๑۩۩๑ Made in BAAU ๑۩۩๑
Page 1 of 11
Forum moderator: ADMIN 
...:::BAAU Forum:::... » ..:::Azərbaycan Dövlət Neft Akademiyası:::.. » Terror » Azərbaycan Dövlət Neft Akademiyası (Milli faciə)
Azərbaycan Dövlət Neft Akademiyası
ADMIN Tarix: Çərşənbə axşamı, 2009-May-05, 16:40 | Sıra nömrəsi: 1

Yazıları: 39
Admin
18
Tarixdən bir parçaş...

10 noyabr 1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılmışdır.

1896-cı ildə texniki məktəb "Bakı aşağı səviyyəli texniki məktəbə" çevrilmişdir. 1896-1905-ci illər ərzində bu məktəbin mexanika şöbəsi üzrə 50 nəfər, inşaat şöbəsi üzrə isə 55 nəfər buraxılışı olmuşdur. 1910-cu ildə mexanika şöbəsinə neft-texniki və elektromexanika istiqamətlər daxil idi.

1916-cı ildə məktəbdə 494 tələbə təhsil alırdı ki, onlardan da 20 nəfər azərbaycanlı idi.

1918-ci ildə məktəb politexnikum adlandırılmışdır. Politexnikumda neft sənayesi, elektromexanika və inşaat–memarlıq şöbələri fəaliyyət
göstərmiş, tələbələrin sayı 188 nəfər olmuşdur. Qeyd etmək lazımdır ki, bu dövrdə Azərbaycanda, aralarında 12 mühəndis olan cəmi 62 nəfər azərbaycanlının ali təhsili olmuşdur.

16 noyabr 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin "Bakıda politexnik institutunun yaradılması haqqında" dekreti elan edildi.

Dekretdə aşağıdakılar qeyd olunmuşdur:

"Neft-mədən", "elektromexanika", "mühəndis-inşaat", "kənd təsərrüfatı" və "iqtisadiyyat" fakültələri əsasında Bakı Politexnikumu bazasında M.Əzizbəyov adına Bakı Politexnik İnstitutu yaradılsın.
Bakı Politexnikumunun binaları, avadanlıqları, həmçinin Rus Texniki Cəmiyyətinin kimya laboratoriyası Bakı Politexnik İnstitutunun sərəncamına verilsin.
Politexnik İnstitutunun tələbə kontingentinin tərkibinə politexnikumun tələbələrinin daxil edilməsi ilk növbədə, aşağıdakı əsaslarla nəzərdə tutulsun: kafi dərəcədə ümumi təhsil hazırlığına malik tələbələrin I semestr dərslərinə buraxılması, belə hazırlığa malik olmayanlara isə əlavə ümumi təhsil fənnlərinin keçilməsi və ən nəhayət texnikumun yuxarı kurs tələbələrinə xüsusi dərslər təşkil etməklə tələbələr sırasına daxil olunması.
Dövlət Universitetinin tələbələri üçün mövcud olan sosial təminat hüquqları Bakı Politexnik İnstitutunun tələbələrinə də şamil edilsin.
Universitetlərdən və digər müəssisələrdən Politexnik İnstitutuna tədris prossesinə cəlb olunacaq professor-müəllimlərin əvəzçiliklə işləmələrinə baxmayaraq, Politexnik İnstitutunda tutduğu vəzifəyə uyğun onlara əmək haqqı verilsin.
Professor-müəllim heyətinin əmək haqqı Dövlət Universitetində uyğun vəzifədə çalışan əməkdaşın əmək haqqı kimi ödənilsin.

ADNA-nın gerbi12 dekabr 1920-ci ildə Xalq Maarif Komissarlığı tərəfindən institutun açılması barədə dekreti verilir. Dekretdə Bakı Politexnik İnstitunun yaradılması ilə bağlı Bakı Politexnikumun bağlanması və müəllimlərin öz vəzifələrindən azad edilməsi qeyd olunur, hazırlıq işlərinin başa çatması və institutda tədris ilinin 1 yanvar 1921-ci ildə başlanması göstərilirdi.

Dekretə əsasən mühəndis A.İ.Kozlovun sədrliyi ilə institutda qəbul komissiyasının yaradılması və aşağıdakı normaları rəhbər tutaraq, qəbulun 1 yanvar 1921-ci ilədək başa çatdırılması nəzərdə tutulurdu. Namizədlərdən ilk növbədə - Bakı Politexnikumunun tələbələrinin, xüsüsi ali məktəblərin tələbələrinin, ikinci - türk dili bilənlərin, üçüncü – fəhlələrin, dördüncü – AKBP MK və BK-dən göndərilən beşinci – qızıl ordu nümayəndələrinin, altıncı – şura qulluqçularının, yeddinci – qalan vətəndaşların instituta qəbulu nəzərdə tutulmuşdur.

Dekretə uyğun professorlar N.A.Dubrovski, P.K.Juze, L.Q.Qurviç, Petroqrad Universitetinin dosenti A.S.Şepotev və mühəndis D.D.Qadaskin institutun professorları; aqronom N.A.Lebedev, mühəndislər S.Vəkilov, A.İ.Kozlov, A.N.Şuşerov və M.V.Abramoviç isə ixtisaslarına uyğun kafedra ştatlarına müəllim kimi daxil edilmişlər.

Professor N.A.Dubrovski 1 sentyabr 1921-ci ilədək ilk rektor təyin olunmuşdur.

Dekretdə Elmi Şuranın tərkibinin, adları yuxarıda çəkilənlərdən təşkil olunması da qeyd olunmuşdur.

İnstitutun Elmi Şurasının birinci iclası 15 dekabr 1920-ci ildə ilk rektor professor N.A.Dubrovskinin sədrliyi altında aparılmışdır. İclasda S.Vəkilov Elmi Şuranın katibi seçilmişdir. Az sonra, 18 dekabrda Elmi Şuranın ikinci iclası keçirilmiş və ilk dəfə olaraq fakültələrə: "Neft-mədən" - dağ mühəndisi B.Dombrovski, "Elektromexanika" - mühəndis-elektrik A.Sizov, "Mühəndis-inşaat" - mülki inşaaat mühəndisi A. Şuşerov, "İqtisadiyyat" - professor N.A.Dubrovski və "Kənd təsərrüfatı" - aqronom N.Lebedov dekan seçilmişlər.

Fəaliyyətə başlanmasını bəyan edən ilk zəng 2 yanvar 1921-ci ildə saat 9.30-da vurulmuş və mühəndis S.Vəkilov institutun tarixində ilk dəfə olaraq ali riyaziyyatdan mühazirə oxumuşdur.

1920-1921-ci tədris ilində institutun Elmi Şurasının 66 nəfərdən ibarət olan tərkibinə aşağıdakı professorlar və müəllimlər daxil olmuşlar: N.A.Dubrovski, P.K.Juze, L.Q.Qurviç, A.S.Şepotev,D.D, Qadaskin, A.M.Şuşerov, L.S.Leybenzon, İ.V.Kurçatov, K.A.Krasusski, A.A.Axundov, Q.N.Qaziyev, İ.Q.Yesman, S.A.Kovalevski, P.İ.Kuznesov, T.Q.Kuliyev, P.P.Lukin, M.M.Skvorsov, S.N.Usatı, V.İ.Tixomirov, B.P.Albiski, N.L.Vannikov və başqaları.

1920-1921-ci tədris ilində institutda 1135 tələbə oxuyurdu.

1922-ci ildə "Kənd təsərrüfatı", "İqtisadiyyat", "Texnoloji (elektrotexnika, dağ-neft və nefttexnoloji şöbələri), və "Mühəndis-inşaat (quru yol, hidrotexniki və mülki inşaat ixtisasları üzrə)" fakültələrin fəaliyyəti üzrə institutun strukturu səhmanlaşdı.

Bu dövrdə əsasən ümumi nəzəri hazırlığa geniş yer verilməklə ixtisas fənnlərinin tədrisinə və istehsalat təcrübələrinin keçirilməsinə lazımı nəzarət yetirilmirdi. Tədris planlarına çoxlu sayda fənnlər salınmaqla, fənnlərdən hesabatların verilməsində sərbəstliyə yol verilməklə bərabər, tələbələrin bir kursdan digərinə keçirilməsində məqbul və imtahanların verilmə ardıcıllığı gözlənilmirdi. Praktiki və laboratoriya dərslərinə lazımı diqqət yetirilmir, tələbələrin müvəffəqiyyəti bal sistemi ilə qeydə alınırdı. Təhsil müddətinin nominal 5 il olmasına baxmayaraq, tədris planının həddən artıq yüklənməsi, az sayda tələbələrə belə 7 il ərzində institutu bitirməyə imkan verirdi.

1922-ci ildə institutun maddi-texniki bazasının və professor–müəllim heyətinin gücləndirilməsinə "Azneft"(təmir və lazımı avadanlığın təmini və 150 tələbəyə təqaüdün verilməsi), Xalq Komissarlar Şurası, Maarif, Torpaq, Yeyinti Ticarət Xalq Komissarlıqları tərəfindən lazımı köməklik göstərilirdi.

Bu illərdə institutda işləmək üçün professorlar: S.N.Usatı, S.M.Romanov, B.P.Albiski, M.M.Əliyev və İ.Q.Yesman (1922-1928-ci illərdə rektor vəzifəsini icra etmişdir) dəvət olunmuşlar.

1923-cu ilin yayında Azərbaycan Hökümətinin təşəbbüsü nəticəsində keçmiş ittifaqın Mərkəzi İcraiyyə Komitəsinin 10 avqust 1923-cu il tarixli qərarı çıxırılmış, Bakı Politexnik İnstitutunun ümumi ittifaq əhəmiyyəti qeyd olunmuş və ittifaqın Maarif Komissarlığına və Azərbaycan Hökumətinə institutun maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı tədbirlərin görülməsi üçün göstəriş verilmişdir. Bunun nəticəsində "Azneft"in gəlirinin müəyyən faizinin institutun fonduna köçürülməsinə, Vladikavkaz Politexnikumun avadanlığının alınmasına nail olunmuşdur.

1923-cu ildə 3 nəfərdən ibarət birinci buraxılış, 1924-1925-ci tədris ilində -13, 1925-1926-ci ildə – 46, 1926-1927-ci ildə isə 289 nəfər mühəndis buraxılışı olmuşdur.

1923-cü ildən institut M.Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutu adlandırılmışdır.

1929-cu ildə rektor vəzifəsini onun məzunu M.V. Barinov icra etmişdir.

1929-1932-ci illərdə institututda, onun fakültələrində yenidənqurma işlərini aparan və həmin illərdə rektor vəzifəsini icra edən, institutun məzunu A.A.Nikişin olmuşdur.

12 may 1929-cu ildə institutdan "Kənd Təsərrüfatı" fakültəsi ayrılmış və sərbəst fəaliyyət göstərən "Kənd Təsərrüfatı İnstitutu" yaranmışdır.

29 may 1930-cu ildə "Azərbaycan Politexnik İnstitutu"nun adı dəyişdirilmiş və "Azərbaycan Neft İnstitutu" (ANİ) adlandırılmışdır.

1931-ci ildə institutun şöbəsi "Azərbaycan Qiyabi Sənaye İnstitutu" yaradılmışdır.

Azərbaycan Neft İnstitutu bazasında Gəncə, Qroznı, Ufa və İşimbayda şöbələri olan "Azərbaycan Qiyabi Neft İnstitutu" yaradıldı.

İnstitutun adının "Azərbaycan Neft İnstitutu" adlandırılması ilə bağlı yenidənqurma işləri və mühəndis kadrların hazırlanması aşağıdakı fakültələrdə aparılmışdır: "Mexanika" (elektromexanika, avtonəqliyyat, istilik energetikası sahələri üzrə); "Neft-mədən"(qazıma, istismar, qazın hasilatı və utilizə olunması və mədən mexanikası sahələri üzrə); "Geoloji-kəşfiyyat", "Neftkimya" (neft zavodları, laboratoriya-tədqiqat, mineral maddələrin texnologiyası üzrə); "İnşaat" (sənaye-zavod inşaatı, mülki memarlıq tikintiləri üzrə), "Nəqliyyat" (süni tikililər, dəmir yolları, dəmir yol istismarı və relssiz nəqliyyat üzrə), "Sənaye iqtisadiyyatı" və "hidroenergetika".

19 iyun 1930-cu ildə "İnşaat" fakültəsi bazasında Azərbaycan İnşaat İnstitutu yaradılmışdır (1 sentyabr 1934-cü ildə yenidən "memarlıq-inşaat fakültəsi" adı ilə Azərbaycan Neft İnstitutuna verilmişdir).

Politexnik İnstitutun 10 illiyinə təsadüf edən otuzuncu illərdə 3267 tələbəsi, qiyabi təhsil üzrə fəhlə fakültəsində 3000-dən çox dinləyicisi olan Azərbaycan Neft İnstitutu keçmiş ittifaqda, görkəmli ali təhsil müəssisələrindən birinə çevrilərək miqyas və əhəmiyyətinə görə Zaqafqaziyada birinci ali texniki məktəb kimi qalmışdı.

Əgər 1921-1929-cu illər ərzində 422 nəfər mühəndis buraxılışı olmuşdursa, təkcə 1929-1930-cu tədris ilində institutu 559 mütəxəssis bitirmişdir.

Neft sənayesi üçün mütəxəssis hazırlığında əldə etdiyi nailiyyətlərə görə institut 1931-ci ildə Azərbaycan Respublikası hökümətinin "Qırmızı Əmək Bayrağı Ordeni" ilə mükafatlandırılmışdır.

Ölkənin sənayeləşdirilməsi ilə bağlı sənayenin Azərbaycanda da sürətli inkişafı təkcə neft deyil, digər sahələr üçün də mühəndis kadrlarının hazırlanmasını tələb edirdi. Beləliklə, respublikada geniş profilli sənaye institutunun yaradılması günün vacib məsələsi kimi qarşıda dururdu.

1934-cü il oktyabrın 10-da Neft institutu maşınqayırma, energetika və s. sahələr üçün də mühəndis kadrları hazırlığına görə Azərbaycan Sənaye İnstitutuna (Az.Sİ) çevrildi.

1932-1933-cü illərdə A.M.Çeqodayev, 1933-1934-cü illərdə S.P.Kiselyev, 1934-1938-ci illərdə İ.S.Axundzadə institutun rektoru olmuşlar.

Fəaliyyətinin 15 ili ərzində 2614, sonrakı beş ilində isə 2696 nəfər mühəndis kadrlarının hazırlanması, institutun sürətlə inkişaf etməsini sübut edir.

Fəaliyyətinin 20 illiyi ərzində əldə etdiyi nailiyyətlərə görə 25 dekabr 1940-cı ildə institut ittifaq hökumətinin ali mükafatlarından olan Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunur.

Hazırda respublikada fəaliyyət göstərən Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, Azərbaycan İnşaat Mühəndisləri Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Sənaye İnstitutu ADNA-nın ayrı-ayrı fakultələri əsasında yaradılmışdır. Respublika prezidenti H.Əliyevin vaxtilə dediyi "İnstitut öz varlığı ərzində bütün ölkədə ali təhsilin, xüsusən ali neft təhsilinin inkişafına sanballı kömək göstərmişdir", "institutun respublikamız qarşısında xidmətləri böyükdür", "institutu bitirən kadrlar Azərbaycanın mühəndis-texniki və elmi işçilərinin özəyi olmuşdur" sözləri Azərbaycan Dövlət Neft Akademiyasının fəaliyyətinə verilən ən layiqli qiymətdir. Hazırda ADNA-nın "Geoloji kəşfiyyat", "Qaz-neft-mədən", "Kimya texnologiyası", "Neft mexanikası", "Energetika", "İstehsalat proseslərinin avtomatlaşdırılması", "Mühəndis iqtisad, beynəlxalq iqtisadi əlaqələr" ixtisası istiqaməti üzrə bakalavr və 50 ixtisaslaşma üzrə magistr pillələrində birlikdə 6000-dən çox tələbə təhsil alır.

Strateji əhəmiyyətli sahə olan yanacaq-enerji və kimya texnologiyası kompleksi üçün hazırlanan gələcək mütəxəssislərin təlim-tərbiyəsi ilə 100-dən çox elmlər doktoru, professor, 600-dən çox elmlər namizədi, dosent məşğul olur. Bunların sırasında Respublika Elmlər Akademiyası və beynəlxalq akademiyaların bir çox həqiqi və müxbir üzvləri vardır. Elm və texnika sahəsi üçün mütəxəssis hazırlığında akademiyada 63 kafedra fəaliyyət göstərir.

ADNA-da aspirantura və doktorantura şöbələri fəaliyyət göstərir. Ötən 79 il ərzində akademiya 70000-dən çox mühəndis, 2000-dən çox elmlər namizədi və 250-dən çox elmlər doktoru hazırlamışdır. Akademiyada yüksəkixtisaslı mühəndis və elmi kadrların hazırlanmasında iki elmi-tədqiqat institutu, 32 elmi-tədqiqat problem laboratoriyası, "Sənaye müəssisələri işçilərinin ixtisasartırma və yenidən hazırlanma institutu" fəaliyyət göstərir.

ADNA-da 60-dan çox ölkə üçün 300 nəfər mühəndis, bakalavr və magistr dərəcəli texniki kadr və 270 nəfər elmlər namizədi və doktoru hazırlanmışdır. Xəzərin akvatoriyasında və quruda yeni yataqların işlənməsi, neft konsorsiumlarının fəaliyyətə başlaması, xarici ölkə şirkətləri ilə əməkdaşlıq və onun gələcək perspektivləri ADNA qarşısında bazar iqtisadiyyatı şəraitində işləyə bilən, müasir texnika və texnologiyanı mənimsəyən və tətbiq etməyi bacaran mütəxəssislərin hazırlanmasını tələb edir. Qarşıya çıxan bu vacib məsələlərin həlli ilə əlaqədar "ADNA-nın inkişaf proqramı" hazırlanıb.

ADNA-nın 1 milyona yaxın kitab fondu olan kitabxanası, informasiya hesablama mərkəzi, tədris vəsaitləri çap edən nəşriyyatı, 7 korpuslu tələbə şəhərciyi, 3 tədris korpusu, tələbə poliklinikası və xəstəxanası, idman kompleksi, Nabranda istirahət zonası vardır.

Akademiyada "Elmi əsərlər", "Azərbaycan ali texniki məktəblərinin xəbərləri" adlı məcmuələr, "Neft kadrları uğrunda" adlı çoxtirajlı qəzet nəşr olunur. ADNA-nın məzunlarından 50 nəfərdən çox Azərbaycan EA-nın həqiqi və müxbir üzvü, 150 nəfərdən çox Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanı, 70 nəfərə yaxın Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür. Respublikamızda və xarici ölkələrdə fəaliyyət göstərən müvafiq şirkət, təşkilat, təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq tədbirləri məzunların gələcəkdə işlə təmin olunmasına böyük imkanlar yaradır. Respublika ali təhsil müəssisələri içərisində ADNA yeganə təhsil ocağıdır ki, Avropa Universitetləri Assosiasiyasına qəbul edilmişdir. ADNA həmçinin Avropanın "TEMPUS" proqramının iştirakçısıdır. 1999-cu ildən başlayaraq bu kompakt-layihə proqramı əsasında "ətraf mühit və neft sənayesi" ixtisaslaşması üzrə magistr hazırlığına başlanacaqdır. 1999-cu ildən başlayaraq ADNA Amerika proqramları əsasında ABŞ-ın Corciya Dövlət Universiteti ilə birlikdə iki ixtisas üzrə magistrlər hazırlamağa başlamışdır. İlk dəfə məzunlara Amerika nümunəli diplomlar verilmişdir.

Cümə axşamı, 9:30AM 30 aprel 2009-cu il ......

Şahid ifadələri

Hücum edənlər neçə nəfər olub? Say haqda mübahisəli məlumatlar var. Ancaq «Assoşieyted Press» yazır ki, onun müxbirinin söhbətləşdiyi şahidlər bir adamdan danışıblar.
Şahid ifadələrinə görə, hücum edən alçaq boylu bir şəxs olub. Binanın içində qabağına kim çıxırdısa, başını nişan alırdı, birinci güllədən ölməyəni ikinci dəfə vururdu. Kimi vurduğuna isə fərq qoymurdu. İstər müəllim olsun ya tələbə və yaxud da xidmətçi.
«İnterfaks» yazır ki, həlak olanlar arasında onların əməkdaşı Anar Əzizovun Neft Akademiyasında müəllim işləyən anası da var.
«Assoşieyted Press» Neft Akademiyası haqda da məlumat verir. Vaxtilə Neft və Kimya İnstitutu adlanan bu Akademiyada Rusiyanın ən böyük neft şirkəti «Lukoyl»un prezidenti Vahid Ələkbərov, Anqola prezidenti Jose Eduardo dos Santos, Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev, Stalin dövründə məxfi xidmətlərin rəhbəri Lavrenti Beriya təhsil alıblar.

Səhiyyə Nazirliyi terror zamanı ölənlərin yekun siyahısını açıqlayıb

Azərbaycan Dövlət Neft Akademiyasında terror hücumu nəticəsində ölən şəxslərin tam siyahısı müəyyənləşib.

Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Sultan Əliyevin APA-ya verdiyi məlumata görə, hadisə zamanı ölən şəxslər aşağıdakılardır:

1. Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlü (Sumqayıt şəhəri, II mikrorayon)
2. Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü (Salyan şəhəri)
3. Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü (Bakı şəhəri, Xətai rayonu Babək prospekti)
4. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü (Cəlilabad şəhəri, Füzuli küçəsi)
5. Abdullayev Ramiz Xəlil oğlu, 1940-cı il təvəllüdlü (Bakı şəhər, VII mikrorayon)
6. Vahidov Məcnun Abdulvahid oğlu, 1946-cı il təvəllüdlü (Bakı şəhər, IX mikrorayon)
7. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü (Şirvan şəhəri)
8. Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü (Daşkəsən şəhəri)
9. Babaşov Ruslan Cəfər oğlu, 1990-cı il təvəllüdlü (Sabirabad rayonu)
10. Bağırov Ayaz Cahangir oğlu, 1988-ci il təvəllüdlü (Bakı şəhəri, Yasamal rayonu)
11. Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü (Bakı şəhəri, Füzuli küçəsi)
12. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü (Bakı şəhəri)
13. Terrorçu – Qədirov Fərda Əsəd oğlu, 1980-ci il təvəllüdlü (Gürcüstan vətəndaşı).

S. Əliyev APA-ya deyib ki, hadisə nəticəsində dünyasının dəyişən 12 nəfər Səhiyyə Nazirliyinin hesabına müsəlman adət-ənənələri ilə yuyulub, kəfənlənib və maşınlarla ünvanlarına çatdırılıb. Yaralanan 10 şəxs isə hazırda stasionar müalicə alır. Onlardan bir neçəsinin vəziyyəti çox ağırdır.

S. Əliyevin sözlərinə görə, Azərbaycan Neft Akademiyası və Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində dünyasının dəyişənlərin valideynlərinə, yaxınlarına təskinlik vermək məqsədilə hazırda nazirliyinin psixoloq briqadası fəaliyyət göstərir. Briqada sabah da fəaliyyət göstərəcək. Həmin briqada əhalini bu hadisə nəticəsində yaranmış təşvişdən xilas etməyə yardım edir. S. Əliyev nazirliyin yaralılar üçün qanvermə aksiyasının keçirilməsinə ehtiyacın olması barədə məlumatları da təkzib edib.

Bu bur adminlik!
 
MətnTarixdən bir parçaş...

Müəllifi: - ADMIN
Yazılma tarixi - 2009-May-05 saat 16:40
Administrator Tarix: Bazar günü, 2009-Noyabr-08, 10:08 | Sıra nömrəsi: 2

Yazıları: 71
Halaldır.
30
ALLAH Azərbaycan Dövlət Neft Akademiyasında həlak olmuş bütün tələbə və müəllimlərə rəhmət eləsin.Ruhları şad olsun, nur içində yatsınlar.Bunu həyata keçirən canilər də elədikləri vəhşiliyə görə həm qanun, həm də axirətdə cavab versinlər....
 
MətnALLAH Azərbaycan Dövlət Neft Akademiyasında həlak olmuş bütün tələbə və müəllimlərə rəhmət eləsin.Ruhları şad olsun, nur içində yatsınlar.Bunu həyata keçirən canilər də elədikləri vəhşiliyə görə həm qanun, həm də axirətdə cavab versinlər....

Müəllifi: - Administrator
Yazılma tarixi - 2009-Noyabr-08 saat 10:08
Pis_Oglan Tarix: Çərşənbə, 2009-Dekabr-23, 15:35 | Sıra nömrəsi: 3

Yazıları: 44
Aktiv olduğuna görə
10
Allah rəhmət eləsin[color=blue]

Hec kim meni basa dusmuur.... Hec basa da duse bilmezler.... Ne de men kimsenin meni basa dusmesini gozleyirem... Meni bsa dusen olsaydi Men olmazdim... Meni basa dusmek ucun Men olmaq lazimdi.... Bes sen bunu basa dusdun..?????
 
MətnAllah rəhmət eləsin[color=blue]

Müəllifi: - Pis_Oglan
Yazılma tarixi - 2009-Dekabr-23 saat 15:35
...:::BAAU Forum:::... » ..:::Azərbaycan Dövlət Neft Akademiyası:::.. » Terror » Azərbaycan Dövlət Neft Akademiyası (Milli faciə)
Page 1 of 11
Search:
Yüklənir...