Kişi İlə Qadını Ayıran 40 Fərq Kişi İlə Qadını Ayıran 40 Fərq
Kişi İlə Qadını Ayıran 40 Fərq
1

1 Fərq elə beşikdən başlanır. Klinik məlumatlara müvafiq olaraq bu zaman oğlanlar yerlərində fırlanır, qızlar isə ətrafdakılara diqqətlə nəzər salırlar.

2 Kişi beyni qadın beynindən 200 qram ağırdır.

3 Qızlar daha tez dil açır.

4 İybilmə duyğusu qadınlarda 20 faiz yaxşı olsa da, ətir yaradıcılarının 80 faizi kişidir.

5 Psixi tənəzüllər qadınlarda iki dəfə tez baş verir.

6 Qadınlarda musiqi qabiliyyəti daha yaxşıdır. Bu mənada 6 qadına 1 kişi düşür.

7 15-24 yaşlı oğlanlar qızlara nisbətən 6 dəfə çox uğursuzluqla rastlaşır, üç dəfə artıq yol hadisəsi törədir və tez-tez intihar edirlər.

8 Kişilərin 48 faizi, qadınlarınsa yalnız 22 faizi xoruldayır.

9 Kişilər adətən öz tələblərini birbaşa irəli sürür, qadınlarsa "mıs-mıs" edirlər.

10 Uşaq oyuncaqları istehsalçılarının fikrincə, oğlanlarda yaradıcılıq qabiliyyəti daha aydın ifadə olunub.

11 Qadınlar kişilərdən üç dəfə çox telefonla danışır, buna gündə 20 dəqiqə vaxt sərf edirlər. Kişilərdə bu müddət 6 dəqiqədən çox deyil.

12 Kişilərdə ağ ciyərin məhsuldarlığı 20 faiz, ürəyinki isə 15 faiz çoxdur.

13 Miqrenlərin dörddə üç hissəsi qadınların payına düşür.

14 Qadınlar kişilərdən çox yaşasalar da, onların qocalma prosesi tez baş verir və nəzərə çarpır.

15 Qadınlar spirtli içkinin təsirinə iki dəfə artıq həssasdır.

16 Solaxaylıq oğlanlar arasında daha çoxdur (beynin sağ yarımkürəsinin üstünlüyü).

17 Tərəf-müqabilinin zahiri görkəmi kişilərin 22 faizi, qadınlarınsa 11 faizi üçün hakim rol oynayır.

18 Yerlərini qeyri-ixtiyari olaraq bulaşdıran uşaqların 90 faizi oğlanlardır.

19 Kişilər riyaziyyata daha çox meyl göstərir. 12 görkəmli riyaziyyatçıya yalnız bir qadın düşür.

20 Qadınlar şirniyyatı, kişilərsə turşunu çox sevirlər.

21 Dərketmə hissində kəskin fərqlər: toxunmaya az həssas olan qadınlar ən həssas kişini geridə qoyur.

22 Qadınlar xarici dilləri daha tez mənimsəyir.

23 İsveçrəli dilçi Edit Slembekin tədqiqatlarına görə, qadınlar kişilərdən iki dəfə çox felin lazım formasından istifadə edir, beş dəfə çox "ola bilsin" və "bir neçə" sözlərini işlədir, üç dəfə çox sual verir, tez-tez üzr istəyirlər.

24 Oğlanlar öz amansızlıqları ilə qızlardan 15 dəfə artıq fərqlənirlər.

25 Kişilər tez və qətiyyətli, qadınlarsa uzun-uzadı düşüncələrdən və yaxın adamlarla məsləhətlərdən sonra qərar qəbul edir.

26 Kişilər psixatriya müalicəxanalarına iki dəfə artıq düşürrlər.

27 Siqaret çəkən kişilər qadınlardan 30 dəfə çoxdur.

28 Oğlanlara qızlardan çox yuxu lazımdır. Lakin bu tənasüb 6 yaşında dəyişir. Yaşlı qadınlara isə orta hesabla bir saat çox yuxu lazımdır.

29 Debore Tannenin fikrincə, qadınların kişilərlə söhbəti zamanı "bəli, bəli" demələri, onların kişiləri dinləməsi deməkdir. Kişi isə belə hesab edir ki, qadın onun sözlərini təqdir edir.

30 68 faiz kişi, 20 faiz qadın ononizmlə məşğul olur.

31 Hər iki cins bərabər dərəcədə güzgüyə baxmağı xoşlayır: kişilər öz bədənlərindən, qadınlarsa paltarlarından həzz alır.

32 Kişilər çox zaman qırmızı rəngi, qadınlar isə mavi rəngi seçirlər.

33 Qadınların 60 faizi, kişilərin 40 faizi yuxusuzluqdan əziyyət çəkir.

34 Kişilərin seksual təxəyülləri bədən və onun ayrı-ayrı hissələri ətrafında fırlanır. Qadınlar isə bütün "ssenarini" təsəvvür edirlər.

35 Qadınlar stressləri kişilərdən yaxşı keçirirlər. Çünki onlarda adrenalin daha az ayrılır və təzyiq belə kəskin qalxmır.

36 Qadınlar ağrılara daha həssasdırlar, lakin kişilərdən dözümlüdürlər.

37 Kişilər həyatı çətinliklərin öhdəsindən asan gəlir və çox zaman işdə, siyasətdə, idmanda təskinlik tapırlar.

38 Mühakimə olunmuş 10 nəfərdən 9-u kişidir.

39 Qadınlar tez-tez gülümsəyir və söhbət əsnasında həmsöhbətin dik gözlərinə baxırlar, kişilər isə əksinə, baxışlarını yayındırırlar.

40 İctimaiyyətin təsiri altında kişi və qadınların seksual davranışının müxtəlif modelləri yaranıb. Fransız seksoloqu Nadin Qrafeqleyə görə, kişilər daim bunun həsrətini çəkir, qadınlar isə arzu edirlər.




Yükləyib: Administrator2010-Aprel-14 Çap Etmək
Şərhlərin sayı: 1
Yazıb: Pis_Oglan #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
yaxsidi xosuma geldi. sagol
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Bizim yeni dizaynımız sizcə necədir?
  
  

Səs verib: 505-nəfər!  
  
Şəxsi Kabinet
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 3
Qonaq: 3
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar