Türkiyənin Manisa şəhərində əməliyyat olunan 18 yaşlı qızın mədəsindən 800 qram saç tükü çıxarılıb.
Trixotillomaniya (saç yolmaq istəyi) xəstəliyindən əziyyət çəkən qız 10 il ərzində öz saçlarını yeyib. Qız 10 gün əvvəl mədəsinin qanaması şikayəti ilə Manisa dövlət xəstəxanasına müraciət edib və həkimlər tibbdə nadir hallarda rast gəlinən hadisə ilə qarşılaşıblar. Həkimlər bir müddət müalicə alan 18 yaşlı Gülbahar D.-ni endoskopik müayinəyə göndəriblər. Məlum olub ki, onun mədəsində saç tüklərindən ibarət iri bir kütlə var və tüklər 12 barmaq bağırsağa dolaşıb. Gülbaharın üzərində cərrahiyyə əməliyyatı aparılıb və mədənin formasını almış saç kütləsi 45 dəqiqə ərzində çıxarılıb. Mədədən bu qədər böyük kütlənin çıxması həkimləri də təəccübləndirib. Gülbahar D.-nin valideynləri qızlarının görüntülərinin yayılmamasını istədiyindən maraqlı hadisə ilə bağlı həkimlər mətbuat konfransı keçiriblər. Həkim İbrahim Karataş bildirib ki, qız 8 yaşından bəri saçlarını yeyirmiş: “Trixotillomaniya çox nadir hallarda rast gəlinən xəstəlikdir. Xəstə özünü saç tüklərini yeməkdən saxlaya bilmir. Bu, qarşısıalınmaz bir vəziyyətdir. Bəzi hallarda başda keçəlləşmə də yaranır. Bizim xəstəmizin də saçı seyrəkləşib. Ailəsi qızın saçını yeməsinin qarşısını almaq üçün onun saçlarını qısa kəsdirib. Mədəsindən çıxardığımız saç tükləri hamımızı təəccübləndirdi. Çünki mədədə bu böyüklükdə kütlənin olması bəlkə də tibb tarixində bir ilk ola bilər”. Həkim deyib ki, 18 yaşlı qız ölümdən dönüb. Çünki onun 12 barmaq bağırsağı bağlanıb, mədəsi isə fəaliyyətini itirmək üzrə imiş.
Şərhlərin sayı: 3 | |
Yazıb: wry_yikda #3
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
sende oldurduneee...nagayrimeee
Yazıb: Pis_Oglan #2
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
sene dmemisem bu cirtdanin kamputerinden el cek....
Yazıb: ErasmuskA #1
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
fuuuuu
| |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|