Bölmə» Ordan-Burdan
Misir atalar sözləri
0
"Ədalətli ol, zənginlərin mənfəəti üçün kasıbların haqqını yemə və onları yaxşı geyinmiş olmadıqlarından ötəri geri göndərmə."
"Anbardakı zənginlikdənsə, Tanrını əlindəki kasıblıq daha yaxşıdır."
"Sevginin silləsi üzüm kimi şirindir."
"Mən xanım, sən xanım, daşdakı yığılmış çirkli suyu tökən kim?"
"Palçıq və daşdır insan . Tanrı tərəfindən yaradılan amma fərqində deyil Tanrının ovucları arasına buraxdığı taleyinin.."
"Daimi narahatlıq içindəki zənginlikdənsə, ürək dincliyi ilə əldə edilən çörək daha yaxşıdır."
"Dostlar, insanı bəzəyən xəzinələrdir."
"Əgər başqasının evinə girsən, orada səhvli olan şeylərə gözlərini tikmə. Əgər gözlərin onları görsə, susmasını bil. Çöldə kimsəyə bəhs etmə, səni eşidənlər bir səhv bir cinayət işləyə bilərlər."
"Evini şüşədən etdinsə, əsla başqalarına daş atma."
"Çox içmə, çünki əgər düşər və orqanlarından biri qırılsa sənə heç kim əlini uzatmaz. Yoldaşların "Bu sərxoşu atın!" deyərlər."
"Həyatını o surətlə idarə etməlisən ki, ölülər diyarında Tanrının əlində bəxtiyar ola biləsin."
"Hər bığın bir qayçısı vardır."
"Heç bir sərhədi dəyişdirmə."
"İnsanoğlu yediklərini dörddə biri ilə yaşar. Qalan dörddə üçü ilə də həkimləri dolandırar."
"Ürəyini hər hansı bir kimsəyə doğru yönəltmə. Səhv bir söz dodaqlarından çıxınca başqası bunu təkrarladığı zaman sən düşmən qazanarsan. Bir insan dili ilə məhv olar. İnsan bədəni, hər cür cavabların bir anbarıdır; bunların içindən yaxşısını seç və söylə, pisini isə öz bədənində saxla."
"Qələmini başqalarına pislik etmək üçün əsla istifadə etmə."
"Şəkillər, gerçəyə soyuq təriflərdən daha yaxındır."
"Hörmətli ol. Səndən yaşlı və ya üst dərəcədə biri içəri girdiyi zaman ayağa qalx. Lakin hər şeydən əvvəl ailənə hörmət göstər. Ana və atanın əlinə su tök. Anana bol çörək ver və onu səni daşıdığı kimi daşı. O sənin böyük yükünü qaldırmışdı və səni üç il əmizdirmişdir. O, səni oxuyub sekretar üçün məktəbə aparmış və sənə evdən çörək və pivə gətirmişdir."
"Sən də evləndiyin zaman, ananın əməklərini düşün. Belə ki, o səni ayıblamasın və Tanrıya əlini qaldırıb şikayətini eşitdirməsin. Lakin sən gənc ikən evlən ki, arvadın da sənə bir oğul versin."
"Sirlərini aşkar etməkdən çəkin. Üst dərəcədəki komandirlərinə hirs ilə cavab vermə. O, sənə acı söylədiyi zaman, sən ona gözəlliklə cavab ver və onu sakitləşdir. Onun hirsi keçincə, sənə yenidən dönəcək."
Şərhlərin sayı: 0 | |
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış
Bir az Sualımızda...
Şəxsi Kabinet
Ən son şərhlər və birinci 8-lik
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|
Statistika və dost saytlar
İstifadəçilər
Qonaqlar