Peyğembere sual ve suala cavab Peyğembere sual ve suala cavab
Peyğembere sual ve suala cavab
3



Sual:Ya Peyğəmbər,deyin görək kimlər,hansı məxluqdan ve nələr atası-anası olmadan dünyaya gəlib?
Cavab:Peyğəmbər (s.ə.v) bu sualın cavabında belə buyurdu:
-Bu dünyaya ata-ana olmadan altı məxluq ve digər yaranmış gəlib.Bunlardan birincisi Adəm Peyğəmbərdir.Allah Adəmi torpaqdan yaratmış və ona ruh vermişdir.

Ata-anası olmadan dünyaya gələn məxluqlardan ikincisi Həvvadır.Cənnətde özünə oxşar bir məxluqun olmamasına görə Adəm Peyğəmbər kədərlənir. Allah-təalanın da ona yazığı gəlir ve ona yaxşı dost yaratmaq fikrinə düşür. Allah Cəbrailə əmr edir ki,Adəmin sol qabırğasının birini çıxartsın.Ancaq elə çıxarsın ki,o nə ağrı hiss etsin nə də əzab çəksin.Allah Adəmin çıxarılmış qabırğasından Həvvanı yaratdı.

Ata-anası olmadan dünyaya gələn üçüncü varlıq Saleh Peyğəmbərin dəvəsidir.Allah bu dəvəni böyük bir qayanın içindən yaratmışdır.Saleh Peyğəmbər öz xalqı içərisində bir olan Allaha inanmağı, şükr etməyi təbliğ edirdi.Lakin xalq ona qulaq asmır,bütpərəstlikdən əl çəkmirdilər.Bunu görən Saleh Peyğəmbər buyurur:Nə üçün hədər yerə daşlara sitayiş edirsiniz?Sizə hər cür mərhəmət göstərən Allahdır.Bunu eşidən dinsizler Salehe deyirler.
-Əgər sən əsl Peyğəmbərsənsə,sözlərində həqiqət varsa,bizə bir möcüzə göstər ki,sənə inanaq.
Saleh Peyğəmbər soruşur.
-Siz necə möcüzə istəyirsiniz?
Dinsizler deyirler:
-Bax orada bir qaya var.Biz istəyirik ki,o daşın içindən iri gövdəli,qara gözlü,qıvrım yunlu bir dəvə çıxsın.Həm de elə bir dəvə ki,boğaz olsun və bizim gözümüzün qabağında doğsun.
Saleh Peyğəmbər ayağa qalxıb 2 rəkət namaz qılır,sonra dua edərək göyə üz tutur:
-Ya Rəbbim mənim son ümidim sənə bağlıdır.Xahişim budur ki,həqiqəti üzə çıxarmaq üçün bu təkəbbürlü dinsizlərin arzusunu yerinə yetirəsən.Saleh Peyğəmbər duasını sona çatdırmamış qaya 2 yerə parçalanır.Onun içindən dinsizlərin dediyi kimi dəvə çıxır.Dəvə daşın içindən çıxana kimi həm boğaz olur,həm də doğur.

Ata-anası olmadan dünyaya gələn dördüncü varlıq İbrahim və İsmailə gələn qurbanlıq qoçdur.Yeqin ki,bu əhvalatı hər kəs bilir.

Ata-anası olmadan yaranmışlardan beşincisi Musa Peyğəmbərin əsasıdır. Musa peyğəmbərin dövründə nə möcüzə olursa Firoun ve onun adamları bunu Musanın sehirle etdiyini düşünürlər.Bir gün şənlik təşkil edilir ve ora tanınmış sehirbazlar çağrılır.Sehirbazlar öz kələklərini işe salıb,sehirlər edirlər.Cadu yolu ilə əjdaha görünür.Bu zaman Musa Peyğəmbərə emr olunur ki,"Əsanı tulla!".Musa əsanı yere atır ve Allahın buyurduğu ilə həmin əsa ilana çevrilir.Sehirbazlar arasında vəlvələ düşür və baş götürüb qaçırlar.Sonra sehirbazlar Musaya iman gətirirlər.

Ata-anası olmadan dünyaya gelen altıncı varlıq isə yarasadır.Kafirlər İsa peyğəmbərə iman gətirmələri üçün qara gildən,nə tükü nə də lələyi olan yırtıcı heyvanlar kimi dişləri olan,quş kimi uçan və bir insan kimi gülən canlı yaradılmasını istədilər.İsa Peyğəmbər bir az palçıq götürür,ondan quş fiquru düzeldib üfürür.Allahın hökmü ilə fiqur cana gelir ve uçub gedir.




Yükləyib: KayFAriK2010-Mart-18 Çap Etmək
Şərhlərin sayı: 3
Yazıb: iLLeGaL #3 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
MooNLiGHT SeN Ne BiLiRSeNKi GuYaaaaaaaaaaaa;)
Yazıb: Moonlight #2 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
HALALDI/YARASA SOHBETINI HEC BILMIRDIM.COX TESEKKUR EDIREM.MARAQLI IDI
Yazıb: Pis_Oglan #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
cox gozel ve qiymetli yazidi..... sagol......
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı növ failları siz daha çox yükləyirsiniz?
  
  

Səs verib: 346-nəfər!  
  
Şəxsi Kabinet
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 6
Qonaq: 6
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar