Bölmə» İdman
"Neftçi" "Sevilya" və "Fiorentina"nı qabaqladı
0
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların növbəti reytinq cədvəlini açıqlayıb. Sportal.az xəbər verir ki, 426 komandanın yer aldığı siyahıda Azərbaycanın 2 təmsilçisi də var.
Belə ki, “İnter” 430-cu pillədən 425-ci yerə qalxıb. Mərakeşin “Kasablanka” klubunu qabaqlayan “bankirlər”in 60 xalı var.
Xeyli vaxtdır siyahıda ölkəmizin yeganə təmsilçisi olan “Neftçi” 1 pillə irəliləyib. 258-ci yerə qalxan çempion 78,5 xala malikdir. O, “Sevilya”, “Fiorentina”, “Hamburq”, “Feyenoord” kimi tanınmış klubları qabaqlayır.
Siyahıya 349 xalla “Barselona” başçılıq edir. İspaniyanın digər təmsilçisi Madrid “Atletiko”su 290 xalla 2-dir.
“Neftçi”nin Avroliqanın qrup mərhələsindən rəqiblərindən İtaliya “İnter”i 18-ci (205 xal), “Rubin” 87-ci (127,5 xal), “Partizan” 127-dir (110 xal).
Şərhlərin sayı: 0 | |
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış
Bir az Sualımızda...
Şəxsi Kabinet
Ən son şərhlər və birinci 8-lik
![]()
|
|
Statistika və dost saytlar
İstifadəçilər

