Küçə Qızı İlə Müsahibə Küçə Qızı İlə Müsahibə
Küçə Qızı İlə Müsahibə
9

Hörmətli oxucular, adını olduğu kimi versək də, xahişi ilə soyadını yazmırıq.

- Neçə yaşın var?

- Artıq 32 olar.

- Lalə, birinci dəfə nə vaxt fahişəliyə başladın?

- Gəlin belə edək, mənə fahişə deməyin. Siz jurnalistlər hər yerdən xəbər tapıb qəzetdə yazirsiz. Onda belə çıxır ki, siz də «xəbərçisiz»?

- Yaxşı, ilk dəfə nə vaxt bu yola düşdün?

- Ərimdən boşanandan sonra…

- Niyə boşandın?

- Çıxıb getdi Rusiyaya, qayınanam da mənlə yola getmədi. Dolanmaq üçün gəldim Bakıya…

- Bakıda bu “dünya”da vəziyyət necədi?

- Qabaqlar çox pis günlər keçirtdim. Bazarların yanındakı gecə barlarında olurdum. İki dəfə xəstəlik tapdım. Sonra bir nəfərlə tanış oldum. İki ay məni saxladı. Ondan sonra hər şey dəyişdi.

- Necə yəni dəyişdi?

- Yeni «kruq» yarandı… Məni saxlayan axır vaxtlar deyəsən, məndən bezmişdi. Həftədə bir iki dostu ilə məni tanış edirdi. Onların da imkanları yaxşıydı.

- Bir sözlə, bazar alverçilərindən varlı adamların əhatəsinə düşdün?

- Hə…

- Maddi baxımdan fərq necədi?

- Bazarda 15-30 manata, amma indi eləsi varkı 300-500 dollar da verir.

- İndiki həyatından narazı deyilsən?

- İndi daha qorxuludu.

- Niyə?

- Bilirsən, həm xərc çox çıxır, həm çətinliklər olur…

- Məsələn...?

- Məsələn, işimə uyğun olaraq ingilis dilini öyrənirəm… Qabaqlar 2-3 manatlıq bəzək əşyalarından istifadə edirdimsə, indi gündə bəlkə də saç düzəltməklə bir yerdə xərcim 50-100 dollara çatır. Yəni, baxır, «kliyentə».

- Müştərilərin arasında tanınmışlar var?

- Əlbətdə var.

- Onlarla rahatdı, ya?

- Onlar pul baxımından sərf edir. Amma bir şey deyim; son vaxtlar imkanlı, vəzifəli adamların çox hissəsi seksual baxımdan zəifləyiblər. Bəlkə də narkotikdən-markotikdən istifadə etdiklərinə görə belə olur. Eləsi olur ki, bir sutka adamı yanında saxladır, başımıza yüz hoqqa gətirir, amma heç bir şey edə bilmir. Biri varıydı, zavod direktoru, yaşlı kişi idi, hər dəfə mənimlə görüşəndə ən azı 500 verirdi. Eləcə məni öpüb, danışdırıb çıxıb gedirdi. Amma 10-15 manat verənlər nəfəsimizi kəsirdilər.

- Bəs döyülmə halları da olur?

- Eh… hər dəfə evdən çıxanda Allaha dua eliyirəm ki, bıçaqlanmayım. Bir «kliyentim» var, onda alınmayanda məni döyür.

- Onda niyə onunla görüşürsən?

- Həm çox pul verir, həm də qorxuram «otkaz» eləyəndən sonra məni tutdura…

- Niyə onların heç olmasa, birinin adını çəkmirsən?

- Ölümümü istəyirsən?!

- Bəs bu yolun yolçusu olan qadın jurnalistlər var?

- Var nədi, doludu. Televiziyada işləyənləri, reklamlara çəkilənləri isə baha qiymətə çıxırlar. Birini tanıyırdım. Gəzmədiyi adam qalmadı. O qədər «abort» etdirmişdi ki, uşağı da olmurdu. O günü eşitdim ki, özündən on-on beş yaş cavan bir oğlana ərə gedib. Onlar bizim kimi hər zəngə çıxmırlar. Əllərində bir-iki restoran müdiri, zavod direktoru, nə bilim imkanlı adam olur, pullarını da onlardan çıxarırlar.

- Bəs, xaricilərlə münasibətin necədi?

- Dili təzə öyrənirəm. Ona görə bir-ikisini tanıyıram. Əşi, onlar da bir kişi deyil. Elə öpməklə məşğul olurlar.

- Lalə, maraqlıdı, bu boyda həyatdan sonra kimisə yenə sevə bilərsən?

- Elə indi də sevirəm. Ailəli, mərifətli bir oğlandı. O, mənə zəng vuranda nə işim olur-olsun atıb gedirəm. Bir dəfədə olsa pul almamışam. Onu görməyəndə artıq darıxıram. O da nə qədər istəyir pul versin götürmürəm. Bir ara ailəsində problem olmuşdu. Dedi, gəl evlənək. Razılıq vermədim.

- Niyə?

- Ev yıxanam? Odey, barışdılar indi bir yerdə yaşayırlar.

- Onu sevdiyini bilir?

- Nə bilim… Yəqin bilər…

- Nə yaxşı uşağın yoxdu?

- Hələ tezdi. Ev almışam… bəzi işləri də görüm, sonra baxarıq.

- Bəs, evdəkilər sənin kim olduğunu bilir?

- Yəqin ki, bilirlər. Amma demişəm ki, firmada işləyirəm. Birdə ki pulun varsa, bakirə qız kimi də qəbul edərlər səni…

- Lalə, bəs bu işdən nə vaxtsa ayrılmaq istəyirsən?

- Əlbətdə ki, istəyirəm… İngilis dilini öyrənirəm, kompyuteri artıq bilirəm. Hər şey qaydasına düşəndən sonra, banklardan birində işləmək istəyirəm. Belə yaşamaqdan bezirəm.

- Heç kitab oxuyursan?

- Axır vaxtlar “kliyentlərimiz” şeiri sevirlər. Ona görə, şer kitablarını arada bir oxuyuram.

- Kimləri?

- Axırıncı dəfə biri üzümə tüpürdü ki, niyə «Gedək bir Qazaxa salam verək» şeirini bilmirsən… Buna görə, kimdən gəldi, bir-ikisini öyrənirəm.

- Müsahibənin əvvəlində dedin ki, mənə fahişə demə. Bəs sənə nə deyək?

- Gəzəyən, fahişə, q…. adlarından xoşum gəlmir. Özü də axıra qədər bu işlə məşğul olmayacağam ki…




Yükləyib: Administrator2010-May-22 Çap Etmək
Şərhlərin sayı: 8
Yazıb: Pis_Oglan #8 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
ne olursa olsun care bele heyati secmek mecburiyyetinde qalmaq deyil...
Yazıb: Tapdiq #7 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
Əla mövzudur.Xalaşka öz biznes planı haqqında danışdı.Bu mövzuya görə Administratora "respect" deyirəm.Xahiş edirəm ki,əgər mümkündürsə gələn dəfə bu sahənin avtoritetlərindən biri olan Mama Roza haqqında tema yerləşdirsin.Axı,biz neynirik təhsili,savadı,ağıllı söhbətləri?Kəndivin aşığını!
Mövzuya gəldikdə isə onu deyə bilərəm ki,sovetin dövründə də fahişəlik var idi.Amma,onda bu qapalı,gizli idi.Sekretarşa öz rəisi ilə yatmalı idi.Amma,hal-hazırda o vaxtkı dövrdən fərqli olaraq,bu açıq formadadır.Hansı boynu yoğun əminin,tuzbalanın hansı müğənnini saxlaması,fırlatmağı hamıya məlumdur.Ən pisi isə odur ki,nazirlərin,bəzi məmurların pastelindən çıxan bəzi "tərbiyəli" müğənnilər televiziyada millətə analıqdan dərs deyir.İran kimi dinin güclü olduğu bir ölkədə fahişəlik ölkəmizdə olandan dəfələrlə çoxdur.Qadağalar,ağır cəzalar bunun qabağını ala bilmir.Bir şeyi dəqiq deyə bilirəm ki,insan həmişə öz təbiətinin dalınca qaçıb.
Rəhmətlik nənəm deyirdi: "Bala,insan üçün təmiz addan yaxşı heç nə yoxdur."
P.S. Ac adam kişi sayılmır.
Yazıb: KayFAriK #6 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
Mende uje Tapdiqi kecmisheme))
Yazıb: KayFAriK #5 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
Mence 1neferi qinamaq duzgun deil,heckes isteyerek pis yola dushmur.bu cemiyetin ve dovletin problemidir.gunu-gunen neki faishelik hemcinin narkomaniyada bash alib gedib.bunlarin hamisi ishsizlikden ve mariflenmenin zeif olmasinan ireli gelir.heyat mubarizedi here bacardiqi yolnan yashayir.bu problemleri hell elemek lazimdi kimise qinamaq yox,cunki bele faisheler azalmir.bunun hellinin 90%yuxarida yelenen kreslolardan aslidisa 10%cemiyetden aslidi.herkese alni aciq ureyi temiz yashamagi arzu edirem!
Yazıb: wry_yikda #4 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
Ac ol kiwi ol..
Yazıb: ErasmuskA #3 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
Elvinnen raziyam. beleleridi de yaxsilarinin adini batiran.yaxsiki demedi usaqlarim acinnan olurdu ona gore bu yola dusdum...adamin ozunun caninda olmasa oldur bu yola dusmez! Ac ol kiwi ol...
Yazıb: angelka #2 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
esline qalsa bu cur weylerin yaranmasina sebeb iwsizlik daha dogrusu 30 dan yuxari kadrlara indiki dovrde ehtiyac duymurlar cunki maraq daha yeniyetme genclere yonelib bu duzgun addim deyil bele davam elese hele cooooox weylere rast gelecik ))))
Yazıb: Moonlight #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
HMM...DUZDU
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Bizim yeni dizaynımız sizcə necədir?
  
  

Səs verib: 505-nəfər!  
  
Şəxsi Kabinet
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar