Bakı Şəhəri | Azərbaycan | ๑۩۩๑ Made in BAAU ๑۩۩๑ Bakı Şəhəri Bakı Şəhəri
Bakı Şəhəri
1
Abşeron yarımadasında tapılmış arxeoloji materiallar buranın qədim yaşayış məskəni olduğunu sübut edir. Artyom, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Binəqədi, Əmircan və s. yerlərdə e.ə. 3-1-ci minilliklərə aid arxeoloji materiallar tapılmışdır.
Bakının salındığı tarix dəqiq məlum deyildir. Bəzi tədqiqatçılar Bakını Qaytara (Qanqara), Albana, Baruka və s. ilə eyniləşdirirlər. Bakıda tapılmış 5-7ciəsrlərə aid Sasani dəfinəsi o dцvrdə buranın yaşayış məntəgəsi olduğunu gцstərir. 5-6-ciəsr mənbələrində Bağavan və Atəş-i Baquan adlandırırlar. Ərəb mənbələrində (10-cu əsr) "Bakuyə", "Bakuh", "Baku", rus mənbələrində (15-ci əsr) "Baka", Səfəvilər dövrq farsdilli mənbələrdə "Badkubə" kimi qeyd edilir.

9-cu əsrin 2-ci yarasında Abbasilər xilafətinin zəifləməsi və mərkəzi hakimiyyətdən uzaqlaşmaq meyllərinin qüvvətlənməsi Xilafətə tabe ölkələrdə bir sıra müstəqil dövlətlərin yaranmasına səbəb oldu. Belə dövlətlərdən biri də Şirvanşahlar dövləti idi. Bakı 10 əsrin axırlarında Şirvanın əsas şəhərlərindən birinə çevrildi. Əhali sənətkarlıq, ticarət, bağçılıq, bostançılıq, üzümçülük, baramaçılıq, əkinçilik, neftçıxarma, baliqзıliq və s. ilə məşğul olurdu.

Zəfəran da əkilirdi.İqtisadiyyatında neft və duz əsas yer tuturdu. Ərəb səyyahı Əbu Duləfin (10-cu əsr) məlumatına gцrə, Bakıdakı iki neft mənbəyindən ildə təqribən 720 min dirhəm gəlir götürülürdü. Feodal münasibətlərinin, ticarət və sənətkarlığın inkişafı şəhərin tərəqqi etməsinə imkan yaradırdı. Beynəlxalq ticarət yolları ayırıcında olan Bakı Şərq və Qərb ölkələri arasındakı ticarətdə mühüm əhəmiyyətə malik idi. Bakıya xəzər, slavyan, Bizans, Çin, İraq, Suriya, Genuya, Venesiya, İran, Hindistan tacirləri gəlirdi. Bakıdan İran, İraq və s. ölkələrə neft ixrac olunurdu.

Bakı 10-cu əsrdən liman şəhəri kimi məşhur idi. 11-ci əsrin sonu-13 əsrin əvvəllərində Bakı tərəqqi dövrq keçirirdi. 1191-ci ildə Qızıl Arslan Şamaxını tutduqda Şirvanşah 1 Axsitan müvəqqəti olaraq paytaxtı Bakıya köçürmüşdü. Şirvanşahlar şəhərin möhkəmləndirilməsinə xüsusi diqqət verirdilər. 12-ci əsrdə Bakı ikicərgəli qala divarı və xəndəklə əhatə olundu.

Qız Qalası da şəhərin müdafiə sisteminə daxil idi. 1232-1235-ci illərdə Bakını dəniz tərəfdən qorumaq məqsədi ilə buxta daxilində möhkəmləndirilmiş qala tikildi. Şirvanşahlar Xəzər dənizində güclü donanma yaratdılar.

13-cü əsrin 30-cu illərində monqollar Bakıya hücum edib, uzunmüddətli mьhasirədən sonra şəhəri aldılar. Bakıda neft çıxarılması və ticarət tənəzzülə uğradı. 14-cü əsrin ortalarına doğru Bakıda ticarət (xüsusilə dəniz ticarəti) yenidən canlandı. Gilan və Şamaxı ipəyinin beynəlxalq ticarətdə əhəmiyyətinin artmasi ilə əlaqadar Bakının iqtisadi mövqeyi yüksəldi. 14-cü əsrdən Bakıdan Qızıl Orda, Moskva knyazlığı, Avropa ölkələri və s. yerlərə müxtəlif mallar, xüsusən ipək, xalça və s. ixrac edilirdi. Bakıdan Həştarxana, Orta Asiyaya və Xəzərin cənub sahillərinə də mal daşınırdı. 14 əsrin 2-ci yarısında Bakının iqtisadi və siyasi rolunun artması ilə əlaqədar olaraq Xəzər dənizi bəzən Bakı dənizi də adlanırdı (bu, 1375-ci ildə katalan dilində hazırlanmış atlasla göstərilir). Bakıda indiyədək qalan tarixi-memarliq abidələri - Buxara karvansarası(14-cü əsr), Qız Qalası yaxınlığında Multani (hind) karvansarası (15-16-cı əsrlər) və s. Şərq ölkələri ilə geniş ticarət əlaqələrinin mövcudluğunu sübut edir. Bakıda hind tacirləri yaşayırdı.

Şirvanşah 1 Xəlilüllahın dövründə (1417-1462-ci illər) Bakıda mühüm tikinti işləri aparıldı. Şirvanşahlar sarayı kompleksi də bu dövrdə tikilmişdir. Bakıda ticarət, sənətkarlıq inkişaf edir, iqtisadi və mədəni həyat yüksəlirdi. 15-ci əsrin 2-ci yarısında Böyük Moskva knyazlığı ilə ticarət daha da genişləndi və diplomatik əlaqələr yaradıldı.

1501-ci ildə Şah İsmayıl Şirvana hücum edərək Bakını aldı. Səfəvi hökmdarı 1 Təhmasib 1538 ildə Bakının da daxil olduğu Şirvanı Səfəvilər dövlətinə birləşdirdi. Səfəvi - Osmanlı müharibələri zamanı 1578-ci ildə Osmanlı ordusu Bakını tutdu. 1607-ci ildə şəhər yenidən Səfəvilərin hakimiyyəti altına keçdi. Mərkəzi hakimiyyətin qüvvətlənməsi, məhsuldar qüvvələrin inkişafını ləngidən feodal çəkişmələrinə, dağıdıcı müharibələrə son qoyulması 17-ci əsrin 40-cı illərində şəhərin yüksəlişinə təkan verdi. Səfəvilər dövrqndə Bakıda mis pullar buraxılırdı. Bakı və Abşeron əhalisinin xeyli hissəsi xalçaçılıqla məşğul olurdu. 16-18-ci əsrlərdə sənətkarlıq, xüsusilə xalçaçılıq daha da inkişaf etdi. Bakıda toxuculuq da mühüm yer tuturdu. 17-18-ci əsrlərə aid tarixi abidələr bu dцvrdə Bakıda memarlıq, həkkaklığın da inkişaf etdiyini göstərir. 


Bakının zəngin təbii sərvətləri, habelə mühüm hərbi stratejik əhəmiyyəti 18-ci əsrin əvvəllərindən etibarən Rusiyanın diqqətini cəlb edirdi. Xəzərin cənub-qərb sahillərinə yiyələnməyə çalışan 1 Pyotr xüsusi hərbi dəniz ekspedisiyası yaratdı. 1723-cü il iyunun 26-da 1 Pyotrun qoşunu Bakıya daxil oldu. Lakin Rusiya və İran arasında bağlanan Gəncə müqaviləsinə (1735) görə Bakı yenidən İranın hakimiyyəti altına keçdi.

18-ci əsrin ortalarında Azərbaycanda bir sıra xanlıqlar, o cümlədən Bakı xanlığı yarandı. Ara müharibələri bütün Azərbaycanda olduğu kimi, Bakıda da iqtisadiyyat və mədəniyyətin inkişafına mane olur, əhalinin vəziyyətini son dərəcə ağırlaşdırırdı. 18-ci əsrin 2-ci yarısında Bakıda şəhər həyatı və ticarət nisbətən canlandı. Lakin Ağa Məhəmməd Şah Qacarın Azərbcana hücumları iqtisadiyyatın və ticarət əlaqələrinin yenidən tənəzzülə uğramasına səbəb oldu. 1796-cı ilin yazında 2 Yekaterinanın əmri ilə general V.A.Zubovun komandanlıq etdiyi rus qoşunları Azərbcana yürüş etdi. İyunun 13-də Bakı alındı. 1797-ci ilin əvvəlində general P.D.Sisianov Bakının komendantı təyin olundu. 2 Yekaterinanın ölümündən sonra oğlu 1 Pavel V.A.Zubovu geri çağırdı. Çar qoşunları 1797-ci ilin martında Bakını tərk etdi. 19-cu əsrin əvvəlində 1 Aleksandr Xəzər-sahili vilayətlələri, ilk növbədə Bakını tutmaq planı ilə xüsusi maraqlanırdı. Rusiya-İran müharibəsi (1804-1813-cü illər) bu planın həyata keçirilməsini sürətləndirdi. 1805-ci il avqustun 12-də çar qoşunu Bakını mühasirəyə aldı, lakin müvəffəqiyyət qazanmayaraq geri çəkildi.

1806-cı ilin əvvəlində general P.D.Sisianovun qoşunları yenidən Bakıyə yaxınlaşdı. Şəhəri təslim etmək haqqında Bakı xanı Hüseynqulu xanla danışıqlar zamanı general P.D. Sisianov öldürüldü. 1806-cı il oktyabrın 6-da Bakı Rusiyaya birləşdirildi. 1807-ci ildə Bakıda 500 ev, 3000 əhali var idi. 1813-cü ildə bağlanmış Gülüstan sülhü ilə Şimali Azərbaycan, o cümlədən Bakının Rusiyaya birləşdirilməsi təsdiq edildi.

Abşeronda illik neft istehsalı 200-300 min puda çatırdı. 1847-ci ildə Bakının Bibiheybət sahəsində mexaniki üsulla ilk neft quyusu qazılmasına təşəbbüs göstərildi. Bakı neft sənayesinə xarici kapitalın axını başlandı. 1879-cu ildə Bakıda 9 qazma buruğu vardısa, 1900-cu ildə onların sayı 1710-a çatdı. Bakı nefti dünya miqyasına çıxdı. Neft sənayesi ilə yanaşı , Bakıda başqa sənaye sahələri də inkişafa başladı.Mexaniki zavodlar, emalatxanalar, tütün fabrikləri, buxar mühərrikləri ilə işləyən dəyirmanlar yarandı. Yeni tikililər, banklar, ticarət və sənaye firmalarının binalarından ibarət idi. 1883-cü il mayın 8-də Bakı-Tiflis dəmir yolu istifadəyə verildi. 1899-cu ildə Bakıda ilk konka işləməyə başladı. Hələ 19-cu əsrin 40-cı illərində Xəzərdə buxar gəmiləri işləyirdi.

Nəqliyyat vasitələri ilə yanaşı, Bakıda rabitə sahələri də yarandı. 1868-ci ildə Bakı-Tiflis, 1879-cu ildə Bakı-Krasnovodsk (dənizin dibi ilə) teleqraf xətləri, 1886-cı ildə isə şəhərdə ilk telefon xətti çəkildi.
19-cu əsrin sonu – 20-ci əsrin əvvəlində Bakıda neft istehsalı daha da artdı. 1901-ci ildə Bakı dünyada istehsal olunan neftin yarıdan çoxunu (667,1 mln. pud) verirdi. Bakıda onlarca neft emalı zavodu var idi. Başqa sənaye sahələri, ticarət də inkişaf edirdi, maşınqayırma, metaləritmə, gəmi təmiri zavodları, buxar qazanı və s. istehsal edən zavodlar, gəmi tərsanələri, 2 minə qədər fəhləsi olan toxuculuq fabriki, sement, pivə və spirt zavodları, elektrik stansiyaları, buxar dəyirmanları işləyirdi. Bakıda poliqrafiya işi də inkişaf edirdi.

28 may Azərbaycan xalqının böyük bayramıdır. 1918-ci ilin həmin günündə Azərbaycan Respublika elan olunmuşdur. Bu respublikanın banilərindən biri Məhəmməd Əmin Rəsulzadə olmuşdur. Onun rəhbərliyi ilə Azərbaycan Demokratik Respublikası sürətlə inkişaf edirdi.

1918-ci il 15 sentyabr - Bakı şəhəri Anadolu və Azərbaycan türklərindən ibarət Qafqaz - İslam ordusu tərəfindən ermənilərdən azad olunmuşdur. Bakı Azərbaycanın paytaxtı elan edilmişdir.
1919-cu il 15 noyabr - Bakı Dövlət Universiteti (BDU) yaradılmışdır.

1920-ci ilin aprelində bolşeviklər Azərbaycanı işğal etdilər. 1920-ci ilin aprelin 28-də Bakıda Sovet Hakimiyyəti qurulmuşdur. 1922-ci ilin dekabrın 31-də Azərbaycan SSSR-in tərkibinə daxil olmuşdur.
Sovet dövründə Bakı inkişaf etməkdə davam edirdi.

1920-1921-ci tədris ilində Bakıda ilk ali məktəblər - Azərbaycan Pedaqoji İnstitutu, Azərbaycan Politexnik İnstitutu, Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradıldı.1923-cü ilin iyunun 5-də M.F.Axundov adına kitabxananın rəsmi açılışı zamanı, onun fondlarında artıq 20 minə qədər kitab vardı.Bakı şəhərində 1923-cü ildə elektrik tramvay xətti çəkilməyi başlayır və bu 1924-cü il fevralın əvvəlində istismara verilir. 1926-cı ildə Sovet İttifaqında ilk elektrik dəmir yolu - Bakı - Sabunçu elektrik dəmir yolu işə salınmışdır.

1940-1945-ci illərdə iqtisadiyyatını cəbhə yoluna keçirilməsi məqsədi ilə Respublikada böyük işlər görülürdü. Yüngül və yeyinti sənayeləri cəbhə üçün işləməyə başladı. Kiзik bir vaxtda Bakı döyüşən ordunun ən mühüm arsenalına çevrildi. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə hava pilotu (aviasiya) benzini almaq üçün yeni texnologiya yarandı. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox 23,5 milyon ton neft istehsal olundu ki, bu da SSRİ-də istehsal olunan neftin 71.4%-ni təşkil edirdi. Ьmumiyyətlə mьharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları vermişlər. Qətiyyətlə demək olar ki, faşizm üzərində qələbənin qazanmasında Bakı nefti əsas amiliərdən biri oldu.

1988-ci il 17 noyabr - Azərbaycanda Milli Azadlıq hərəkatı başlanmışdır. 1990-cı il 20 yanvar Bakıda Sovet Ordusu dinc əhaliyə qarşı qanlı qırğın törətmişdir. Dağüstü parkda Şəhidlər Xiyabanı yerləşir. Burada Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın qəbirləri var. Şəhidlər Xiyabanı bütün Azərbaycan xalqının ziyarətgahıdır. 18 oktyabr 1991-ci ildə Azərbaycan Suveren Respublika elan edildi. Bakı Sovet dövründə olduğu kimi indiki müstəqillik dövründə də Azərbaycanın paytaxtıdır.



Yükləyib: ADMIN2012-Oktyabr-11 Çap Etmək
Şərhlərin sayı: 1
Yazıb: Norkys #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike? Spam
hmmmmmm cooox maraglidii tessekurler ok
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı növ oyunları oynamaq istərdiniz?
  
  

Səs verib: 334-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar