Ermənilərin ümidi yenə puça çıxdı. ABŞ prezidenti Barak Obama 1915-ci il hadisələri ilə bağlı danışarkən yenə "soyqırım” sözünü işlətməyib. Barak Obama ötən il olduğu kimi təcüməsi "böyük fəlakət” olan ermənicə "Meds Yeghern” sözünü işlədib.
Obama açıqlamasında 1915-ci ildə 1,5 milyon erməninin Osmanlı imperiyasının son günlərində "qətlə yetirildiyini və ya sürgün edilərək yolda öldüyünü” bildirib. Eyni zamanda o, 1915-ci il hadisələrindən danışarkən "erməniləri xilas edən türklər”dən bəhs edən ilk ABŞ prezidenti olub.
Ekspertlər bir daha bildirirlər ki, Barak Obama seçki öncəsi "erməni soyqırımı”nı tanıyacağı ilə bağlı vədindən ikili siyasət yürütməklə qurtulmağa çalışır. O, bir tərəfdən Türkiyə ilə üz-üzə gəlmək istəməməsi səbəbindən "soyqırım” kəlməsini işlətmir, digər tərəfdən isə "böyük fəlakət”, "XX əsrin ən böyük cinayətlərindən biri” deməklə erməni lobbisini neytrallaşdırmağa çalışır.
Ekspertlər Obamanın bu ilki açıqlamasının ötən ilkindən daha yumuşaq olduğuna da qeyd ediblər.
Şərhlərin sayı: 3 | |
![]()
Yazıb: Tapdiq #3
![]() ![]() Bu siyasət ki var,bu çox qəliz məsələdir...
P.S. Obama,qaytar məni obama! ![]()
Yazıb: Pis_Oglan #2
![]() ![]() Men bu qarabaladan ag gunler gozleyirem
![]()
Yazıb: Moonlight #1
![]() ![]() OBAMA DA ADAM OLDU:))))
| |
![]()
|
|

