Donuz ətinin zərərləri barədə çoxdan məlumdur. Sinqapur Sağlamlıq Korporasiyasının professoru Li Sey Fatta rəsmi bəyanatla çıxış etmişdir: “Donuz ətinin tərkibində çoxlu zəhər, helmintlər və onların yumurtaları, həmçinin gizli xəstəliklərin daşıyıcıları var” Təcrübə aparın:
Qaba 2-3 sm qalınlığında bişməmiş donuz əti qoyub üstünə “Kola” tökün. Bir qədər keçəndən sonra siz ətdən çıxan qurdları görəcəksiniz.
Müasir tibb sübut edib ki, donuzlar başqa heyvanlara nisbətən daha çox və daha tez-tez xəstəliyə yoluxurlar. Belə ki, zibillikdə eşələnməyi sevirlər və demək olar ki, hər şeyi, ölmüş həşəratları, leşləri və hətta donuzları da yeyirlər.
Donuz ətində yüksək dərəcədə histamin, imidazol, xolesterin, böyümə hormonu və yağlar vardır ki, bu da dermatit(dəri iltihabı) və digər iltihab prosesləri, ürək – damar xəstəlikləri, dayaq – hərəkət aparatının sıradan çıxması və s. xəstəliklərə gətirib çıxarır.
Donuz – qurdların və onların yumurtalarının əsas daşıyıcısıdır. O çox vaxt donuz əti sevənləri SOLİTER adlı parazitlə(lentşəkilli qurdla) mükafatlandırır. Bu qurdlar donuz əti yeyən insanların çıx vaxt bağırsağında tapılır. Bu qurdların seqmentləri(hissələri) digər orqanlara keçib onları zədələyirlər. ABŞ və Kanadanın hər 6 sakinindən biri bu xəstəliyə tutulur. Çox vaxt onlar bunu başqa xəstəlik kimi izah edirlər və onların orqanizmində bu təhlükəli bir şeyin olduğunu düşünmürlər. Qeyd edək ki, bu parazitlər digər canlılarda deyil, yalnız donuz ətində olur.