Dünyada sadəcə 2 min nəfərdə rast gəlinən xəstəliyə yoluxan Zara Harthorn hələ 13 yaşında olmasına baxmayaraq yaşlı bir qadına bənzəyir.
Zara Hartshorn avtobusa mindi. Endirimli bilet istəyəndə avtobus sürücüsünün səs tonu birdən sərtləşdi. Sürücü, "belə şey olmaz” deyirmiş kimi başını yellədikdən sonra gülməyə başladı. Bələdiyyə avtobusundakı digər sərnişinlər də sürücüyə haqq qazandıraraq başlarını salladılar. Zara hələ 13 yaşında olduğunu və endirimli bilet haqqı olduğunu söyləyəndə sürücünün münasibəti belə oldu: "əgər sən uşaqsansa, mənim də 21 yaşım var. get başqasını dola xanım qız.”
Zara pərişan şəkildə başını əydi, avtobusdan düşdü, ətrafına baxıb tanış birinin olmaması üçün dua etdi.
Halbuki, Zara Harthornun əsl yaşı 13-dür amma kənardan baxdıqda ən az 50 yaşında görünür. İngiltərənin Rotherham şəhərində yaşayan kiçik Zaranın xəstəliyindən dünyada sadəcə 2 min insanda var. Lipodistrofiya xəstəliyinin hazırda müalicəsi tapılmır. Bu xəstəliyə yoluxan insanın dərisi sürətlə yaşlanır. Lipodistrofiya olan xəstələrdə dəri altındakı yağ təbəqəsi itdikdə metobolizma pozularaq dəri sürətlə yaşlanmağa başlayır.
Yoluxduğu xəstəliyin çarəsinin olmadığını bilən Zara insanların bəzən onu meymun ya da nənə deyə çağırmalarından çox narahat olduğunu bildirərək , "belə vəziyyətlərdə qapalı bir yerə gedərək səssizcə ağlayıram "dedi.
Şərhlərin sayı: 2 | |
Yazıb: KayFAriK #2
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Twk,sozun esil menasinda maraqliydi!
Yazıb: wry_yikda #1
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
yeri varr
| |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|