İngiltərənin “Deyli Teleqraf” qəzetində aparılan qeyri-adi araşdırmanın nəticələri dərc edilib. Araşdırmaya görə, kobud və təhqiramiz hərəkətə məruz qalan qadınlar onlardan üzr istənməyəcəyi təqdirdə bir çox problemlə üzləşirlər. Belə olacağı təqdirdə həmin qadınlar infarkt, təzyiq və başqa ürək xəstəlikləri ilə üz-üzə qalırlar. Vaxtında üzr istəndiyi zaman isə qadınlar tez bir zamanda sakitləşir, təzyiqləri isə daha tez normal vəziyyətə düşür. ABŞ-ın Massaşussets Universitetinin Tibb Fakültəsinin alimləri 29 kişi və 59 qadının təzyiqlərini ölçüblər. Araşdırma nəticəsində iştirakçıların hər birinə riyaziyyatdan test tapşırığı verilib. Həmin tapşırığın həlli üçün 5 dəqiqə vaxt ayrılıb. İmtahan zamanı iştirakçılardan əsəbi şəkildə tapşırığın tez bir zamanda həll edilməsi tələb olunub. İmtahanın sonunda iştirakçılardan üzr istənib. Bu zaman üzr istənən qadınların kişilərdən daha tez sakitləşdiyi, kişilərdə isə bunun 20 dəqiqədən sonra özünü biruzə verdiyi müəyyən edilib. .