Meksika hüquq-mühafizə orqanları qiymətli daşlar və metaldan istifadə etməklə hazırlanan silahları müsadirə edib.
Bu barədə Meksika Baş Prokurorluğundan bildiriblər.
Müsadirə edilən avtomatlar, tapançalar və pulemyotlar (ümumilikdə 31 ədəd odlu silah) qızıl və gümüşlə örtülüb, üzəri isə brilyantlarla bəzədilib. Güman edildiyinə görə, silahlar Sinaloa narkokartelinə məxsusdur. Bunu silahların dəstəyində Lobo Valensiya sözünün yazılması da göstərir. Lobo Valensiya narkokartelin rəhbəri Oskar Valensiyanın ləqəbidir. Oskar Valensiya vaxtilə Sinaloa qruplaşmasının keçmiş rəhbəri Xoakin Qusmanla əlaqədədir. Xoakin Qusman hazırda gizlənir və Meksikanın ən çox axtarılan şəxsləri siyahısına başçılıq edir.
“Qiymətli silahlarla” bərabər polis bir neçə adi silah, saxta sənədlər, narkotik vasitələr də müsadirə edib.