Təntənəli qapanış mərasimi "Alov Festivalı" adlanırdı.
Milli.Az bildirir ki, müğənni Rianna və "Coldplay" qrupunun da çıxış etdiyi mərasimdə Paralimpiada estafeti Braziliyanın Rio-de-Janeyro şəhərinə verilib.
2016-cı ildə Paralimpiada məhz bu şəhərdə keçiriləcək.
Britaniyanın qədim ənənələri və bayramlarına həsr olunmuş şou 11 günlük Paralimpiadanı başa vurub.
Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Filipp Kreyven 14-cü Paralimpiadanın başa çatdığını deyərək, bu oyunları təşkil etməkdə komitəyə yardım etmiş hər kəsə minnətdarlıq edib: "Dünya tarixində ən möhtəşəm Paralimpiada başa çatdı. Bu oyunlar hamımızı dəyişdi".
London meri Boris Conson Paralimpiadanın bayrağını Kreyvenə, o da Braziliya paytaxtının meri Eduardo Paeşə verib.
Qapanış mərasimində Paralimpiadanın 4200 iştirakçısı arenanın mərkəzində, əsas səhnənin ətrafında oturmuşdu.
Paralimpiadanın alovunu britaniyalı idmançılar, yarışlarda qızıl medallar qazanmış üzgüçü Elli Simmonds və sprinter Conni Pikok söndürüblər.