Yunanıstan dünyada biabır olur
Yunanıstanda qırıcı təyyarə pilotları planlaşmış təlim uçuşlarına çıxmırlar.Orduda tətil etmək Nizamnamə ilə qadağan olunduğu üçün pilotlar başqa yola əl atıblar. Pilotlar psixoloji vəziyyətlərinin yaxşı olmadığını və uçmaq istəmədiklərini söyləyirlər.
Qeyd edək ki, xarici borcu 300 milyard dolları aşan Yunanıstanda Yorgo Papandreu hökuməti çarə aramaq üçün büdcədən maliyyələşən təşkilatların işçilərinin maaşlarını azaldıb. Pilotların da aylıq gəlirləri 600-700 avro azaldılıb.
Pilotların bu orijinal tətil üsuluna sərt reaksiya verən müdafiə naziri Evangelos Venizelos deyib ki, xəyal qırıqlığı yaşayır. O bildirib ki, pilotlar yunan xalqına səhv mesaj verirlər: “Pilotlar vətən, vəzifə deyil, pul üçün uçduqları mesajını verirlər. Onlar mövqelərinin və vəzifələrinin əhəmiyyətini başa düşmürlər”.