QaraQan - QaraQan -
QaraQan - "Gözəlçə" 2-ci Hissə
0
Gözəlçə...

Mən heç vaxt heç kəsə xor baxan deyiləm. Vallah, düz sözümdü. Düzdür, hərdən hiss edirəm ki, çoxundan üstünəm, amma üzə vurmuram – kimisə pərt etmək nəyə lazım? Məni həmişə çox istiyiblər. Uşaqlıqdan anam mənə gözəlçə, atam mələk deyirdi. Bütün günü güzgüyə baxardım. Gözəl göz-qaşım, bapbalaca burnum, qəşəng saçlarım, gülüşüm, boy-buxunum həmişə məni valeh edirdi. Hiss edirdim ki, hamıdan qəşəngəm. Həm də ağıllı və mehriban idim. Bunu ilk dəfə bağçada – qızlar mənim saçımı yolanda anlamışdım. Onlar mənə sarsaq deyirdilər. İnciyib eləmirdim – bilirdim ki, paxıllıq edirlər. Qızların heç biri mənimlə oynamırdı. Mənimlə yarışmaq ağıllarına da gəlmirdi. Bilirdilər ki, onsuz da mən hamını udacam. Onlar məndən çəkinirdilər, həm də özlərini mənə oxşadır, mənim kimi olmaq istəyirdilər. Düzdür, onda hirslənirdim, ağlayırdım, indi-indi başa düşürəm ki, bütün bunlar elə-belə olmayıb – axı mən hamıdan gözəl, hamıdan ağıllı idim. Məktəbə gedəndə də öz ədalətimə heyran olmuşdum. Sinifdəki ən eybəcər, ən gicbəsər qızlar mənimlə rəfiqəlik edirdilər. Çünki mən onlara yuxarıdan aşağı baxmırdım. Hamıdan gözəl olsam da heç vaxt qəşəng qızlarla dostluq etmirdim. Həm də mən çox tərbiyəli idim. Bunu da mən məktəbdə hiss etdim. Heç bir oğlan mənim yanımda oturmağa cəsarət etmirdi. Hətta küçədə görəndə də mənə salam vermirdilər. Təbii ki, hörmətimi saxlayırdılar. Məni görən kimi özlərini itirdilər. 8 Mart bayramında bütün qızlara hədiyyə verirdilər, mənə yox. Bilirdilər axı, mən tərbiyəliyəm və heç vaxt evə oğlan hədiyyəsi aparmaram. Son zəngdən sonra da heç bir oğlan mənə zəng eləmədi. Hərdən onlara ürəyim yanır. Bəlkə bu dəqiqə dəli kimi darıxırlar mənim üçün, amma zəng etməyə cəsarətləri çatmır, nə bilim. Keçən il gözəllik müsabiqəsinə getdim. Amma məni seçmədilər. İlk günlər fikirləşdim ki, yəqin rüşvət istəyirlər. Atam mənə deyəndə ki, "qızım, gözəllik müsabiqəsi hara, sən hara?”, o dəqiqə hər şeyi başa düşdüm. Mənim canım atam özü münsiflər heyyətini "görübmüş” ki, məni müsabiqəyə qoymasınlar. Atadı da, yəqin qısqanır.Nə isə...
Məktəbi bitirib Tibb Universitetinə girdim.Və onunla ilk dəfə orada tanış oldum. O, hündürboy, gülərüz, cəsarətli oğlan idi. Onu bütün qızlar sevirdi. Mən də vurulmuşdum. Amma heç bir tədbir görmürdüm. Vaxt keçdikcə anlayırdım ki, o da məni sevir. Çünki qrupda hamı ilə söhbət edirdi, mənə tərəf isə heç baxmırdı. Yazıq çox utancaq idi. Amma bir-iki aydan sonra çox şey dəyişdi. O cəsarətlənib mənə yaxınlaşdı. İlk söhbətimiz sözbəsöz yadımdadı: "Ay qız, mənim yerimə bu məsələni həll edə bilərsən?..” Görün bu cümlədə nə qədər sevgi var.”Ay qız”, "ay qız”, o mənim adımı belə dilinə gətirə bilmirdi.Mən gülümsəyərək dəftəri götürdüm. O yazıq isə o saat çıxdı aradan. Bir saniyə də qalsaydı, dözməyib diz çökəcək, sevgisini etiraf edəcəkdi. Mən kimya məsələsini həll edib dəftəri ona qaytardım. Həmin gündən o mənimlə əlaqə saxlasın deyə tez-tez dəftərini mənə verərdi. Mən də bütün misalları həll edərdim, sonra da vərəqin qırağına ürək şəkli çəkərdim. Bir gün isə o, bütün gücünü toplayıb dedi: "O ürəkləri daha çəkmə...” Sevincimdən uçurdum. O mənim sevgimi qəbul etmişdi, ürəyimi demək sevgimi də qəbul etmişdi. O gündən biz bir cütlük olduq – hamıdan fərqli bir cütlük. O məni qısqandırmaq üçün gündə bir qızla gəzirdi. Dəlidi də... Hələ də inana bilmirdi ki, doğrudan onun sevgisinə razılıq vermişəm. Hətta iş o yerə çatmışdı ki, eybəcərin biri ilə yalandan nişanlanmışdı da. Bu oğlanların sevgisini başa düşə bilmirəm də... Necə ağılsız olurlar. Sonra bilmirəm necə oldu. Bir onu gördüm ki, damarlarım kəsilib. Atam məni həkimə apardı. Məni xeyli sorğu-sual etdilər. Düzdü, Tibb Universitetini bitirməyə hələ 3 il qalmışdı. Amma həkim atamın dediyi kimi məni işə qəbul etdi. İndi işləyirəm, öz otağım var, ciddi tətqiqatla məşğulam. Dəlilərin arasında onların vəziyyətini öyrənirəm. Xəstələr bilməsinlər deyə məni də onlar kimi geyindiriblər, onlara verilən dərmanlardan mənə də verirlər. Düzdü, bir az bezdirici olsa da xasiyyətim dəyişməyib. Mən heç vaxt heç kimə xor baxan deyiləm. Axı bu insanlara kömək etmək lazımdır. Ona görə də onları atıb getmərəm. Sevgilimsə bir dəfə də olsun gəlmir bura. Sadəcə məktub yazır. Onları da mənə göndərməmiş cırıb atır. Dəlidi də...




Yükləyib: Administrator2010-Mart-04 Çap Etmək
Şərhlərin sayı: 0
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Bizim yeni dizaynımız sizcə necədir?
  
  

Səs verib: 505-nəfər!  
  
Şəxsi Kabinet
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar