Müsəlmanların cahillərlə müharibəsi başlamışdı. Əli-ayağı tutan, döyüşmək qabiliyyətinə malik hər bir müsəlman müharibəyə, döyüşrə gedirdi. O isə təzə ailə qurmuşdu, döyüşlərin başladığı vaxt ordu dəstələrinə qoşulacağını bilirdi. Axşam evə gəldi, qarnında onun uşağını daşıyan xanımıyla vidaşlaşarkən ancaq bir söz dedi: -Mən gedirəm, sizi isə Allahıma əmanət edirəm. Aradan aylar keçdi. Müsəlmanlar döyüşlərdə qələbə çaldılar. Orduda xidmət edən hər kəs evinə qayıtdı. O da həmçinin.... Evinə gəldi, evi boş idi. Həyətə çıxdı, orda da heç kimi tapmadı. Öz xanımını, dünyaya gəlməli olan övladını hər yerdə axtardı...Lakin tapa bilmədi. Qonşuluqda olan evə yaxınlaşdı, ailəsini xəbər aldı. Lakin aldığı cavab dəhşətli idi. Qonşusu onun xanımının hələ övladını dünyaya gətirməmiş öldüyünü dedi. Bununla heç cürə razılaşmadı o. İnanmadı, yalan olduğunu iddia etdi. Amma hər kəs bunun doğruluğunu təsdiqlədi. Öz-özünə çox fikirləşdi və nəhayət: -Mən onları Allahıma əmanət etmişdim, belə ola bilməz axı. Allahım onları mənimcün qoruyub, mən bilirəm. Tez qəbristanlığa getdi, xanımının məzarını açmaq istəyini söylədi. Razılaşdılar. Məzar açılanda heç kim gözünə inanmadı. Bu möcüzə idi. Ananın bədəni cürümüşdü, yalnız qövsünə heç nə olmamışdı. Və ananın qoynundan süd əmən balaca körpə sağ idi...
Sehih sobete oxsamir.... Hec kim meni basa dusmuur.... Hec basa da duse bilmezler.... Ne de men kimsenin meni basa dusmesini gozleyirem... Meni bsa dusen olsaydi Men olmazdim... Meni basa dusmek ucun Men olmaq lazimdi.... Bes sen bunu basa dusdun..?????