Bölmə» Azərbaycan
Əməkdar artist Tünzalə Ağayeva riyaziyyat kursları açır
0
Gün.Az xəbər verir ki, söhbət açılışı bu gün olan yeni layihədən gedir.
Daha dəqiq söyləsək, T.Ağayeva intellektual bizneslə məşğul olmaq qərarına gəlib. 14-12 yaş arası uşaqlar üçün xüsusi "Menar” riyaziyyat dərsi kursları açıb.
"Menar” beynəlxalq lisenziyaya malik olan bir layihədir, mən bu lisenziyanı satın almışam. Bu proqram haqqında eşidəndə, o məndə böyük maraq oyatdı.
Qərara gəldim ki, Azərbaycanda da uşaqların riyaziyyat biliklərinin və bacarıqlarının inkişaf etdirilməsi üçün belə kurslar mütləq olmalıdır. Bu kurslar riyaziyyatı uşaqlar üçün oyunlara çevirir və onların intellektual baxımdan inkişaf etməsinə təkan verir.
Müğənnini layihəyə start verilən gündə dəstəkləmək üçün kursun açılışına Milli Məclisin deputatı Qənirə Paşayeva, müğənni Samirə Allahverdiyeva, modelyer Gülnar Xəlilova qatılıblar.
"Menar” mərkəzində xüsusi ixtisas keçmiş müəllimlər işləyəcəklər, şagirdlərin kurslara yazılışı artıq başlayıb.
Şərhlərin sayı: 0 | |
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış
Bir az Sualımızda...
Şəxsi Kabinet
Ən son şərhlər və birinci 8-lik
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|
Statistika və dost saytlar
İstifadəçilər
Qonaqlar