II qrupda 700 bal toplayan abituriyentin adı məlum oldu | Azərbaycan | ๑۩۩๑ Made in BAAU ๑۩۩๑ II qrupda 700 bal toplayan abituriyentin adı məlum oldu II qrupda 700 bal toplayan abituriyentin adı məlum oldu
II qrupda 700 bal toplayan abituriyentin adı məlum oldu
1
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) avqustun 3-də 2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə sonuncu - II ixtisas qrupu üzrə qəbul imtahanı keçirib.

TQDK-dan Modern.az-a verilən məlumata görə, 2012-ci ildə II qrup üzrə 22867 abituriyent ərizə təqdim edib. Lakin ilkin məlumatlara görə, 550 abituriyent müxtəlif səbəblərdən imtahana gəlməyib. Qayda pozuntularına yol verən 19 abituriyent isə imtahan zallarından xaric olunub.

II ixtisas qrup üzrə cavab kartlarının emalına bu gündən başlanılıb və gələn həftənin əvvəlində abituriyentlərin nəticələrinin TQDK-nın internet saytında yerləşdirilməsi nəzərdə tutulur.

Dünən sualların düzgün cavablarının açıqlanması ilə II ixtisas qrupunda maksimum nəticə göstərən - 700 bal toplayan abituriyentlərdən hələlik biri məlum olub. Həmin abituriyent Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunudur.

Bakı Türk Liseyinin müdiri Kadir Bektaşoğlu da açıqlamasında məlumatı təsdiqləyib. O, əməkdaşımıza bildirib ki, II ixtisas qrupu üzrə qəbul imtahanında düzgün cavablar elan olunduqdan sonra Bakı Türk Liseyinin məzunu Nərgiz Məzahirqızının 700 bal toplayaraq ölkə birincisi adı qazandığını dəqiqləşdiriblər.

Xatırladaq ki, bundan öncə keçirilən III qrupun imtahanlarında 1 abituriyent - Sabunçudakı 72 saylı məktəb-liseyin məzunu Xeyransa Əliyeva, IV qrupun imtahanında isə 2 abituriyent Bakı Türk Liseyinin məzunları Kamran Həmidov və Kamil Sərdarlı da 700 bal toplaya bilmişdi.

Milli.Az



Yükləyib: ADMIN2012-Avqust-04 Çap Etmək
Şərhlərin sayı: 1
Yazıb: Ali_Koo #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! 2 Like! Spam
ozum olum bunlar bali lap ari kimi toplayirlar haaa....
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı universitetdə təhsil almaq istərdiniz?
  
  

Səs verib: 1000-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar