Bölmə» Azərbaycan
Ozumuzu kesen qilinc...
0
Ən optimist Azərbaycan vətəndaşının belə gözləmədiyi anda Ramil Səfərov ölkəmizə ekstradisiya olundu.
Bu hadisənin üstündən bir saat keçməmiş Prezident İlham Əliyevin sərəncamı ilə Ramil əfv olundu.
Bu xəbərə Azərbaycanı sevən hər bir kəs sevindi, milyonlarla insan göz yaşını saxlaya bilmədi, Azərbaycan qəhrəman oğlunu bağrına basdı. Bu xəbər həm də "Azərbaycan hökuməti Ramili unudub”, "Ramili qaytara bilmiriksə, Qarabağı necə qaytaracağıq”, "Bayrağımıza görə ermənini öldürən zabitimiz həbsxanalarda "çürüyür”, "Eurovision”dansa bizə Ramil Səfərov kimi qəhrəman lazımdır” deyənlərə göz dağı oldu, onları kədərləndirdi.
Amma bədxahlar yenə də iş başındadırlar. Türklərin gözəl bir sözü var "ağzı olan konuşuyor”. Bu şəxslər də ağızlarından istifadə edərək Ramilə "cinayətkar”, "qatil” deyirlər, onun əfv edilməsini düzgün hərəkət hesab etmirlər.
Əslində bu "azərbaycanlılar”ın mövqeyi düşmənlərimizdən heç də fərqlənmir. Hətta deyərdim ki, onlardan daha sərtdir. Özlərini ultra humanist göstərərək Avropa ölkələrinin, Ermənistan mətbuatının gözünə girməyə çalışan bu adamlar bir neçə ay öncə Ramilin ekstradisiya edə bilmədiyi üçün Azərbaycan hökumətini kəskin tənqid edirdi, bu gün isə "humanist”, "insansevər” olublar, ölkələrinə düşmən kəsiliblər.
Əgər həqiqətən də sizin üçün Vətən, millət, torpaq, dövlət anlayışı yoxdursa nəyə görə bu məsələyə bir prizmadan yanaşırsınız. Dediyiniz kimi, əgər Ramil günahsız yerə erməni zabitini öldürübsə, bəs o zaman 9 yaşlı Fariz Bədəlovun erməni snayperi tərəfindən vurularaq öldürülməsinə niyə göz yumursunuz?
Ermənilərin "8 mart” günü Farizin anasına oğlunun meyitini hədiyyə etdilər. Əgər vicdanınız varsa buna da etiraz edin, ən azından bununla bağlı da statuslar yazın.
13 yaşlı Aygün həyətlərində oynayarkən ona "bombalı oyuncaq” göndərən ermənilər deyildimi? Ermənilər tərəfindən çaya buraxılan, içi partlayıcı maddə ilə dolu olan bu oyuncaq 13 yaşlı uşağın son oyuncağı oldu. Bəs bunlara niyə söz demirsiniz?
Görəsən, Aygün və Farizin günahı nə idi? Bu hələ erməni vandalizminin cəmi iki nümunəsi idi. Siyahını uzatmaq da mümkündür. Amma bunu etməyəcəyəm. Çünki sizin üçün bunun fərqi yoxdur.
Siz Azərbaycan hökumətinə deyil, Azərbaycan dövlətinə və Azərbaycan xalqına düşmən mövqedə dayanmısınız. Məncə təkliyə qapılanda bir az düşünün. Axı Fariz və Aygünün, Xocalıda diri-diri yandırılan, dərisi soyulan yüzlərlə uşağın, körpənin ümumiyyətlə müharibə haqda təəssüratları yox idi, onlar erməninin kimliyini belə bilmirdilər.
Ramil bayrağımızı təhqir etdiyinə görə Qurgen Markaryanı öldürüb, bu faktdır. Bəs sizcə həmin uşaqlardamı erməni bayrağını təhqir ediblər? Yox onlar sadəcə türk, azərbaycanlı olduqlarına görə öldürülüblər. Amma erməni heç vaxt buna etiraz etmir.
Əksinə uşaqların dərisini soyanlara, qadınların başına oyun açanlara milli qəhrəman adı verir. Bəs buna niyə susursunuz? Budurmu sizin ədalətiniz? Sizin ermənilərdən fərqiniz odur ki, erməni düşmən saydığı ölkəni tənqid edir, siz izə doğulub boya-başa çatdığınız ölkəni. Əmin olun ki, erməni özü də sizi qəbul etməz. Çünki xəyanətkar hər yerdə xəyanətkardır.
Faktdır ki, Ramilin əfvindən sonra beynəlxalq ictimaiyyətin, xarici ölkələrin Azərbaycan hökumətinə qarşı təzyiqləri artacaq. Ola bilər ki, bu ölkəmizdə hansısa qüvvələri sevindirəcək, onların "xam xəyallarını” alovlandıracaq. Amma unutmayın ki, bu işdə Azərbaycan xalqı Azərbaycan hökumətinin yanındadır. Ramilin əfviylə xalqımıza sevinc bəxş edən insanları müdafiə etmək, onlarla həmrəy olmaq hər birimizin borcudur.
Və bir şeyi də unutmayın ki, Ramil yenidən Azərbaycan ordusunda xidmət edir və o artıq mayordur. Əmin olun ki, ölkəmizdə minlərlə Ramil kimi, Mübariz kimi, Fərid kimi, Çingiz kimi oğullar var və sabah eşitsəniz ki, Azərbaycan işğal olunmuş torpaqları qaytarıb heç də təəccüblənməyin. Çünki sizdən fərqli olaraq bizdə vətənini, millətini, torpağını, dövlətini sevən minlərlə igid var, əziz "ultra humanistlər”.
Hacıbəy Heydərli
Gün.Az
Şərhlərin sayı: 0 | |
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış
Bir az Sualımızda...
Şəxsi Kabinet
Ən son şərhlər və birinci 8-lik
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|
Statistika və dost saytlar
İstifadəçilər
Qonaqlar