Bakı Şəhəri üzrə Təhsil İdarəsi bir müddət öncə paytaxt məktəblərinin bufetlərində meyvə - tərəvəzin satışı ilə bağlı təşəbbüs irəli sürmüşdü. İdarə rəhbərliyi o zaman təşəbbüsü onunla əsaslandırmışdı ki, təzə meyvə-tərəvəz şagirdlərin sağlamlığı və intellektin inkişafı baxımından xeyirlidir. Ancaq idarənin bu təşəbbüsü ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ötən ay-11 fevral tarixində Bakı Bağça-Məktəb-Lisey Kompleksinin bufetində meyvə - tərəvəzin satışı ilə bağlı eksperiment də keçirmişdi. Eksperiment zamanı şagirdlərə daha çox banan və narıngi (mandarin) satmışdılar.
Amma sonradan məktəblərinin bufetlərində meyvə - tərəvəzin satışı məsələsi gündəmdən çıxarıldı. Təhsil işçilərinin Modern.az-a verdikləri məlumata görə, həmin təklif yuxarı dairələrdə pis qarşılandığından məsələyə birdəfəlik nöqtə qoyulub. Yəni Bakıdakı orta məktəblərdə meyvə satışına icazə verilməyib.
Xəbəri Təhsil Nazirliyindəki mənbə də təsdiqləyib.
Modern.az bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxlayıb. Amma idarə rəsmiləri məsələyə şərh verməkdən imtina ediblər.
Şərhlərin sayı: 1 | |
Yazıb: Moonlight #1
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
L-VİN,SƏNİN XƏBƏRİN VAR BAĞÇA-MƏKTƏB-UNİVER-AKADEMİYA:) KOMPLEKSİNİN BUFETİ NƏ BOYDADİ?ORA BUFETCİ ÖZÜ GÜCLƏ YERLƏŞİR,MEYVƏLƏRİ HARA QOYUBLAR?:):):)
| |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|