Teatrın direktoru Maqbet Bünyadovun dediyinə görə, görkəmli aktyor aprelin 15-də saat 4.00 radələrində dünyasını dəyişib. Telman Adıgözəlovun dünən bütün gün teatrda olduğunu deyən Maqbet Bünyadovun sözlərinə görə, aktyor gecə saat 01.00 radələrində qızına özünü pis hiss etdiyini və yatmaq istədiyini bildirib. Az sonra atasının vəziyyətinin pisləşdiyini görən qızı təcili yardıma zəng edib. Lakin həkimlər onu xilas edə bilməyiblər. Telman Adıgözəlovun infarktdan dünyasını dəyişdiyi bildirilir. Telman Abbasqulu oğlu Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən rayonunda anadan olub. İstedadlı aktyor Dövlət televiziyasında hazırlanmış «Yaşıl eynəkli adam», «Ordan-burdan»,«Qonşular», "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş «Nəsimi», «Üzü küləyə», «Mən dəniz sahilində böyümüşəm» kimi filmlərdə xarakterik rollar oynayıb. Telman Adıgözəlov 2000-ci ildə Azərbaycan Respublikasının “Əməkdar artisti”, 2006-cı ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. Prezident mükafatçısı idi. Allah rəhmət eləsin!!!
1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb. Bunlardan C.Məmmədquluzadənin «Dəli yığıncağı»nda Zəncirvuran, İ.Əfəndiyevin "Xurşidbanu Natəvan"ında Daşdəmir, «Mahnı dağlarda qaldı»da Rəhman, Şekspirin «Maqbet»ində Flins, M.İbrahimovun «Közərən ocaqlar»ında Xanəhməd, H.Cavidin «İblis»ində Şeypurçu, S.Vurğunun «Vaqif»ində Təlxək, S.Rəhmanın «Nişanlı qız»ında Çeşməkli kişi, E.Baxışın «Qədr gecəsi»ndə Oyunbaz, Elçinin «Ah Paris...Paris!..»ində Əhməd, «Mənim sevimli dəlim»də Professor, R.Novruzun «Hələ «sevirəm» deməmişdilər»ində Qumarbaz obrazlarını göstərmək olar.
Şərhlərin sayı: 5 | |
Yazıb: angelka #5
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
ALLAH rehmet elesin
Yazıb: Moonlight #4
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
BOYUK ITKIDI,ALLAH REHMET ELESIN!AMIN! ILLEGAL,YADINDADI,TEATRA GETMISDIK,O DA VARDI,TEXELLUSUMUZ DE O VAXTDAN "SUZIK"QALIB...
Yazıb: iLLeGaL #3
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
ALLAH ReHMeT eLeSiN
Yazıb: KayFAriK #2
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Allah rehmet elesin!
Yazıb: Pis_Oglan #1
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Allah rehmet elesin..... encil yarpaqlari yiyesiz qaldi
| |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|