1) 1915-ci ildə Türkiyə limanlarının birində Britaniya ordusunun bir bölük əsgəri yürüş keçirirdi. Hava aydın, günəşli idi. Amma səmada 6-8 ədəd qəribə bulud formasında, bulkaya oxşar ağır kütlə vardı. Sonra yerə 60 km. Yaxın daha bir kürəşəkilli, amma ağır, qatı və bərk buluda oxşar obyekt sahənin üzərini almağa başladı. Bu hadisəni izləyən komandir əsgərlərə kütləyə yaxınlaşıb baxmağı əmr edir. 70-80 nəfərlik alay həmin yerə yaxınlaşanda bulud onları öz əhatəsinə alır və yavaş-yavaş yuxarı qalxır. Və əsgərlərdən əsər əlamət qalmır. Sonradan Britaniya hökuməti bu hadisəni cəfəngiyyat adlandırıb, Türkiyədən yoxa çıxmış əsgərlərini geri istəsə də, heç nə əldə edə bilmir. Türkiyə tərəfi isə bölük haqqında heç bir informasiyaya malik olmadığını qəti şəkildə bildirir.
2) 1975-ci ildə Arizona ştatında meşədə ağacqıranlar işləyirdilər. Onlar göy üzündə böyük, işıqsaçan disk formalı obyekt görürlər. Fəhlələrdən biri Trevis Volton maraq xatirinə dəstədən ayrılaraq, diskin altında dayanır. Bir anın içində diskdən çıxan ilıdrımaoxşar elektrik Trevisi vurur. Bunu görən fəhlələr qaçmağa başlayır. Sonradan onlar polislərlə hadisə yerinə qayıdanda Trevisdən əsər-əlamət görməyiblər. Onun axtarışı bir həftə davam etsə də heç bir nəticə verməyib. Amma bir gün gözlənilmədən Trevis sağ-salamat peyda oldu və çox qəribə şeylər danışmağa başladı. O, diskdən çıxan mavi rəngli məxluqların onu özləri ilə apardıqlarını deyirdi. Psixoloq, polis və yalan detektoru işə qarışandan sonra Trevisin cəfəngiyyat danışmadığı məlum oldu.
3) 1987-ci ildə Sankt-Peterburqda yaşayan mühəndis öz mənzilindən izsiz yoxa çıxdı. Qəribəsi o idi ki, 7-ci mərtəbədə yerləşən, qapı pəncərəsi bağlı olan mənzildə bütün qiymətli əşyalar və pul toxunulmamış qalmışdı.
Onlar aramızdadır...
Tanınmış ufoloqlar birağızdan təsdiq edirlər ki, gəlmələr xarici görünüşcə adi insana bənzəyib. Yerdə yaşaya bilirlər. Eləcə də gəlmələrdən doğulmuş körpələrin böyüyüb, aramızda yaşadığı faktları da var. Belələrinə insan yox, gibrid varlıqlar deyilir.
Yadplanetlilərdə doğum...
2000-ci ildə 24 yaşlı Avstraliya sakini Meqan Layker 2 ildir ərə getməsinə baxmayaraq, hamilə qalmadığından həkimə müraciət edir. Müayinədən keçən zaman həkimlər dəhşətə gəlirlər: Meqanın uşaqlığı çoxlu doğuş keçirmiş qadın orqanına bənzəyirdi. Halbuki, Meqan doğmadığını deyirdi. O zaman psixoloqlar Meqanı uzunmüddətli, dərin hipnoza salırlar. Və qadın xatırlayır: onu 18 yaşında oğurlayıb, kosmik bazaya aparıblar. Onu müayinə edib, şəffaf divarları olan kiçik qutuya salırlar. Orada ondan başqa da əsir qızlar var idi. 3 həftədən sonra Meqanın qarnı şişir. 2 aydan sonra o, uşaq doğur. Uşağı dərhal götürüb aparırlar və bu üsulla Meqan düz 14 dəfə doğuş keçirir. Sonra qız geri qaytarılır və təbii ki, onun yaddaşından bu hadisələr pozulur.
Qazaxıstanda 15 yaşlı məktəbli qız Valey Soloveya ilə də 1944-cü ildə çox dəhşətli hadisə baş verib. Qız məktəbdən evə qayıtmır. Valideyinlər və milis onu axtarsa da tapa bilmir. 4 gündən sonra Valeyi məktəb yolu ilə evə qayıdan görürlər. Qızı sorğu-suala tutsalar da, o, məktəbdə olduğunu, sadəcə tənəffüsdə 15 dəqiqəlik həyətə çıxdığını deyir. 3 həftədən sonra Valeyin hamilə olduğu məlum olur. Yazıq qız camaatın üzünə necə baxacağını fikirləşib, çıxış yolu axtarır. Valeyi mərkəzi klinikaya yerləşdirib, ətraflı müayinələr aparılır. Psixiloji təsir və hipnoz vasitəsilə qız məktəb həyətində huşunun itdiyini, özünə gələndə isə qəsəbədən çox uzaqdakı çöldə olduğunu görür. O, üzərinə əyilib, ona baxan yad, balacaboy, iri gözləri olan adamlar görür və yenə özündən gedir. Ultrasəs müayinə qızın bətnində 1 aylıq dölün normal inkişafda olduğunu göstərsə də, həkimlər bakirəliyin pozulmadığını təsdiqləyir. Qız həmin klinikada doğur. İri, yaşıl gözlərini heç qırpmayan körpə doğulanda ağlamadı da... Həkimlər ana və körpəyə ciddi nəzarət etsələr də, 2 aydan sonra uşaq yoxa çıxdı və bu günə kimi axtarışdadır.
Xəzər Dənizi UNO-ların məskəni...
XX əsrdə Azərbaycanda, Xəzərətrafı ərazilərdə naməlum obyektlər dəfələrlə müşahidə olunmuşdu. Xüsusən yay aylarında aktivləşən qalaktika obyektlərini daha çox bağlarda və dəniz sahilində dincələn insanlar müşahidə ediblər. Xəzər üzərində görünüb, qəfil də yoxa çıxan obyektlərin formaca diskəbənzər, kürəşəkilli və ay kimi parıltılı olduğu bildirilir. Hətta bir neçə insan həvəskar kamera ilə bu obyektləri lentə də alıb. Bu kimi faktlar Azərbaycanda və Rusiyada kosmik seysmologiya mərkəzlərində tadqiq olunur. Xəzərə UNO-ların marağının kökləri hələ XIX əsrə gedib çıxır. Amma sovet dönəmində bu faktlar ciddi-cəhdlə ictimaiyyətdən gizlədilib və bütün informasiya Moskvada arxivləşdirilib.
Alimlərin qənaətinə görə, UNO-lar Xəzərin müxtəlif tektonik dərinliyində olan çox böyük enerji resurslarından mənbə kimi, belə demək mümkünsə, Yerə uçuşlar zamanı enerjidoldurma məntəqəsi kimi istifadə edirlər. Çoxları hətta irəli gedib, Xəzərin dərinliyində onların eniş nöqtəsinin olduğunu da deyirlər.
199-cu ildə Bakıda baş vermiş genişmiqyaslı enerji qəzasından öncə səmada 4 ellipsformalı obyekt müşahidə olunmuşdu. Bu obyektlərdən biri işıqsaçan açıq-mavi rəngli iri, yumru obyekt 40 dəqiqə ərzində lentə köçürülüb və onun sorağı bütün dünyaya yayılıb.
UNO-lar İranda...
2007-ci ilin oktyabr - noyabr aylarında İran və Rusiya da öz sərhədlərində və Xəzərin İran hövzəsində son vaxtlar mütəmadi müşahidə və kosmosun öyrənilməsində birgə əməkdaşlıq etmək qərarına gəliblər. İran mətbuatının yazdığına görə, son illər İranın nüvə obyektləri ərazilərində, xüsusən Buşer və İsfahan üzərində çox hündürdən uçan obyektlər qeydə alınır. Bu vaxta kimi icazəsiz uçan istənilən obyekti qeyd-şərtsiz vurmaq əmri verən İran rəhbərliyi indi tamam başqa mövqe nümayiş etdirir. 2007-ci ilin aprel ayında Dövlət televiziyasında Tehran səmasında uçan süd rəngli, parıltılı diskin görüntüləri yayımlanmışdı. İranla yanaşı eyni ayda İndoneziya, Çin və Avstraliya səmasında da müxtəlif formalı, yaşıl, qırmızı, sarı və mavi şüaları olan obyektlər görünmüşdü...
Şərhlərin sayı: 6 | |
Yazıb: CHARMING #6
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
deyirem gelmeler bizim BAAU-nu 1 defelik aparsa idiler lap yaxwi olardi ozude imtahan qabagi
Yazıb: Moonlight #5
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
BAAUnun telebeleri o quzu ya deve etinden yeyesi olmadilar:)
Yazıb: wry_yikda #4
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Menim boyreyimnendiki meni bir defelik aparsinlar
Yazıb: Pis_Oglan #3
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
coxdandi tetile cixmiram........ meni aparsaydilar yaxsi olardi
Yazıb: iLLeGaL #2
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
HaRa BaXiRaM Bu MOONLIGHT QeYBeTiMi eLeYiRDa:))) a BaLa BeZMeDiN? SeN MeNe iLiwMeYi QuRTaRDiGiN GuN QuZu HeTTa DeVe KeSiB BuTuN BAAU TeLeBeLeRiNe VeReCeM:))))
Yazıb: Moonlight #1
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Deyirem ay Kayfarik,gelmeler bu Illegalla Angelkani da aparsaydilar,zor olardiye:)))
| |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|