan 6 ay keçəndən sonra gecə saat 3-də ona zəng edəcək və deyəcək:"Mən sadəcə bilməni istədim ki, sən mənim həyatımı məhv elədin, mən sənə nifrət edirəm, sən sadəcə bir tərbiyəsiz qızsan. Amma bizim üçün həmişə şans var:)"
Şərhlərin sayı: 2 | |
Yazıb: Pis_Oglan #2
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
menim ureyim agridi... :))[b]
Yazıb: ErasmuskA #1
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Maraqli idi tewekkur...
| |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|