Bölmə» Azərbaycan
Namiq Məna - Mübariz İbrahimov (İthaf)
0
Ölçüsü: 5.7 Mb
Mahnı Sözləri
Yazdırdı adın tarixə qeyrətlə Mübariz
Düşmənləri məhv etdi şücaətlə Mübariz
Tək mina dolu təhlükəli sahəni keçdin
Azğın, yağı düşmənlərin qanını içdin
Əhsən sənə türk oğlu vətən qəlbinə köçdün
Mərdliklə, igidliklə, ləyaqətlə Mübariz
Yazdırdı adın tarixə qeyrətlə Mübariz
Düşmənləri məhv etdi şücaətlə Mübariz
Bir bəndə olarmı bu qədər ali və yüksək
Zalımlara zalım idi acizlərə kövrək
Bu hər kəsə olmur nəsib öz ömrünü sən tək
Sürsün saf ürəklə, səmimiyyətlə Mübariz.
Yazdırdı adın tarixə qeyrətlə Mübariz
Düşmənləri məhv etdi şücaətlə Mübariz
Bir müjdə verildi ona taleh yazısından
Qurtuldu bu zalım həyatın hər acısından
Məğrurcasına keçdi şəhidlik qapısından
Öz ismini doğrultdu qətiyyət ilə Mübariz
Yazdırdı adın tarixə qeyrətlə Mübariz
Düşmənləri məhv etdi şücaətlə Mübariz
Yazdı anaya məktub ürək fərmanı ilə
Son dəfə vidalaşdı əziz insanı ilə
Bir məktubuda torpağa yazdı qanı ilə
Qeyd etdi öz imzasını hörmətlə Mübariz
Yazdırdı adın tarixə qeyrətlə Mübariz
Düşmənləri məhv etdi şücaətlə Mübariz
Göstərdiyi mərdlik və fədakarlığa uyğun
Rəhbərliyimiz ehtiram hissi ilə və dolğun
Təltif etdi milli igid qəhrəman oğlun
Taxt qurdu ürəklərdə məhəbbətlə Mübariz.
Yükləyib: Administrator2010-Avqust-27
Çap Etmək
Şərhlərin sayı: 0 | |
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış
Bir az Sualımızda...
Şəxsi Kabinet
Ən son şərhlər və birinci 8-lik
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|
Statistika və dost saytlar
İstifadəçilər
Qonaqlar