Uilyam Ceyms Sidis (William James) Uilyam Ceyms Sidis (William James)
Uilyam Ceyms Sidis (William James)
0
"Lokk, Yum, Berkli, Kant, bir sözlə bütün filosoflar bizə heç nə verməmişlər və mən onların heç bir kəşfini xatırlamaq iqtidarında deyiləm."
Bu sözləri deyən Ceyms öz fəlsəfəsində praqmatik əhval-ruhiyyəyə sadiq qalmışdır. Faydalılıq, xeyir kimi anlayışlar onun fəlsəfi sisteminin özəyini təşkil edir. Dünyanın ən mühüm elementi kimi insanı götürən Ceyms hər şeyi ona (insana) "fayda gətirəcək" müstəvidə ölçüb-biçməyə çalışırdı.Pirs kimi ənənəvi fəlsəfəyə meydan oxuyan mütəfəkkir "təcrübəni" yaratdığı fəlsəfi sistemin əsas anlayışı kimi qəbul edirdi. Sözsz ki, təcrübə deyərkən, filosof insana xeyri, faydanı əldə etməyə yaxınlaşdıran fəaliyyəti nəzərdə tuturdu. Hansı ki, bu fəaliyyət "təcrbə" adı altında təqdim olunmaqla varlığı da, idrakı da, gerçəkliyi də özündə ehtiva edirdi. Bəllidir ki, fəaliyyət insana aid olan bir hadisədir.Və bu faydalılıq funksiyasını yerinə yetirərək insana düşmüş olduğu çətinlikdən, gərginlikən çıxış yollarını göstərməlidir. Amerika filosofunun mövqeyinə görə, varlıq da, idrak da, gerçəklik də məhz bu baxış bucağından təhlil olunmalıdır. Bizi dünyanın necə qurulması deyil, insanın öz dünyasını necə qurması maraqlandırmalıdır. İdrakı yalnız intellektual fəaliyət kimi qəbul edib, onu (idrakı) həyatdan uzaqlaşdırmaq insanın atdığı səhv addımdır. İdrak da insan oğlunun gündəlik həyat tərzinə nüfuz etmək bacarığına malik olmalıdır. Yaşam boyunca qəbul edilən qərarlar, əldə edilmiş uğurlar, buraxılmış səhvlər, qüsurlar - bir sözlə, həyata aid hər şey fəlsəfənin süzgəcindən keçirilməlidir.
Burada isə qeyd olunan hər kəsin anlamadığı, qəlizləşdirilmiş fəlsəfə deyildir. Bu, Pirsin də vurğuladığı kimi insana xidmət edən, onun yaşamına yön verən, daha doğrusu həyatın içində olan fəlsəfədir. Bəli, Ceymsin də mövqeyi məhz bu məzmunda idi. Bəllidir ki, insanı işə, fəaliyyətə cəlb etmək üçün inam ən mühüm vasitədir. Məhz bu yönü nəzərə alan mütəfəkkir ilk öncə insanlara inam aşılanmasını təklif edirdi. Hər bir fərd öz işində inam nümayiş etdirib fəaliyyətə başlamalı və fayda əldə etməlidir. Amerikalı filosofun toxunduğu məsələlərdən biri də təcrübənin neytral mahiyyətə malik olması ilə bağlı idi. O, (təcrübə) nə materializm, nə də idealizmdir. Bu neytrallıq əslində insanları materializm və idealizm kimi faydasız məşğuliyyətdən uzaqlaşdıraraq, hər bir kəsə fayda verməyi qarşısına məqsəd qoyur. Ancaq onu da qeyd edək ki, Ceyms özü idealizmə daha çox meyl edirdi.
Fəlsəfənin uzun illər ərzində araşdırdığı həqiqət də real həyatda məskən salmışdır. İnsanın həyatında hormoniya yaradan, onun yaşamını gərginlikdən çıxaran metod məhz həqiqə sayılmalıdır. Cəsarətlə önə sürülmüş bu yanaşma fəlsəfə tarixində həqiqət axtarışında əmək sərf etmiş filosoflara qarşı bir etiraz, həm də tutarlı bir iddia idi.
QEYD:
Uilyam Ceyms Amerikan təfəkkürünün təzahürünü özündə əks etdirən ilk filosoflardan biridir. Pirsin əsasını qoyduğu "Praqmatizmin" əsaslarını mükəmməl şəkildə işləyib hazırlayan məhz O olmuşdur. İxtisasca həkim olan Ceyms təhsilinin bir hissəsini Amerikada almış, sonralar Almaniyada davam etdirmişdir. Harvardda isə, tibb üzrə doktorluq müdafiə etmişdir. Məhşur əsəri "Psixologiyanın prinsipləri" (1890) hesab edilir.
Yaşam tarixi:1842-1910
Milliyyəti: Amerikalı
Nümayəndəsi olduğu fəlsəfi təlim: Praqmatizm
Əsas əsərləri: "Praqmatizm"(1907), "Həqiqətin mənası" (1909), "Pluralist Kainat" (1909)
Müəllif: Tural Abbaslı
Mətnin adresi: Cauza.az



Yükləyib: ADMIN2012-İyul-23 Çap Etmək
Şərhlərin sayı: 0
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı universitetdə təhsil almaq istərdiniz?
  
  

Səs verib: 1020-nəfər!  
  
Şəxsi Kabinet
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar