Məktəbdən məzun olandan sonra musiqi sahəsində bir sıra uğursuzluqlarla qarşılaşan Tarkan, Almaniya`ya geri dönüb, musiqini və "ulduz" olmaq arzularını yarımçıq buraxmaq istərkən, taleyin onun üçün yaratdığı fərqli bir plan həyatını dəyişir və o, produsser Mehmet Soğutoğlu ilə tanış olur. "İstanbul Plak" ilə imzaladığı müqavilə nəticəsində Tarkanın ilk albomu "Yine Sensiz" 1993-cü ildə işıq üzü görür. Albomun ilk mahnısı olan "Kıl oldum abi" çox qısa bir müddətdə dinləyicilərin zövqünü oxşayaraq, Türk radiolarının Top 20 siyahısına daxil olur. "Çok ararsın beni" və "Vazgeçmem" mahnıları da albomun reytinqini qaldırır.
Uşaq kimi görünüşünə təzad olan sərt baxışları, azad hərəkətləri ilə fərq yaradan görünüşü və güclü səsi birləşincə, Tarkan`ın gənclərin rəğbətini qazanması çox da çətin olmur.
Tarkan`ın ikinci albomu "Aacayipsin" 1995-ci ildə işıq üzü görür. Sezen Aksu ilə birgə hazırlanan "Hepsi senin mi?" və eləcə də "Kış Güneşi", "Gül döktüm yollarına", "Unutmamalı" mahnıları Türkiyə reytinqində birinci sıraya qədər qalxır.
Tarkan, 1995-ci ildə Avropa`da və Türkiyə`də 74 canlı konsert verir. "New York Palladium" konserti Türkiyə`də də canlı olaraq yayımlandı və böyük maraq cəlb etdi. Albom satışları 2.5 milyonu keçərək, bütün digər sənətçilərin eyni ildə albom satışlarını arxada qoydu və Tarkan`ın musiqi dünyasında güclü bir ad olaraq qəbul edilməsini təmin etdi.
Türkiyə`də uğurlarından sonra Tarkan, sənətini inkişaf etdirmək və ingiliscə öyrənmək üçün New York`a köçməyə qərar verir. Türkiyə`dən ayrılmazdan əvvəl taleh onu bu dəfə də Atlantic Records`un qurucusu olan, bu yaxınlarda vəfat edən, Ahmet Ertegün ilə qarşılaşdırır. Ahmet Ertegün`ün Tarkan`a ingiliscə mahnı oxumasında kömək etməsi, gələcək planların ilk qıvılcımı olur.
Tarkan`ın üçüncü albomu "Ölürüm sana" 1997-ci il iyul ayında işıq üzü görür. Dünya miqyasında çox yaxşı qarşılanan bu albomun ən canalıcı mahnısı "Şımarık" yenə də Tarkan`ın Sezen Aksu ilə olan ortaq işi idi. Mahnı qısa müddətdə Billboard`ın Hot 100 siyahısında ilk sıralara çıxdı və albomun dünya çərçivəsində satılmasını təmin etdi. "Şımarık", fərqli sənətçilər tərəfindən bir çox dildə oxunuldu. Həmçinin mahnının video klipi Avropa`da MTv və MCM kimi musiqi kanallarında göstərildi və CNN kimi xəbər kanalları da proqramlarında Tarkan`ın uğurlarına yer verdilər. Bununla yanaşı Tarkan Türkiyə turnesinə start verdi. Türkiyə turnesini, 17 fərqli şəhəri özündə toplayan bir Avropa turnesi izlədi. Bunlara daha sonra Amerika`dakı konsertlər də əlavə olundu. Güclü səsi, dinamik rəqsləri və dinləyicilərə göstərdiyi performansı ilə Tarkan bütün dünyanın diqqətini cəlb etdi və getdiyi hər yerdə pərəstişkarlarının sonsuz sevgisi ilə qarşılaşdı.
1998-ci ildə "PolyGram France" lisenziyasını alan albomu musiqi dünyasında yenidən işıq üzü gördü. Bunun qarşılığında albom Meksika`da "Platin", Fransa, Hollandiya, Almaniya, Belçika, Lüksemburq, İsveç və Kolombiya`da "Altın Plak" mükafatını aldı.
Tarkan`ın Almaniya, Fransa, İngiltərə, Belçika, Hollandiya, Danimarka və digər ölkələri bürüyən turnesi Türkiyə`nin 1999-cu il zəlzələsi ilə sona çatdı. Minlərcə insanın itkin düşdüyü və evsiz qaldığı 1999-cu il zəlzələsi qurbanları üçün İstanbul`da keçiriləcək yardım konsertində iştirak etmək məqsədi ilə Türkiyə`yə geri dönən Tarkan, bu konsertin səhərisi günü əsgərlik xidmətinə çağırıldı.
Pərəstişkarlarının neçə vaxt gözlədikləri dönüşdən sonra 2001-ci il avqust ayında qovuşduğları "Karma" adlı albomu, Tarkan`ın daha əvvəl dinləyicilərinə heç bir zaman eşitdirmədiyi fəlsəfənin bir parçası idi. Albomun ilk mahnısı "Kuzu Kuzu" üç ay ərzində bir nömrə oldu və Türkiyə`də yaşanılan böhrana baxmayaraq, "Karma" albomu 2.5 milyondan daha çox satıldı. Albom, Rusiya`da da böyük rəğbət qazandı və Rusiya musiqi dünyasında gözlənilməz bir dəyişiklik yaratdı.
Bu uğurlardan sonra Tarkan`dan 2002-ci ildə Dünya Çempionatına qatılacak Türk Milli Futbol Takımı üçün bir musiqi oxunması istənildi. Dünya üçüncüsü olan Türk Milli Futbol Takımı`nın rəsmi mahnısının sözlərini Tarkan`ın yenidən dəyişdirib öz tərzində oxuması, bu mahnının "Karma" albomunda yer almasına səbəb oldu. Bundan əlavə, "Karma" albomunda olan "Hüp" mahnısı, Türkiyə Turizm Nazirliyinin hazırladığı təqdimatda istifadə olundu və Turizm Nazirliyi Tarkan`ı, mahnısı ilə Türkiyə`nın tanınmasında əməyi olması və dünya miqyasında ölkəsini təmsil etməsi ilə mükafatlandırdı.
Tarkan`ın beşinci albomu "Dudu" 2003-cü ilin yazında satışa təqdim olundu. "Dudu", siyahılarda qərarlı bir şəkildə yüksələrək, Tarkan`ın əvvəlki albomlarının satışındakı nəticəni göstərdi. Bu albomun satışa təqdimatından sonra yenə uğurlu bir turne həyata keçirildi. Türkiyə`də müxtəlif illərdə keçirilən turne, xarici ölkələrdən Almaniya`nın 6 şəhərində, Moskva, Bakı və Alma-Ata`dakı konsertlər ilə başa çatdı.
Tarkan, həm albom satışlarında olan rekordlardan, həm də populyarlıq baxımından Türkiyə`nin son on ildə ən böyük starıdır və uğurları Avropa`dan Amerika`ya, Asiya`dan Avstraliya`ya qədər yayılmışdır. Mahnıları 1992-ci ildən bu vaxta qədər hər il Top 40 siyahılarıda yer alıb. "Şımarık", "Hüp", "Dudu" və "Kuzu Kuzu" da daxil olmaqla bir çox mahnıları müasir pop musiqisinin standartlarına cavab verir. Sənətindəki uğurları və görkəmi bir çox şirkətlərin diqqətini cəlb etmiş və dünyaca tanınan markalardan Police, Pepsi, Doritos və s. Tarkan`a və turnelərinə sponsorluq etmişlər. Tarkan, həmçinin Pepsi`nin bir çox reklam filmlərinə də çəkilmişdir.
Tarkan, 2005-ci idə Türkiyə`də 200.000`dan çox tamaşaçısı olan dörd stadion konsertləri vermişdir. Türkiyənin ən böyük stadionlarından birində keçirilən İstanbul konsertindəki səhnə dünyada tanınmış səhnə qurucusu Justin Collie tərəfindən hazırlanmışdır. Səhnədəki diqqəti cəlb edən şouda Tarkan`ı uzun illər Michael Jackson ilə birgə işləyən istedadlı xoreoqraf Travis Payne`dən dərs alan amerikalı, fransız və türk rəqqaslardan ibarət bir rəqs qrupu müşaət edirdi.
2006-cı ilin aprel ayında dinləyicilərinə təqdim olunan "Come Closer" adlı bu yeni albom, Tarkan`ın uzun illərdir gözlənən ilk ingiliscə albomudur. "Universal Music" tərəfindən ilk olaraq Avropa`da və Cənubi Amerika`da satışa təqdim olundu. Eyni vaxtda Türkiyə`də də işıq üzü görən albomda Tarkan; Wyclef Jean, Pete Martin, Devrim Karaoğlu, Billy Mann, Lester Mendez, Dexter Simmons, the Jettsonz, Supaflays kimi uğurlar qazanmış sənət adamları və produsserlərlə yanaşı dünya miqyasında bir çox bəstəkar, musiqiçi və texniki heyət ilə işləmiş və hər birinin "Come Closer" albomunda unudulmaz izləri vardır. Qərb və Şərq musiqisini bir duet halında birləşdirən bu yeni albom, Tarkan`ın ilk işi idi.
Tarkan, adət halını almış pop star qəlibini qıraraq, "orijinal" ifası ilə yaratdığı "Come Closer" albomu, musiqi dünyasına Türkiyə`dən açılan ilk qapı olmuşdur. Bu qapıdan sonra Tarkan`ı uzun maraqlı bir yol gözləyir...
Şərhlərin sayı: 0 | |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|