Oğlanla dostluğun müsbət və mənfi cəhətləri Oğlanla dostluğun müsbət və mənfi cəhətləri
Oğlanla dostluğun müsbət və mənfi cəhətləri
4

Oğlan dostunun olmağının " müsbət" cəhətləri.

1) Ən yaxın dostunun bir oğlan olmağı hər şeydən öncə oğlanları yaxşı tanımağa və anlamağına yardımçı olar."Nələrə diqqət edərlər, nələri bəyənər nələrdən heç xoşlanmazlar" kimi suallara cavab tapa bilərsən. Sevgilinlə yaşadığın problemlərdə sənə çox yaxşı, düzgün yol göstərə bilər.

2) Futbol, kompyuter oyunları, basketbol, maşın yarışları kimi çoxda yaxşı bilmədiyin mövzularda özünü inkişaf etdirə bilərsən.

3) Oğlanlarla dost olmaq əyləncəlidir, bol-bol gülərsən.

4) Qız dostlarınla dalaşdığın-mübahisə etdiyin şeylərdə onunla əsla dalaşmazsan.

5) Ailən də onu tanıyır və sevirsə evə biraz gecikməyin problem olmaz.

6) Sənə maşın sürməyi öyrədə bilər.

7) Eyni futbol klubuna azarkeşlik edirsinizsə onunla futbola gedə bilərsən və yaxud da birlikdə TV-dən futbolu izləməyiniz çox maraqlı olar.

8) Eyni oğlana və ya qıza vurulmağ kimi bir ehtimalınız olmaz! Beləcə sevgi problemləri səbəbilə dostluğunuz əsla zədə almaz.

9) Partylər üçün partnyor axtarmağına gərək qalmaz.

10) Ona zəng etmədiyində və ya az vaxt ayıranda səndən inciməz.

Oğlan dostunun olmağının "mənfi" cəhətləri.

1) Paltarlarını, çantalarını, ayaqqabılarını ya da aksesuarlarını işlədə bilməzsən.

2) Ətrafınızdakılar sizin sevgili olduğunuzu düşünə bilər və tez-tez "Biz sadəcə dostuq" cümləsini qurmaq məcburiyyətində qala bilərsən. Səndən xoşu gələn bir oğlan səni həmişə onun yanında görürsə, sənə etiraf etməkdə çətinlik çəkər və sizin sevgili olduğunuzu düşünə bilər.

3) Dərtlərini bölüşsə belə, qız problemlərini qızlar qədər anlaya bilməz.

4) Oğlan dostunun sevgilisi olanda şübhəsiz səni qısqanar və problem çıxar. Sənin bir sevgilin olanda o da oğlan dostunu qısqanar və yenə problem çıxar.

5) Səninlə alış-verişə çıxmaz, saatlarca o mağaza sənin bu mağaza mənim gəzməz. Gəzsə belə bundan bir qız qədər ləzzət almaz.

6) Səninlə Gözəllik salonuna gəlməz. Dırnaq boyan, saç rəngin kimi mövzularda sənə ağıl verməz.

7) Tez-tez çöpçatanlıq etməyini istəyə bilər.

8) Qız dostlarından birini bəyəndisə lakin qız dostunun ondan xoşu gəlməzsə, kimə nə deyəcəyini bilməz və arada qalarsan.

9) Nə qədər yaxında olsanızda hər şeyi ona deyməyə çəkinərsən.

10) Nə demişlər, atəşlə barıt yan-yana durmaz! Birinizdən birinin digərini sevmək ehtimalı var və bu dostluğunuzu çox pis zədələyə bilər!!!




Yükləyib: Administrator2010-May-24 Çap Etmək
Şərhlərin sayı: 4
Yazıb: Pis_Oglan #4 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
qizlar niye biz oglanlari Zombi kimi goror bilmirem de....
Yazıb: ErasmuskA #3 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
Teriwle raziyam bosh weydi. oglanla qizin dostlugu olmur olsa da axiri olmur
Yazıb: Tapdiq #2 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
Bu mövzu məktəbdə 9-10 siniflərdə oxuduğum vaxt sinifdə olan bir söhbəti yadıma saldı.Sinif yoldaşım olan Aynur adlı qız başqa bir sinif yoldaşım ilə bu haqda söhbət eləyirdi.Elə bu vaxt o,öz sözünü təsdiq eləmək üçün Qəmbər adlı başqa bir oğlandan "Oğlanla qız dost ola bilər?"deyə soruşdu.Qəmbər ona kobud şəkildə "Nə vaxta qədər,nə vaxta qədər?" deyə cavab verdi.Qız bundan pərt olmuş şəkildə mənə tərəf çevrilib eyni sualı soruşdu.Mən ona cavabımda,"Hə,ola bilər" dedim.Qəmbər ona dedi ki,bəs "Tapdıqdan niyə soruşursan?".Aynur cavabında dedi ki,"onun cavabı sərf eləyir".O vaxt ona tam səmimi cavab verməməyimin səbəbi sinifin ən gözəl,sevimli qızlarından biri olması idi.
P.S. Boynuma alıram ki,qız dostumun olmağını istəmişəm.
Yazıb: angelka #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
ehh hamisi bow weylerdi asobuda oglan dostlugu tewekkurler yenede
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Bizim yeni dizaynımız sizcə necədir?
  
  

Səs verib: 505-nəfər!  
  
Şəxsi Kabinet
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 2
Qonaq: 2
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar