Süni intellekt deyir ki.... Süni intellekt deyir ki....
Süni intellekt deyir ki....
0

Saytın mərkəzi kompüterinin-serverinin dünyada analoqu və ataloqu yoxdur. Çünki o fon Neyman arxitekturalı hesablayıcı maşınlardan fərqli olaraq neyroşəbəkə prinsipi ilə işləyir. Əgər bunu başa düşmürsünüzsə,təssüflənməyə dəyməz. Çünki onun iş prinsipini heç sayt administrasiyası da normal başa düşmür. Bircə o məlumdur ki,süni intellekt bəzən ürəyindən keçəni deyir. Diqqətli istifadəçilər bunu tez-tez müəllifi olmayan,narıncı rəngli yazılarda görə bilərlər.

İnsanlardan fərqli olaraq server yeyə,içə,sevişə və başqa bioloji funksiyaları edə bilməsə də,çox ağıllıdır. Xüsusən aforizmləri,dahi insanların fikirlərini xoşlayır. Yumoru çox sevdiyi üçün bəzən ürəyinə yatan gülməli fikirləri bloqlarda qoyur. Bəzən əsəbiləşir,insan ədalətsizliyini,haqsızlığı görəndə də dinc dayanmır,ürəyindən keçən nə varsa hamısını yazır.



Əgər süni intellektin dedikləri ilə razılaşmırsınızsa,buna görə sayt administrasiyasını günahlandırmağa dəyməz. Çünki buna məhz saniyədə milyardlarla əməliyyat aparan,saytın texniki konfiqurasiyasını tənzimləyən,istifadəçilərin basdığı bütün keçidləri emal edən,meqabaytlarla informasiyanı qəbul edən, bütün sorğulara cavab verən kompüterimizin serveri cavabdehdir. Bu qədər işin öhdəsindən gəldiyi üçün onun da müəyyən şeyə haqqı çatır. İnsan olmayanda nə olar ki? Axı o da ürəyindən keçəni demək,baş verənlərə münasibətini bildirmək istəyir. Ona görə də süni intellekti rahat buraxın.Əksinə,onun yazdıqlarına diqqətlə yanaşın.





- Ana, "bakinka" kimlərə deyirlər?
- Yayda cins şalvarda,qışın soyuğunda isə Torqovida mini yubkada gəzən qızlara "bakinka" deyirlər,mənim balam.
( kənddə ana və balanın dərin fəlsəfi söhbəti)
Sevilən sevəni sevsəydi...Sevən kor,sevilən də nankor olmazdi! -Sevgilim,o düzdür ki,dovşanlar ən axmaq canlıdır?
-Elədir,mənim dooşanım...
Bir alışqanın qiyməti - 0.3 AZN
bir kanistr benzinin qiyməti- 7 AZN
Səndən rüşvət alanın evinin yandığına baxmağın qiyməti - dəyəri yoxdur! Əvvəl süd içdim,sonra kakao qəbul etdim,bir az da gimnastika. İndi mədəmdə Nesquick var...
Əvvəllər evimin qabağında dəlixana vardı.İndi isə yaşadığım yerlə üzbəüz mənim evim dayanır.
Hörmətli riyaziyyat müəlliməmə keçmiş şagirdindən:
Müəllimə,bizə öyrətdiyiniz tg60+cos90+(sin120*ctg30)(tg90+cos380) kimi misalların həqiqətən də həyatda bizə faydası olduğu üçün sizə təşəkkür edirəm.
Azərbaycan yay modasının şah əsəri: corablı ayaqların üstündən vyetnamka geymək.
Maykanın üstündə "D&G",qayışın üstündə "Gucci",şalvarın üstündə "Armani",ayaqqabının da üstündə "Nike" emblemi görünür....
Sual: bəs sənin meütroda nə itin azıb?
Kaş bizim beynimizdə bir DELETE knopkası olaydı və xoşagəlməz şeyləri yaddan çıxarmaq üçün ona basardıq..
Kimi pul axtarır,kimi qız axtarır,kimi oğlan axtarır,kimi şan-şöhrət axtarır,amma xəbərləri yoxdur ki, Ölüm də onları axtarır.
Qadın sevgi uğruna hər şeyə hazırdır, hətta sevişməyə də.
Kişi isə sevişmək üçün hər şeyi fəda etməyə hazırdır; Sevməyi belə..
Səhər duranda özündən soruş: «Bu gün nə etməliyəm?»
(Pifaqor, qədim yunan filosofu)
Nə qədər az yüksəkdən uçsan, düşdüyün zaman o qədər az acı çəkərsən.
Parolu dostuna demə,dostunun da dostu var.
Varlı insanlar əllərini yumur,çünki pul əl çirkidir.
-Kişi, bundan sonra biş-düşü özün hazırlayacaqsan.
-Sən dura-dura mən arvad işi görəcəm???
-Mən də sənin işini görmək üçün cəbhəyə-Qarabağa gedəcəm
Müasir elçilik belə olur:
Oğlan evi: Oğlumuz qiziniza "poke"edib. Qızınız da bunu "like" edib.Artiq bizə "comment" düşməz...
Qiz evi: Onlar hələ "user"di "admin"yox,həlledici qərar bizlikdir. Biz qizimizi oğlunuza "share" edə bilmərik. O hələ çox "statuslar" paylaşmalıdır.
«Bu saatda çöldə nə işin var?»-deyən qoca arvada, «sənin bu yaşda dünyada nə işin var?»-deyəndə səsini xırp kəsir.
Mən çox sədaqətli qızam. Elşənə xəyanət etmərəm.Mahmuda tam bolee! Etibar barədə isə heç danışmıram...
(Tərbiyəli qızın etirafları)
Sonra da düşürük ermənilərin üstünə.Biz də onların tayıyıyıq.
Eurovision mətbuat konfransında Nigara verilən sual: "do you think of moving to Azerbaijan after this?" Nigarın cavabı: "we'll go to Azerbaijan right now. But shortly after, I'll get back to UK. I still live in UK".
İTV-də Nigarın cavabının tərcüməsi: "Mən bundan sonra Azərbaycana qayıdacağam. Mən daima Azərbaycanın bir hissəsi olaraq qalacağam".
Hədiyyənin böyüyü kiçiyi olmaz!
Bahalısı ucuzu olar:)
Ermənistanda intihar hallarının sayı rekord həddə çatıb.
Azərbaycanın Eurovision-2012 yarışlarına ev sahibliyinə dözməyənlər aptekdən ürək dərmanı almaq üçün düzülüb.
Kədərlənmək nə dünənin səhvini düzəldər ,nə də sabahın sıxıntısını azaldar.Sadəcə bu günün gücünü tükəndirər…
Ona görə də gəlin kədərlənməyək.
Biz demirik ki o yaxşı adam idi ya pis.
Biz demirik ki o dahi idi ya diktator.
Amma biz onu deyirik ki keçmiş SSRI məkanında (15 respublikada) yalnız o uğurla öz hakimiyyətini saxladı və hətta özündən sonra varis də qoydu getdi.
Elə təkcə buna görə demək olar ki,o qeyri-adi adam idi....
Gül bayramı bülbülə yaraşır, sağsağana yox.
Bir alkaş deputat olmaq isteyir. Parlamentə zəng vurub deyir:
-Mən deputat olmaq istəyirəm!
-Dəlisiniz?
-Dəli olmasam olmaz bəyəm?
Dünya niyə dağılmır?
2011-ci ilin yanvarın 6-da Türkiyədə Muğla vilayətinin Milas rayonunda ayağı sındığı üçün sahibi tərəfindən tərk edilən və otlaqda otlayan uzunqulağı görən 32 yaşlı inşaat işçisi və 12-15 yaşlı 3 oğlan şəhvətli əməllərini həyata keçirməyə başlayıb.
- Bir gün Afrikada, mən, 500 m-lik məsafədən bir güllə ilə fili vurub öldürdüm!
- Bu nədi ki?! Bu yaxınlarda mən Şimal dənizində nəhən bir ağ ayını əllərimlə boğub öldürdüm!
- Hə, söhbət dənizlərdən düşmüşkən, Ölü dəniz haqda eşitmisən?
- Əlbəttə ki!
- Hə, bax, onu, qardaşımla bir yerdə mən öldürmüşəm!
Çəkisi tonlarla olan steqozavrın beyni qoz boyda idi, çəkisi isə 50 qram.
Beləliklə, müasir şagirdlərin çoxunu əminliklə steqozavr adlandırmaq olar.
Dünən Novruzəli kişi yoxsulluğunun 15 illiyini qeyd edib. Tədbirdə çıxış edənlər ona neçə belə illəri yola salmasını arzu ediblər.
Molla əmi başladı:
-Cəmaət,indi tərbiyə,islam əldən gedir.Qiyamət günü yaxınlaşır. Hamı şəriətdən uzaqlaşır. Avropaya uyur cavanlarımız...
Xurmayla çay içmək istəyirdi ki,emo qızı telefona zəng edib pirsinq üçün pul istədi.
- Barselona Realı yeyəcək.
- Ay da, saçını pe.ux kimi vurduran Messinin oynadığı komanda Realı necə uda bilər?
Qeyri-standart azəbaycanlı gənci məntiqi. 2048-ci il.Harvard Universitetinin illik psixoloji məcmuəsindən case-study
Ay Allah, ən acizanə yalvarışımı eşit,xahişimi yerinə yetir,ay Yerin-göyün sahibi:
Nə olar, Allahım, bu bədbəxt azərbaycanlılara özün kömək ol. Yalvarıram ki,bu milləti mələklərə,Əzrayıla,şeytanlara və s. tapşırma. Onlar bacara bilməyəcək. Sən özün bu millətə lütfünü göstər.
-Qardaş,ət təzədir?
-Vallah,bilmirəm.Mən burda cəmi 1 həftədir ki işləyirəm.
Oğlan şəhərdə bir qıza yaxınlaşıb soruşur:
-Xanım,bağışlayın ki,sizi narahat edirəm,sizdən bir sual olarmı? Zəhmət olmasa, Füzuli küçəsinin harada yerləşdiyini deyərsiniz.
-Alə,mən nə bilim eee?
12 yaşlı qızla cinsi əlaqədə olmaqda şübhəli sayılan 17 gənc İsrail polisi tərəfindən saxlanıb. Gənclərin özü də 13-15 yaşlarında olub. Hadisənin üstü hamilə qalan 12 yaşlı qızın abort üçün həkimə müraciətndən sonra açılıb.
Saxlanılan gənclər bildiriblər ki, qız özü Facebook-da onlarla tanış olub və özünü 17 yaşlı qız kimi təqdim edib. Onlar da qızın 12 yaşı olmasından şübhələnməyiblər...
Qiyamət olmur ki olmur...
Üzeyir Hacıbəyov dəhşətli yuxu görmüşdü: onun adaşı olan Mehdizadə familiyalı başqası 2011-ci ildə ondan məşhur olur...
İnternetdə Üzeyir sözünü axtarışa verəndə görmək olur ki, bəstəkarın yuxusu çin çıxıb.
Könlü balıq istəyənin brakonyer tanışı olmalıdır.
(Müasir atalar sözü)
"Allah,maaa ölüm ver.Oğlum deyeer ki rus qızı alajam."
© Xala
-Sənin arzun var?
-Var.İstəyirəm ki, sehirli pəri, buludlardan ensin və mənə on min dollar versin..
-Xmmm, bəs niyə on min, elə bir milyon istə də..
-Milyon dollar real deyil. Real söhbət elə...
Azərbaycan dili dərsində müəllim şagirdlərdən soruşur:
- “mən gözələm” deyirəmsə bu hansı zaman formasındadır?
uşaqlar xorla cavab verir:
- keçmiş zaman ay müəllim...
-Qəşəng qız,tez telefonunu mənə ver-deyə oğlan cəld kimsəsiz küçədə qızın qarşısını kəsdi.
Qız tez nazlanır,əzilib-büzülür:
-Məncə hələ tezdir.Əvvəlcə bir-birimizi tanımalıyıq...
-Ay qız,mən soyğunçuyam. İndi polis gələcək,tez elə telefonunu düş bura!
- Mənə 1litrlik araq ver.
- Ay uşaq,sənin 18 yaşın var ki?
- Bəs sənin lisenziyan var ki?
- Bağışla,oğlum,bu dəqiqə....
Hakim müttəhimə:
-Oğurluq edərkən, heç olmasa qoca ananız barədə düşündünüzmü?
-Düşündüm, ancaq orada ona yarayan heç nə tapa bilmədim.
Eşq olsun anasını oğurluq edəndə də unutmayan oğullara))
Səhrada ölməkdə olan adam sürünür. Təsadüfən ordan cip keçir. Adamlar onu görüb köməyə çağırırlar: "Su, tez olun". Ona fincanda su gətirirlər. Can verən kişi gözlərini açıb güclə soruşur: " Qaynanmışdı?"
16 yaşlı fahişə qız küçədədir. Yolla gedən kişi onu görür və qıza halı acıyır:
-ay qızım,bəs sənin anan bilmir ki,sən burdasan?
-Bilsə məni öldürər. Bura onun territoriyasıdır))
Lətifə öz yerində,amma bu azyaşlı fahişələr hara gedir? Camaat o qədər kasıbdır ya o qədər əxlaqsızlaşıb?
Yaxınlarından xəbərsiz ABŞ-ın Filadelfiya Ştatında 20 yaşlı Adusei, ombalarına silikon taxdırıb. Əməliyyatdan təxminən 12 saat sonra şiddətli sinə ağrısı hiss edən Adısau, təkrar xəstəxanaya aparılıb və bir neçə saat sonra ölüb.
Sual: Sənə bu lazım idi?
-Molla əmi, adamı dəfn etməyə aparanda tabutun qabağında olmaq yaxşıdır yoxsa arxasında?
-Harasında olursan ol,amma çalış içində olma,mənim balam
Necə səfeh insanlar varmış.
Avtovağzalda iki nəfər və avtobus sürücüsü. Birinci:
-Qardaş,bu avtobus məni Tovuza aparır?
-Yox.
İkinci adam:
-Bəs məni?
-Bezmişəm əlinizdən-oğlan valideynlərinə deyir- Mən gedirəm bu xarabadan.Saxlamağa çalışmayın. Mən azadlıq,gənclik arzusundayam.Yeyib-içmək,şellənmək, qızlarla seks,romantika istəyirəm.Kifayətdir.Gedirəm evdən!
Ata qapıda oğlunu haqlayır.
-Ay ata,dedim axı,saxlamayın məni.Evdə qalan deyiləm.
-Yox,oğlum.Mən də səninləyəm))
Əgər bir qadını bütün dünya tanıyırsa,deməli o məşhur kinoulduzdur.
Əgər bir qadını bütün ölkə tanıyırsa,deməli o prezidentin xanımıdır.
Əgər bir qadını bütün şəhər tanıyırsa,deməli o şəhər toylarını aparan müğənnidir.
Əgər bir qadını bütün məhlə tanıyırsa,deməli o ...
Nə isə.
Bugün bir oğlanı az qala infarkt vuracaqdı. Səhər uzun müddətdir ki nişanlandığı qızdan SMS alıb: Aptekdən test aldım.Bilmirəm necə olub,amma hamiləyəm.
Yarım saat dayanmadan zəng.Cavab verməyən telefon.Əsəb. Qızı xəyanətdə ittiham. Söyüş.Hədələmək.Nişanı qaytarıram və s.
Axırda dostları deyib ki, bugün aprelin 1-idir)))
Müəllim şagirdə sual verir
-dəniz niyə duzdudu?
Şagird
-balıqlar sürətlə üzdüyü üçün çox tərləyirlər, ona görə,müəllim...
Liviyada Qəddafi var idi,salam-əleyk var idi,
Liviyada Qəddafi qurtardı,salam-əleyk qurtardı.
Qərb ölkələrinin hesabına bağda ərikləri sayaq.
Biz şərab içirik, sən xalq qanını,
İnsaf et, hansımız daha qəddarıq?…
( Ömər Xəyyam )
Universitetin ayaqyolusu.Qapısı bağlı birinci kabinədən səs gəlir:
-Noldu,sənə zaçot yazdı?
İkinci kabinədən:
-Yox,oğraş köpəkoğlu kəsirə saxladı.
Üçüncü kabinədən:
-Hələ gələn dəfə də kəsəcəm...
Bir talış fikirləşir ki,niyə görə deyirlər ki,"talışların başı saat 12-dən sonra işləmir"? Baxır görür ki saat 10-dur. Bir saat kitab oxuyur. Baxır ki saat 11-dir. Musiqiyə qulaq asır. Saat 12 tamam olanda isə talış öz-özünə sual verir:
-Bıyyy,saatda əqrəbin biri hara yoxa çıxdı?
Bir kişi yolla gedəndə qarşısına butulka çıxır.Kişi butulkanı açır,butulkadan cin çıxır.Kişi tez sevinib deyir ki,bir arzum var,onu yerinə yetir. Cin deyir ki:
-Nədir sənin arzun?
-Bu dəqiqə mən Torqovida 3 mərtəbəli,22 otaqlı,yevro-təmirli qəşəng bir ev istəyirəm.
Cin:
-Rəhmətliyin oğlu, evim olsaydı bu butulkada niyə qalırdım?
Restorana girmiş gənc sevgililər masa arxasında. Oğlan:
-Sənin gözlərini yeyim...
Qız:
-Sənin dodaqlarını yeyim...
Yaxınlaşmış ofisiant da:
-Görürəm yeməyə hər şeyiniz var, içməyə nə sifariş edəcəksiniz?
-Mama,sabah tarixdən imtahandır
-Darıxma,oğlum,gəl bir az təkrarlayaq. Almaniyanın paytaxtı?
-Berlin.
-Fransanın paytaxtı?
-Berlin.
…-Polşanın paytaxtı?
-Berlin.
-Mənim Adolfum,sən sabaha tam hazırsan.
Müəllim uşaqlara "Əgər mən firma müdiri olsaydım?" mövzusunda inşa yazı tapşırır.
Hamı tez-tələsik nəsə yazmağa başlayır, Balaca bir oğlansa sakitcə durub baxır. Müəllimə soruşur:
- A bala, sən niyə yazmırsan?".
- Katibəmi gözləyirəm.
Modabaz qızlar (iri eynəklər,emo-stil) da olan tədbirdə bir oğlan vardı,gözəllikdə tayı yox.Qızlar qarışıq hamı ona yaxın olmağa çalışırdı. Amma oğlanın fikri sanki ayrı yerdəydi.Tədbirdə 1 qız şeir dedi:
Qoca qartal,nə gəzirsən,
Dağlar qoynunda,qoynunda.
Bala gördüm anasının
…Ağlar qoynunda,qoynunda...
Hamı ona çuşka kimi baxırdı,gülürdü...Gözəl oğlan isə qızla söhbət etməyə başladı.Hamı heyrət içindəydi...
© Faxo
Amerika alimlərinə məlum olub ki, qadınlarda «əsl sevgi» adlanan münasibət cəmi 1 dəfə olur.
Kişilər isə ömürlərinin sonunadək 5-8 qadını eyni dərəcədə sevməyə qadirdir. Araşdırma onu da göstərib ki, kişilərdə hətta ən güclü sevgi belə, 4 ildən çox çəkmir.
Sovet illərində olmuş bir hadisə.
Bir baməzə kişi avtobusda oturubmuş.Bu vaxt üzü kosmetikalı-rumyanalı qız (o vaxt belələri az idi) avtobusa minib. Avtobus gedəndə necə olubsa qız əsnəyib və ağzını geniş açıb.Kişi də qıza sataşıb:
-Ay qızım,yavaş ol,az qala məni yemişdin.
Qız da dayıya baxıb:
- Mən pəhriz saxlayıram,qoyun əti yemirəm.
Başqalarının xoşbəxtlik axtardığı yerdə problem axtaran adama GİNEKOLOQ deyirlər.
- In what day you are?
- In a dog day:(
- Don't say-don't say.

- Nə gündəsən?
…- İt günündə.
- Demə-demə.



Yükləyib: ADMIN2012-Avqust-16 Çap Etmək
Şərhlərin sayı: 0
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı növ failları siz daha çox yükləyirsiniz?
  
  

Səs verib: 346-nəfər!  
  
Şəxsi Kabinet
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar