Onun 40-a yaxın ləqəbi vardır. 50 dəfə həbs olunsada gunahı sübuta yetirilmədiyi üçün azad olunmuşdu. Viktor əslən çexdir. 5 dildə sərbəst danışırdı. Gənc yaşında Avropa səyahətinə çıxan Viktor Parisdə Poker və bridji oyununa elə aludə olur ki, kartda qazandığı pullrın hesabına ömrünün sonuna kimi işləmədən yaşaya bilərdi. 1920-ci illərdə ABŞ-a gələn Lyüstiq aristokrat və maqnatları aldatma yolu ilə 100.000 dollar qazanmışdı. Amma Lyüstiqin ən möhtəşəm “işi” Eyfel Qülləsini satması oldu. 1925-ci ildə o, təsadüfən qəzetdə oxuyur ki, qüllə təmirə dayanmalıdır və bunun üçün tender elan olunacaq. Əgər hökumət təmirə pul tapmasa, Eyfel metallom kimi sökməyə belə hazırdı. Fırıldaqçı fürsəti əldən vermədi. Özünə saxta yolla Poçt nazirinin müavini şəhadətnaməsini düzəltdirir, sonra isə ölkənin məşhur maqnatlarına dəvətnamə göndərir. Bahalı oteldə Eyfel qülləsinin taleyini həll edən iclas təşkil edən Viktor guya ciddi dövlət sirri açırmış kimi dedi: “Bilirsiz, qüllənin metal gövdəsi əməllibaşlı korroziyaya uğrayıb. Onu təmir etdirmək heç kimə sərf etmir. Onsuzda dövlət onu qapalı hərracda satışa çıxaracaq. Yaxşısı budur, onun metallom kimi alınmasına hazırlıq görəsiz. Sənədləşmə işlərində mən kömək edərəm”. O, 9 tonluq metalloma bazar qiymətindən də aşağı qiymət “oxuyub”, maqnatları şirikləndirirdi. Növbəti gün daxili hərrac
Lyüstiq bu işi gördüyünə görə rüşvət almala biznesmenlərin axırıncı şübhəsinə son qoyur. Nəhayət ki, Eyfel milyonçu Andre Puasson 50.000 dollara satılır. Puasson öz briqadası ilə Eyfeli sökməyə gələndə elə bir mərəkə qopdu ki.... Amma heç kim fırıldaqçını tapmağa cəhd göstərmədi. Çünki Puasson avtoritetin itirməkdən qorxduğu üçün məsələni açıb ağartmadı. Bir ara pulsuzlaşan Viktor yenidən Parisə gəldi, qəribə də olsa ikinci dəfə 75.000 dollara .....”Ağzında şirə qalan ” Lyüstiq 3-cü dəfə də bu işə girişəndə, kələyinin üstü açılır və o, qaçır. Məşhur fırəldaqçının fəaliyyəti 1935-ci ildə sona çatır: O, ABŞ-da saxta dollar üstündə həbs olunur. Al-Katras ada—zindanından qaçmaq da ona qismət olmadı. Viktor Lyüstiq 1947-ci ildə həbsxanada pnevmaniyadan öldü.
Şərhlərin sayı: 4 | |
Yazıb: Pis_Oglan #4
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
halal olsun.. bu meni de kecib ki....
Yazıb: Tapdiq #3
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Maraqlıdır.Elvin,fırıldaqçılıqla məşğul olmaq üçün xarici dil bilmək vacib deyil.Bunun üçün bacarıq,dil lazımdır.Bu bir növ genetika ilə bağlıdır.Anadan gəlmə yalançı doğulmalısan.Və riskə getməyi bacarmalısan.
P.S. Catch me if you can. Frenk(Leonardo Di Caprio). 5 000 000 $. Fucking gadget,yeah man?...Zor kino idi.
Yazıb: ErasmuskA #2
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
hm belke men de qiz qalasini satim:)))
Yazıb: Moonlight #1
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
YOX,ELVIN,LAZIM DEYIL.QOY OTURMUWUQ DA:)))
| |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|