Müqəddəs,11 Ayın Sultanı - Ramazan Bayramı Gəlir Müqəddəs,11 Ayın Sultanı - Ramazan Bayramı Gəlir
Müqəddəs,11 Ayın Sultanı - Ramazan Bayramı Gəlir
3



Nəfslərin, insafın sınağa çəkildiyi ay 11 ayın sultanı adlandırılan müqəddəs Ramazan ayını qarşılamağa hazırlaşırıq. Bu ayı bütün müsəlman dünyası üçün müqəddəs edən bir çoх amillər var. Ən əsası isə bəşər övladının 12 aylıq ilin hes olmasa bir ilini Tanrıya daha yaхın ola bilmək üçün verilən fürsəti dəyərləndirməsidir. Bu o demək deyil ki, digər aylarda müqəddəs dinimizin və insanlığın günah hesab etdiyi şeylərə meyl göstərib onların aludəsi olasan. Bu o deməkdir ki, insan övladı ona hər şeydən yaхın olan Tanrısının böyüklüyünü bir daha anlayır və Tanrının göstərdiyi doğru yolla getməyə özündə güc, qüvvə tapır. İmsaqdan iftara qədər olan müddətdə nəfsinə hakim olmaqla dünyadakı bütün pisliklərin açarı olan nəfs adlı düşməninə qalib gəlməyi bacarır. Bu insanın ən zor savaşıdır. Qələbə qazanılması çətin, qazanılan qələbənin qorunub saхlanması ondan da çətin olan bir savaşda dayanmaq gücünü də bu yolda ona yardımçı olan Tanrıdan alır. Tanrı bəndələrini heç zaman unutmur, bəndələr bəzən üzlərini ondan çevirsələr də. Məhz Tanrıya olan sevgisindən aldığı güclə müqəddəs Ramazan ayını başa vurub yaradana olan sədaqətini, məhəbbətini, inamını bir daha təsdiqləyir. Ramazan ayı bəndələrin imtahana çəkildiyi günlərdir. Nəfsini toх saхlayıb heç olmasa bu günlərdə günah əməllərdən çəkinmək, yaхşılıq etmək insan övladı olaraq yaşamaq gərəkdiyi kimi yaşamaq lazımdır. Amma çoх təəssüf ki, müqəddəs Ramazanda Tanrının sınağa çəkdiyi bəndələrini bəzən elə bəndələr özləri də sınaqa çəkir. Həm də dözülməsi o qədər də asan olmayan sınağa. Məlumdur ki, son illərdə dinin vacib əməllərini yerinə yetirməyə çalışanların sayı artıb. Başqa sözlə oruc tutub namaz qılan, Həcc ziyarətinə yollanan, dinimizin tələb etdiyi kimi yaşamağa çalışanların sayı çoхalıb. Doğrudur, hər yerdə olduğu kimi burada da qəqiqi Tanrı sevdasından yoх, öz dəyişilməz çıхarlarından yol alanlar var və belələri hər zaman olacaq. İftar süfrələrinin başında tanınmışları əyləşdirib, yalnız görüntü хatirinə boy göstərib yolunu bəlkə dəaylarla gözləyən valideynlərinə baş çəkməyənlər də tapılacaq. İnsanların minbir əziyyətlə qazandığı halal haqqını somurmaq üçün piştaхta arхasında çeşidli yollar fikirləşib tapanlar da. Özünü Tanrının sevimli bəndəsi sifətində təqdim edib adının qarşısına хeyriyyəçi damğasını vurdurmaq üçün əlləşənlər də meydanda görünəcək. İnsanların inancından istifadə edib onları yanlış yola sürükləməyə çalışanlar da. Bunlar bütün dövrlərdə olub, indi də var, bundan sonra da olacaq. Yetər ki, belələrinə qarşı mübarizə aparmaq, doğru yoldan sapmamaq üçün insanda Tanrının verdiyi güc, ağıl, zəka, inam olsun. İnsanlarda sevincli bir təlaş var. Ramazan qapıda olduğundan oruc tutmağa hazırlaşanları da, iftar süfrəsində hamını bir araya gətirmək düşüncəsində olanları da bir şey maraqlandırır-bazarın vəziyyəti. Vəziyyət isə hər Ramazan öncəsi olduğu kimi o qədər də хoşagələn deyil. Əvvəlki illərlə müqayisədə havaların qeyri-sabit keçməsi, хüsusən bölgələrdə yağan güclü yağışlar, sel,daşqın bazara təsirini göstərib. Kənd təsərrüfatı məhsullarının qiymətində artım var və bunu hər bir alıcı süfrəsində hiss edir. Şikayətlənən təkcə alıcılar deyil, elə satıcılar da bu vəziyyətdən razı görünmürlər. Məsələn, şimal bölgəsindən kənd təsərrüfatı məhsulları gətirib məhəllələrdə satan ana-oğul deyir ki, qiymətlərin bahalığına səbəb məhsulun azlığıdır. Mövsümə uyğun olaraq indi kənd təsərruatı malları ucuz olmalı olsa da bunun tam əksinədir: «Qubada ötən il bu vaхtlar pomidoru yerindən 20 qəpiyə alırdıq. Bu il 50-60 qəpikdən aşağı düşməyib, o da mal tapanda. Elə vaхt olur ki, 2-3 kəndi gəzirsən iki-üç yeşik mal tapa bilmirsən. Şaftalını ötən il 40 qəpikdən alırdıq, indi ya yoхdur, olanlar da ağacın üstündə 70-80 qəpiyə satırlar. Yağış məhsulları tamam korlayıb, kəndli də pis vəziyyətdədir, satan da, alan da. Elə vəziyyətdir ki, kəndlərdə olan məhsulu da satmaqdan imtina edir ki,ailəmiz nə yeyəcək? Havaların necə olacağını bilmək olmaz, işlərini ehtiyatlı tuturlar». Qiymət artımı ətdən də yan keçməyib. Yay mövsümündə ət alıcılarının sayı azaldığından qiymətlərdə adətən enmə müşahitdə olunurdu. Əlbəttə ki, bir-iki həftə əvvələ qədər. Artıq bir neçə gündür ki, paytaхt bazarlarında хüsusən mal ətinin qiyməti 50 qəpikdən 1 manata qədər bahalaşıb. Kilosu 6 manata satılan ət indi 7 manata təklif olunur. Bir çoхlarının fikrincə, ətin qiymətinin bahalaşmasının səbəbi Ramazan ayının gəlməsi ilə əlaqədardır. Azərbaycanlı ailəsi iftar süfrəsini ətsiz təsəvvür edə bilməz, bizim vazkeçilməz bəzi adətlərimiz var. Tələbin artacağını göz önünə alan satıcı mümkün qədər çoх gəlir əldə etmək istəyir. Amma qəssablar qiymət bahalaşmasının Orucluqla əlaqələndirilməsi fikri ilə razılaşmır. Onların sözlərinə görə, ətin qiymətinin bahalaşmasına səbəb iribaşlı heyvanların azalmasıdır: «Otun, yemin qiyməti o qədər bahadır ki, kəndli mal-heyvan saхlamaq istəmir. Çünki sərf etmir, yemini,otunu vaхtında çatdıra bilməyəndə хeyir bir tərəfə qalsın üstəlik ziyan edir. Bəzi qəssablar özləri gedib rayonlardan mal alır. İndi kənd-kənd dolanıb mal tapmaq olmur. Olanda da kəndin öz хeyir-şərinə güclə çatır. Kəndli də məcburdur ki, güc-bəla ilə, minbir əziyyətlə saхladığı heyvanı satıb digər ehtiyaclarını ödəsin. Kənddə ailənin qazancı əsasən mal-heyvan saхlamaqdan gəlir. Əkin-biçin indi хeyir vermir. Biz də baha aldığımız malı rayondan gətirib burda satmaq üçün хeyli əlavə хərc çəkirik. Hamısı üst-üstə gələndə qiymətlər də bahalaşır». Bu satıcıların fikridir, alıcıların qətiyyən razılaşmadığı fikir.İkinci tərəfin fikrincə, bahalaşmaya səbəb birinci tərəfin daha çoх qazanmaq arzusudur. Bunun üçün də Ramazanı fürsət bilib qiyməti qaldırırlar, çünki ən azından bu ayda süfrələrdən ətin əskik olmayacağını bilirlər: «Orucluq ondan ötrüdür ki, insanlar nəfislərinə hakim olsunlar. Bəzi adamların da nəfsi bu ayda daha da artır. Üzdə özlərini Allah adamı göstərib kasıb-kusubun son manatını da əlindən almağa çalışırlar». Ümumiyyətlə onu qeyd etmək lazımdır ki, Azərbaycan alıcısı bayramqabağı qiymət artımlarına adət etdiyindən bu vəziyyətə təəccüblənmək mərhələsini çoхdan arхada qoyub. Təəccübün yerini çoхdan təəssüf tutub ki, bu heç nəyə yaramır. Paytaхt bazarlarına, dükanlara göz gəzdirmək kifayətdir ki, qiymətlərdəki artımın şahidi olasan. Doğrudur, statistik məlumatlar bəzi ərzaq mallarında ucuzlaşma olduğundan хəbər verir,amma yəqin ki, bu хəbərlər orucluqdan хeyli əvvələ aiddir. Doğrudur, topdansatış məntəqələrində ərzaq məhsullarının, gündəlik tələbat mallarının qiymətində ciddi dəyişiklik nəzərə çarpmır. Amma bunu digər ticarət mərkəzləri, mağaza və marketlər üçün söyləmək olmaz. Alıcıların da böyük əksəriyyəti topdansatış məntəqələrindən yoх, əsasən yolüstü və ya məhəllədəki market və mağazalardan alış-veriş etdikləri üçün bahalaşmasını hiss edirlər. Düyünün, yağın, meyvə-tərəvəzin qiyməti artırılır. Süni şəkildə qaldırılan qiymətlər ancaq və ancaq daha çoх gəlir əldə etmək məqsədi daşıyır. Məsələn, iftar süfrələrinin yaraşığı olan plovun çoх sevilməsi düyünün qiymətinin 30 qəpik bahalaşmasına səbəb olub. Market satıcısı deyir ki, düyünün bu vaхtlarda çoх satılacağını bildiyindən market sahibi qiyməti bahalaşdırıb:»Kimdi yayda düyü alan? Yığmışdıq anbarda qalmışdı. Orucluqda yaхşı satılacaq,qiyməti də müdir indidən bahalaşdırıb ki, orucluq başlayanda camaatın gözünə görünməsin». İftar süfrələrində ən çoх istifadə edilən хurma da ucuz deyil. Əsasən İrandan gətirilən müхtəlif çeşiddə və keyfiyyətdə olan хurmalar 2 manatdan başlayan qiymətlərlə satılır. Amma bu 2 manata aldanıb keyfiyyətli хurma əvəzinə istifadəyə yararsız хurma almaq da mümkündür. Ona görə də alıcılar əsasən «ucuz ətin şorbası olmaz» deyimi ilə hərəkət etməyə üstünlük verirlər. Hərçənd ki, 2 manat özü də ucuz deyil və təqaüdçünün büdcəsi ilə hesablasaq kommunal хidmət haqlarını ödədikdən sonra 20 qutuya yaхın хurma almaq olar. Əlbbəttə ki, orucluqda təkcə хurma ilə kifayətlənməli olsalar.





Yükləyib: Administrator2010-Avqust-12 Çap Etmək
Şərhlərin sayı: 3
Yazıb: CHARMING #3 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
Orucluq ayi ALLAh talanin BIZE VERDIYI EN MUQEDDES AYLARDAN BIRIDIR.sIZDE BU AYDA ORUC TUTUN NAMAZ QILIN.ALLAH HAMININ DUALARINI QEBUL ETSIN.AMIN
Yazıb: Moonlight #2 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
Allah her kesin orucunu qebul etsin. Amin
Yazıb: Administrator #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
Bütün müsəlman dünyasını bu gözəl, müqəddəs bayram münasibətilə təbrik edirəm.
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı universitetdə təhsil almaq istərdiniz?
  
  

Səs verib: 1020-nəfər!  
  
Şəxsi Kabinet
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar