Lətifələr Lətifələr
Lətifələr
1
1. Ana-bala söhbət edirlər. Bala anadan soruşur:
- Ana, mələklər uçur?
- Aha bala uçur.
- Bütün mələklər uçur?
- Bəli balam
- Bəs onda bizim qulluqçu qız niyə uçmur?
- Qulluqçu qız niyə uçmalıdır ki ay mənim ağıllı qızım?
- Nə bilim ana, atam həmişə onunla danışanda mələyim deyir axı.
Ana hirsli halda durur ayağa:
- Demək belə, onda az sonra 100% uçacaq! ))

2. Azərbaycan dili dərsində müəllim şagirdlərdən soruşur:
- Mən gözələm deyirəmsə bu hansı zaman formasındadır? Uşaqlar xorla cavab verir: - keçmiş zaman ay müəllim! :))

3. Bir dəfə Bakıdan Naxçıvana uçan təyyarədə bir nehrəmli keçib 1ci sıradan deputatın yerində oturur. Təyyarədə oturan adamlar nə qədər edirsə onu durquza bilmir. Bir uşaq deyir icazə verin mən onu durquzum. Yaxınlaşıb nə deyirsə nehrəmli keçib tez ikinci sırada oturur. Hamı təəccüblənir uşaqdan soruşurlar: sən ona nə dedin ki? Uşaq: Heç dedim ki birinci sıra Naxçıvana getmir))

4. Bir gün arvad türmədə yatan oğluna məktub yazır: -Oğlum sən içəri girəndən bəri heç kim işlərimi görmür, bostanda işləyən yoxdur, kartofu əkə bilmirəm.. Oğul cavabında yazırki, Ana nə badə həyətdəki bostanı qazasan, həm özüvü bədbəxt edərsən,həm də məni.. Bu söhbətin üstündən bir müddət keçir, anası yenidən məktub yazır:- Oğul sənin məktubundan sonra bir tolpa polis gəldi həyəti qazıb getdi,amma heç nə tapa bilməyib söyə-söyə getdilər... Oğlu da cavab yazırki Ana həyəti mən qazdırdım Kartofu isə özün ək!!!-))))

5. Bir kişi çox içir. Dəhşət çox içən olur. Arvadı deyirki birdə içsən sən evə gəlsən qapı açmıyacam. Kişi bir gün də bərk içir gəlir qapını döyür. Arvadı deyirki kimdi? Kişi deyir mənəm. Arvadı deyirki sənə demişdim axı birdə içsən qapını açmıyacam. Kişi bilmir nə bəhanəynən evə girsin. Deyirki ay qəşəng qız sənin üçün gözel gül almışam aç qapını verim. Arvad gül sözünü eşidib həvəslənir açır qapını. Açır görür kişinin əlində gül yoxdu deyir bəs hanı gül? Kişi də deyirki bəs hanı qəşəng qız?)))

6. Bir nəfər qarpızla bal yeyirmiş bunu görən həkim dostu deyir: -qardaş qarpızla bal tutmaz xestələnərsən. dost: -heç nə olmaz. Bir az sonra həkim eşidir ki, dostu bərk xəstələnib.Gəlir yanına və deyir: -Mən sənə demədim qarpızla bal tutmaz? Dost: -Elə deyil, əgər onlar tutmasa idi əl-ələ verib məni bu günə salmazdılar))

7. Bir kişi olur. Bu kişi deputatlığa namizəd olmaq istəyir. Bir gün kafedə 1 litr arağı tək içdikdən sonra durur gedir nazirliyə. Bir qapıya yaxınlaşır. Amma bu nazirlik yox adi bir ev qapısı olur. Qapını açır görür ki içəridə 10-15 adam oturub. Və bərkdən qışqırır! Məni deputat edin!!!
İçəridə isə 1 nəfər olur. Kişi sərxoş olduğu üçün 15 nəfər görür. İçəridə oturan kişi yavaşca başını qaldıraraq sərxoşa cavab verir:
Xahiş edirəm bir-bir gəlin. Hamınıza birdən baxa bilmərəm.))))

8. Bir gün müfəttiş dəlixanaya gəlir. Qapının ağzına çatanda görür ki, 5-10 dəli bir birinin köynəklərindən tutaraq ona yaxınlaşır. Ən qabaqdakı müfəttişin yanında dayanıb deyir:
-Hara gedirsən?
Müfəttiş:
- direktorun otağına.
Dəli deyir. Mən avtobus sürürəm. Arxamdakılar da sərnişin. Bu avtobus direktor kabinetinin yanından keçir. Min avtobusa aparım səni də.
Müfəttiş bunlara qoşularaq gedir. Gəlib direktorun yanına çatanda dəli deyir. 2 manat! Müfəttiş qorxaraq verir. Sonra direktorun otağına daxil olur. Əsəbi halda deyir:
- Bu nə deməkdir? Sizin dəliləriniz mənim pulumu aldılar!!!
Direktor cavab verir: Hansı dəli? Mən taksi sürücüsüyəm. Əyləşin taksiyə. Gedək göstərin mənə o dəlini ))))

9. Nazir olan mədəniyyətsiz biri şoferindən soruşar. "Şofer söylə baxaq eşşəklə şofer arasında nə fərq vardır? " Şofer bir müddət düşündükdən sonra xəcalətli bir şəkildə; "Bilmədim nazirim" deyir Nazir cavab olaraq: "Eşşəyə çüş deyincə, şoferə isə dayan deyincə dayanar" demiş. Bunun üzərinə şofer çox əsəbiləşmiş amma qarşıdakı nazir olduğu üçün bir şey söyləyə bilməmiş. Müəyyən bir müddət sonra bu dəfə şofer nazirə: "Bir sual soruşa bilərəmmi nazirim?" deyər. Nazir də: "Soruş baxaq" deyər. Şofer soruşar: "Eşşəklə nazir arasında nə fərq vardır?" Nazir bir müddət sonra: "Tapa bilmədim şofer söylə baxaq" deyir. Bunun üzərinə şofer də: "Vallah nazirim mən də tapa bilmədim.




Yükləyib: Administrator2009-Noyabr-13 Çap Etmək
Şərhlərin sayı: 1
Yazıb: Tapdiq #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
:) Hə,maraqlıdır...
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
SIZ BIZIM UNIVERSITETDƏ TƏHSIL ALMAG ISTƏRDINIZMI?
  
  

Səs verib: 590-nəfər!  
  
Şəxsi Kabinet
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 3
Qonaq: 3
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar