Çapayev və Petka əsgərlikdə kəşfiyyatda olarkən düşmənlər onları qovalayır.Çapayevlə Petka bir quyuda gizlənməli olurlar.Düşmənlər də tərslikdən gəlib bu quyunun ağzında dayanırlar.Belə olan halda Çapayev Petkaya deyir:
Düşmənlər aralarında danışırlar:
Petka:
-Bunlar hara getdilər?
-Bunlar hara getdilər?
-Bunlar hara getdilər?
Düşmənlər:
-Bəlkə quyuya girdilər?
Petka:
-Bəlkə quyuya girdilər?
-Bəlkə quyuya girdilər?
-Bəlkə quyuya girdilər?
Düşmənlər:
-Bəlkə bir qumbara ataq?Vəssalam.
Petka:
-Bəlkə lazım deyil.
-Bəlkə lazım deyil.
-Bəlkə lazım deyil.
Bir gün bir ilan girir xaş-xaş kollarının arasına.Sürünür...sürünür...sürünür...sürünür.Və nəhayət kolların arasından çıxaraq deyir:
-"Məəə”...çaşdım eyyy... "fısss”.
Günlərin bir günü bir nəfər zənciyə Türkiyəyə silah keçirmək üçün tapşırıq verilir.Zənci plan cızır tranzit kimi Azərbaycanı seçir.Bir təhər şimaldakı "SDK”-nı keçir və Bakıya gəlir.Bakıdan da yollanır Naxçıvana.Bircə qalır Sədərək gömrük qapısından Türkiyəyə daxil olmaq.Səfər zamanı zənci özünə düzəltdirdiyi pasportu itirir.Problemi həll etmək üçün Naxçıvanda bir gün qalmalı olur.Həmin vaxt da sən demə "Titanik” filminin baş rol oyunçusu Leonardo dicaprio Naxçıvana səfərə gəlibmiş.Tərslikdən Leonardonun da pasportu itir və bu pasportu zənci tapır.Sevincək Leonardonun şəklini qoparıb öz şəklini yapışdırır və yollanır Sədərək gömrüyünə.Gömrük qapısına çatanda iki gömrük işçisi pasportu incələyir.
-Ə bə qardaş bu donquli "Titanik” kinosuna çəkilən gedə dəyil?
-Adını görmürsən o qurumsaxdı da bə.
-Ə bə bu Titanik kinoda batmışdı axı,yanmamışdı da bə.
Bir gün bir dovşan meşədə qaçarkən qabağına bir heyvan çıxır.Dovşan həmin heyvandan soruşur:
-Sən nəsən?
Heyvan da cavab verir ki:
-Qurd köpəyi.
Dovşan:
-O necə olur?
Qurd köpəyi:
-Atam canavar,anam da itdir.
Dovşan yenidən başını aşağı salıb qaçmağa başlayır və bir az gedəndən sonra qabağına bir qəribə quş çıxır.Dovşan soruşur ki:
-Bəs sən nəsən?
Quş da cavab verir ki:
-Dəvəquşu
Dovşan da qayıdır ki:
-Alə...davay əəə... burdan...Yox bir...
Bir gün amerikalılar 4 mühərrikli bir təyyarə icad edirlər və onu ərəblərə yoxlamadan keçirməyə verirlər.Yoxlama zamanı təyyarə havada olarkən mühərriklərdən biri sıradan çıxır və ərəblər təyyarənin displeyində belə bir yazı görürlər:
"Dont panic this is American tecnoloji.Təyyarə uçmağa davam edəcək.”
Bundan bir az keçdikdən sonra ikinci mühərrik sıradan çıxır və yenə həmin yazı:
"Dont panic this is American tecnoloji.Təyyarə uçmağa davam edəcək.”
Bundan on dəqiqə keçmiş üçüncü mühərrik və yenə həmin yazı.Daha bir on dəqiqə sonra dördüncü mühərrik və belə bir yazı:
"Dont panic this is American tecnoloji.Təyyarə ən yaxın hava limanında yerə enəcək.”
Belə də olur hamı sağ-salamat yerə enir.
Bunun üstündən bir müddət keçəndən sonra bu səfər ərəblər 4 mühərrikli bir təyyarə icad edib amerikalılara yoxlamadan keçirmək üçün verirlər.Yoxlama zamanı havada olarkən mühərriklərdən biri sıradan çıxır və amerikalılar təyyarənin displeyində belə bir yazı görürlər:
"Dont panic this is Arabic tecnoloji.”
On dəqiqədən sonra ikinci mühərrik sıradan çıxır və yenə həmin yazı:
"Dont panic this is Arabic tecnoloji.”
Daha bir on dəqiqə sonra üçüncü mühərrik və yenə həmin yazı.Daha bir on dəqiqə sonra dördüncü mühərrik və bu səfər belə bir yazı:
"Dont panic this is Arabic tecnoloji.Please,repeat after me:Eşşeduenla ilahə illəllah...”
Bir gün Mamed benzinkalonkaya benzin dolduran kimi işə düzəlir.Bir gün bir dənə BMW gəlib düz Mamedin yanında saxlayır.İçindən bir kişi düşür.Mamedlə öpüşüb-görüşür və bir xeyli söhbət edirlər.Sonra kişi maşınına minib çıxıb gedir.Bunu görən menecer təəccüblənir.Səhəri gün bir Ferrari gəlir.Bu da düz gəlib Mamedin yanında saxlayır.İçindən gözəl bir qız düşüb Mamedlə öpüşüb-görüşür və bir xeyli söhbət edirlər.Sonra qız maşınına minib çıxıb gedir.Bunu görən menecer bu səfər lap təəccüblənir.Həmin günün səhəri bir dənə Limuzin gəlir.Bu da gəlib düz Mamedin yanında saxlayır.İçindən nazir çıxıb Mamedlə qardaş kimi görüşür və gedir.Bu səfər menecerin gözləri lap kəlləsinə çıxır və tez Mamedin yanına gəlib soruşur:
-Ay Mamed sən kimsən ki belə hamı səni belə yaxşı tanıyır?
Mamed deyir:
-Ay menecer meni bütün millət tanıyır,hətta İtalyan xalqı belə.Gəl səni Romaya aparım.Orada Roma Papası ilə görüşəcəm,sən də baxarsan.
Menecer razılaşır.Onlar yollanırlar Romaya və gəlib çatırlar.Mamed deyir:
-Sən burda gözlə.Balkona baxarsan orada mənimlə Roma Papasını görəcəksən amma nəbadə mənimlə onu görəndə ürəyin getməsin haaa...
Menecer deyir yaxşı.Mamed gedir.Birdən Papa ilə Mamed balkona çıxırlar.Menecer bunu görür və birdən Mamed görür ki menecerin ürəyi gedib.Tez düşüb gəlir menecerin yanına,onu ayıldır və deyir:
-Sənə demədim ki ürəyün getməsin?
Menecer deyir:
-Adə ona görə ürəyim getmədieee.Bayaq sən balkonda olanda burdan iki nəfər keçerdi.Biri o birinə dedi:Alə bu Mamedin yanındakı kimdi belə?
Cəbhə bölgəsi.Müharibə illəri.Komandir rotaya hücum əmri verir və əsgərlər "ura” deyib hücuma keçirlər.Bir əsgər isə "ura” deyib geri qaçır.Komandir qışqırır:
-Dayan,qorxaq,hara qaçırsan?
-Yoldaş komandir mən qorxaq deyiləm.Bu mənim taktiki manevrimdi.Yer kerəsini dolanıb düşmənin arxasına keçəcəm.
Kovboy bara gəlir,bir viski içir,yatmağa gedəndə barmenə deyir ki,səhər saat beşdə onu oyatsın.Səhər onu oyadırlar.Atını minib başqa şəhərə gedir.Bara girib viski istəyir.Ona deyirlər:
-Qaralara qulluq etmirik.
Kovboy güzgüyə baxıb deyir:
-Lənət şeytana!Qaranlıqda başqa adamı oyadıblar!
-Sizi niyə həbs ediblər?
-Bilirsiz hmmm...necə deyim,təsəvvür edin,bir gün məlum oldu ki,hökumət mənim düzəltdiyim puldan düzəldir.
Bir gün bir əyyaş lül-qənbər gəlib uzanır avtobus dayanacağında.Polis sahə müvəkkili gəlib onu durğuzur ki,əəə...,dur gedək şöbəyə.Pyaniskə də qayıdır ki,məzən olsun ay rəis gedə bilsəm evə gedərəm da otdeleniyeyə nöş gedirəm?
Orduya çağırış başlayır.Canavar çağırış vərəqi alır.Hərbi komissarlığa gedəndə Dovşana rast gəlir.Görür ki onun kefi kökdür.Canavar soruşur:
-Dovşan,haradan belə?
-Hərbi komissarlıqdan gəlirəm.
-Səni hara göndərdilər?
-Tikinti batalyonuna.
-Nə yaxşı.Buna necə nail oldun?
-Otağa girdim.Komissiya oturub.Avtomobil göstərib dedilər bu,nədir?Dedim bilmirəm.Avtomat göstərdilər,dedim bilmirəm.Tank göstərdilər,dedim bilmirəm.Şkaf göstərdilər,yenə dedim bilmirəm.Açdılar,şkafın içində bir kərpic vardı,soruşdular ki,bəs bu nədir?Dedim ki kərpicdir.Dedilər:Aydındır.Tikinti batalyonuna gedəcəksən.
Canavar sevinir ki tikinti batalyonuna düşmək belə asandır.Tez hərbi komissarlığa qaçır.Onu-bunu itələyib komissiyaya girir.Avtomobili göstərib ondan soruşurlar:
-Bilirsiniz bu nədir?
-Yox,bilmirəm!
Avtomat göstərirlər.
-Yox,bilmirəm!
Tank göstərirlər.
-Yox,bilmirəm!
Şkaf göstərərək deyirlər:
-Bəs bu nədir?
Canavar da qayıdır ki:
-Bu şkafdır,içində də kərpic var.
Şkafı açırlar,həqiqətən,orada kərpic var.
-Qoçaq!Tapdın.Əks-kəşfiyyata gedəcəksən.
Cərrah əməliyyat keçirir:
-Skapel!
-Buyurun.
-Kəsirik,uşaqlar,kəsirik...Qayçı!
-Buyurun.
-Kəsib atırıq,uşaqlar,kəsib atırıq...Lopatka!
-Lopatkanı neynirsiz?
-Basdırırıq,uşaqlar,tez basdırırıq!
Konslager.Səhər düzülüşü.Sıralar arasında gəzən esesmen bir-bir əsirləri göstərib deyir::
-Güllələmək...Asmaq...Qaz kamerasına...Güllələmək...Asmaq...Qaz kamerasına...
Növbə Donbasdan olan xoxola çatır.
-Qaz kamerasına!
Xoxol:
-Yoldaş faşist,nə qədər olar qaz kamerasına salmaq?!Üçüncü dəfədir.Başım ağrıyır axı.
Stalin çıxış edir:
-Yoldaşlar!Dünən yoldaş Kirovu öldürüblər...
Zaldan səs:
-Kimi öldürüblər?Kimi öldürüblər?
Stalin:
-Kimi,kimi...zəhrimar kimi.Yoldaş Beriya deyin bunlara.
Beriya:
-Kimi lazımdır onu da öldürüblər daaa!
-Allo,xanım,MXAT-ı verin.Allo,bu MXAT-dı?Danışan Stalindi,müdiri verin.Müdir?Danışan Stalindi.Allo,allo.Nə oldu...Xanım,MXAT-ı verin.Müdirlə birləşdirin.Necə yəni yoxdu,indicə onunla danışdım.Necə yəni öldü?
Televiziyada dördüncü kanal işə düşür.İlk gün vətəndaş televizorun önündə oturub birinci kanalı açır.Orada Brejnev çıxış edir.İkinciyə çevirir,yenə Brejnev,üçüncüdə də Brejnev...Dördüncü kanala çevirir.Orada KQB polkovniki oturub barmağı ilə hədələyir:
-Kanalları yaman çox dəyişirsən haaa...
Bakı kəndlərindən bir kişi neft buruqlarında işləyirmiş.Bir gün bunun başına turba düşür və ölür.Orada bir həmkəndlisi varmış.Göndərirlər ki,get xəbəri bunların ailəsinə çatdır.Xəbərdarlıq da edirlər ki,bax haaa,qəflətən demə,yavaş-yavaç.Kişi deyir,uşaq ha döyüləm,xatirjəm olun.Gəlir həmkəndlisinin evinə.Qapının zəngini basır.Qapını ölən kişinin arvadı açır.Kişi soruşur:
-Əriniz evdədi?
-Yox.
-Hardadı?
-İşdə.
-Nə vaxt gələr?
-Axşam.
-Ay gəldi yaa,ölüb eee!
Lektor beşilliyin uğurlarından danışır:
-Şəhərdə elektrik stansiyası tikilib...
Zaldan səs:
-Mən ordan gəlirəm.Heç bir elektrik stansiyası yoxdu.
Lektor davam edir:
-Şəhərdə kimya zavodu tikilib...
Həmin səs:
-Bu yaxınlarda orada idim.Heç bir zavod yoxdu.
Lektor qəzəblənir:
-Siz,yoldaş,az avaralanın,bir az qəzet oxuyun.
Bir kişi təyyarə ilə Moskvadan gəlirmiş.Birdən stüardessa gəlib elan edir:
-Təyyarəmizin dörd motoru var.Onların biri sıradan çıxıb.Ona görə iyirmi dəqiqə gecikəcəyik.
Kişi sarsılır:
-Ahhh!
Bir az keçir,stüardessa yenə elan edir:
-İkinci motorumuz da sıradan çıxdı.Ona görə qırx dəqiqə gecikəcəyik.
Kişi yenə nida irad edir:
-Offf!
Bir qədər keçir,stüardessa yenə elan edir:
-Üçüncü motor da sıradan çıxdı,bir saat gecikəcəyik.
Kişi:
-Axxx!
Bir qədər keçir,stüardessa sifəti dümağ,dili topuq vura-vura elan edir:
-Dördüncü mootor da...ssıradan ççııxxxddıı...
Kişi ayağa qalxıb qəzəblə papağını yerə çırpır:
-Əşi,day deynən gecə səhərəcən burdayıq daa...
Sərhədçilər sarhədi pozanın izinə düşürlər.Birdən insan izləri bitir və inək izləri başlayır.Hər şey aydındır,pozucu izləri itirmək istəyib.İnək izi ilə qaça-qaça gəlib görürlər ki,bir çoban mal otarır.Ona yaxınlaşıb soruşurlar:
-Deyə bilərsənmi,burda yad inək varmı?
-Niyə bilmirəm,bax o,sağdan ikinci...
-Bəs sən onu o birilərdən necə fərqləndirə bildin?
-Çox sadə mənə yaxınlaşıb soruşdu:
-"Dayday dəmiryol stansiyasına necə getmək olar?”Ona görə bildim ki,yad inəkdi.Axı bizim inəklər dəmiryol stansiyasının harada olduğunu bilirlər...
Şərhlərin sayı: 5 | |
Yazıb: Pis_Oglan #5
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
hamisi eladi.......... tesekkur Kayfrik...
Yazıb: wry_yikda #4
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Mamedin yerine Haji dayi olsaydi lap ela olardi
Yazıb: ErasmuskA #3
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Super idi Kayfarik, tshk
Yazıb: Moonlight #2
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
1 Like!
İllegal,o naxcivanlilara aid olani da sene email göndermisem,diqqetle oxu:)
Yazıb: Moonlight #1
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
1 Like!
ilan anekdotuna azi yarim saat gülmüşem:))tşkr,Kayfarik
| |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|