Fransa polisi həftə sonu ralliyə tələsən bir motosikletçini sərt şəkildə cəzalandırdı.
Motosiklet yarışına tələsən 40 yaşlı Esson şəhər sakini maksimal sürət 110 km/saat olan ərazidə 242 km/saat sürətlə radara düşüb. Lakin tələsən motosikletçi yarışa yetişə bilməyib. Stasionar radardan bir-neçə kilometr aralıda onu polislər qarşılayıb. Sürət həddini aşdığı üçün onun sürücülük vəsiqəsi ləğv edilib, 18 000 avroluq “Ducati 1098” motosiklet isə müsadirə olunub. Hadisədən bir neçə dəqiqə sonra eyni yolda 190 km/saat sürətlə radara düşən motosikletçiyə də oxşar cəza verildi. Xatırladaq ki Fransada sürət həddini 50 km/saatdan çox aşma hallarında nəqliyyat vasitəsi dövlətin xeyrinə müsadirə edilir. Bu cəzaya əsasən bahalı avtomobillərin sürücüləri tuş gəlirlər.
Şərhlərin sayı: 2 | |
Yazıb: wry_yikda #2
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
En zor menim mawinimdi 24 nomreli avtobus....polis molis vecine deyil.....5deqiqeye merdekannan ezizbeyov gelir...
Yazıb: Pis_Oglan #1
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
sagol ay brat..... menim babamin 011 20 den yuxari getmir..... yoxsa seherde radar qalmazdi... hamisina kurs olardim
| |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|