Microsoft korporasiyasının rəhbəri Stiv Ballmer Braziliyada keçirilən tədbir zamanı Windows Live Messenger proqramının yeni versiyasını təqdim edib.
Cari ilin iyun ayında istifadəyə verilməsi nəzərdə tutulan bu Messenger-də tanınmış sosial şəbəkələrlə yeni iş imkanları əlavə olunub. Proqram Facebook, Twitter, MySpace, LinkedIn, eləcə də Flickr, Livejournal, YouTube və digər populyar servislərə inteqrasiya olunacaq.
Əsas səhifələrdə yerləşdirilən, eləcə də şəkillər, roliklər və digər istiqamətlərlə bağlı şərhlərin alınması və onların oxunmasını birbaşa Windows Live Messenger vasitəsilə həyata keçirmək mümkün olacaq.
Yeni Messenger video-çat funksiyası ilə təchiz olunacaq ki, onun köməyi ilə tam ekranlı rejimdə yüksək təsvir dəqiqliklə video-ünsiyyət yaratmaq mümkündür.
Bundan əlavə istifadəçilər yeni proqramı smartfonlarda da istifadə edə biləcəklər. Windows Live Messenger ən populyar ani ismarıc mübadiləsi proqramlarından biridir. Onun ay ərzində auditoriyası 320 milyon istifadəçi təşkil edir. Gün ərzində bu servisin istifadəçiləri 10 milyarda yaxın ismarıc göndərirlər.
Şərhlərin sayı: 0 | |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|