Rusiya və Çinlə ümumi sərhədi, 3 milyon nəfər əhalisi, 1,5 milyon kvadratmetr ərazisi olan, yəni Türkiyədən 2 dəfə böyük olan Monqolustanın ən böyük problemi kişilərin sayının az olmasıyla bağlıdır. Lent.az-ın Türkiyənin “Referans” qəzetinə istinadən verdiyi məlumata görə, bu günlərdə Türkiyəyə gələcək monqol heyətinin tərkibinə daxil olan şəxslərdən biri deyib ki, sovetlər dönəmində Rusiyanın təsir dairəsində olan Monqolustanda kişilərinin böyük qismi spirtli içkilərə aludə olublar.
Kişilərin sayının azaldığı Monqolustanda hazırda 6 qadına 1 kişi düşür. Kişilərin sayı az olduğu üçün bu ölkədə qızlar deyil, evlənəcək kişilər üçün başlıq pulu istənilir. 45 milyon mal-qaranın olduğu Monqolustanda başlıq üçün də elə mal-qara verilir.
Monqol hökuməti isə kişi problemini aradan qaldırmaq üçün səfər zamanı keçiriləcək görüşlərdə Türkiyəyə müraciət etməyə hazırlaşır. Hökumət üzvlərindən biri “Referans” qəzetinə bildirib ki, Monqolustan Türkiyədən 20 min kişi istəyir. Həmin hökumət üzvü vurğulayıb ki, Monqolustanda kişi azlığının əsas səbəbi monqol gənclərinin içkiyə meylli rusların təsiri altına düşməsi olub və əməksevər türk kişilərinin gəlməsi ilə monqol kişilərinin içkini bir kənara atacağını düşünürlər.
Qeyd edək ki, Çingiz xanın vətəni olan, Orxon abidələrinin yerləşdiyi Monqolustanda mədən sənayesi, kənd təsərrüfatı və turizm sahələri ciddi potensiala malikdir, təbii zənginlikləri ilə seçilir. Ölkə əhalisinin 51,2 faizi şəhərlərdə yaşayır, əhalisinin 95 faizi oxuyub-yazmağı bacarır. “Referans” bu səbəbdən də seçiləcək 20 min türk kişisinin başına əslində tale quşu qonacağı qənaətindədir.
Şərhlərin sayı: 5 | |
Yazıb: wry_yikda #5
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
:))) Kayfarik menqide gozde...umedem
Yazıb: KayFAriK #4
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Gedim shele-shulemi yigishdirim))))Axiriki hansisa millete xeyrim deyecey)))
Yazıb: Tapdiq #3
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Bu söhbət çeçenləri yadıma saldı.Orada da kişilərin sayı azalıb.Amma,bunun səbəbi araq yox,müharibədir.Müharibə nəticəsində xeyli çeçen kişisi qırılıb.İnanmıram ki,Türkiyə 20000 vətəndaşını Monqolustana göndərə.Vətəndaş da çətin razılaşa.Məncə,ən yaxşı variant ərəblərdə olduğu kimi çox arvad almağı leqallaşdırmaqdır.1 nəfərə 4 yox,6 arvad olsun.Böyük də təsərrüfat var.Bütün rasxodları ödəmək mümkündür.
P.S. "Hamı yerli mal alsın,Xeyir vətənə qalsın."
Yazıb: Pis_Oglan #2
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Ferrariden, Lamborghiniden verseydiler gederdim.........
Yazıb: Moonlight #1
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Elvin,sen hele burdasan???:)
| |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|