• Page 1 of 1
  • 1
...:::BAAU Forum:::... » ..:::WwW.BAAU.Clan.Su:::.. » BAAU » Siqaret. (Siqaret və onun zərərləri.)
Siqaret.
Administrator Tarix: Çərşənbə axşamı, 2009-Noyabr-10, 07:30 | Sıra nömrəsi: 1

Yazıları: 72
Halaldır.
30
Günümüzün ən aktual problemi. Xahiş edirəm əlinizdə olan informasiyanı bizimlə bölüşəsiniz və gənclərimiz arasında calışaq maarifləndirmə aparmağa. Cünki gənc nəsil canına bilə-bilə qəsd edirsə onda bu gələcək deyil, həyatın sonudur..

Siqaret tütün bitkisinin (Nicotina tabacum) qurudulmuş olan yarpaqlarından hazırlanır.Tütün müxtəlif vasitələrlə, yəni burunotu ilə, trubka ile cəkilə bilər. Tütün istər trubka, istərsə də müştüklə cəkilsin, istərsə də tütünün yarpaqlarından hazırlanmış uzun və qalın siqaretlərdən istifadə olunsun, bütün bunlar, nikotinin insan orqanizminə göstərdiyi zərərli təsirlərin qarşısını ala bilməz.

Siqaretin tüstüsündə 4000-ə qədər kimyəvi maddənin olduğu müəyyənləşdirilmişdir. Goründüyü kimi, siqaretin tüstüsüsundəki elementlər hər birinin insan orqanizminə bir faydası yoxdur və bunların hamısı zərərlidir. Bunlardan ən zərərlisi olan nikotin, qatran, karbon monoksid (CO) və xərcəng yarada bilən maddələrdən ibarətdir
Nikotindən tibbi məqsədlərdə istifqadə olunmur, cunki zəhərli maddədir. O ən zəhərli maddə olan sianidlə müqayisə ediləcək dərəcədə təsirlidir. Əgər 100-120 mq miqdarında nikotin hər hansı bir adamin damarına vurularsa, bu halda həmin adam olə bilər. Burada məsələnin maraqli cəhəti həmin həcmdə (100-120mq) maddənin cəmi 2 qutu siqaretin tərkibində olmasıdır.

Məlumdur ki, gündə 2 qutu siqaret cəkən insanlar çoxdur. Onlar bəs nə ücün zəhərlənmirlər – sualı ortaya cıxır. Cavab olaraq onu gostərə bilərəm ki, əslində bütün siqaret cəkənlər yavaş-yavaş zəhərlənir. Siqaret cəkənlərin birdən-birə zəhərlənərək olməmələrinin səbəbi isə onların siqareti yandıraraq cəkmələridir. Daha doğrusu, siqaret yandırılarkən siqaretdəki nikotin havaya yayılır və yalnız muəyyən bir hissəsi orqanizmə keçir. Sadəcə 1 siqaret cəkən hər hansı 1 adamın orqanizmində 1,2-2 mq miqdarında nikotin kecə bilir.

Nikotin boyrəküstü vəzlərdən adrenalin və noradrenalin hormonların ifraz olunmasına səbəb olur. Belə bir vəziyyət isə bir muddətdən sonra mədə yarasının yaranmasına gətirib cıxarır. Bundan başqa, siqaret cəkənlərin urəyi daha surətlə döyünür və bunun nəticəsində isə qan təzyiqi yüksəlir.

Davamlı olaraq siqaret cəkən adamlar bir muddət siqaret cəkmədikdə bu zaman əl və ayaqlarına qan az gedir və həmin orqanlarda temperatur aşağı dusər.Belə vaxtlarda yalnız siqaret cəkildikdən sonra 15-20 dəqiqə əl və ayaqlarda temperatur normal hala catır.

Nikotinin mərkəzi sinir sisteminə təsiri nəticəsində qusma, baş gicəllənmə kimi hallar meydana gələ bilir.

Əgər bir adamın damarında 2 mq nikotin vurulursa, bu zaman ürək bir dəq. muddətində 15 dəfə daha cox döyünür. Ürəkdən vurulan qanın həcmi 10 litr olduğu halda,12 litr olur. Belə bir halda siqaret çəkən adamın ürəyi, yerində dayandığı halda adam sanki yorulmuş vəziyyətdə olur. Bu hal iflic də yarada bilər.

Goründüyü kimi nikotin sakitləşdirici bir vasitə deyil, əksinə orqanizmi yoran və ziyan verən bir maddədir.
Uzun illər boyu siqaret cəkənlərldə muxtəlif xəstəliklər özünü gostərə bilir.

__________________
Özümü nöqte qeder kiçik gördüyüm zaman baxiram ki,menali bir cümlenin sonundayam...

Əlavə: 1681856.jpg (3.1 Kb)
 
MətnGünümüzün ən aktual problemi. Xahiş edirəm əlinizdə olan informasiyanı bizimlə bölüşəsiniz və gənclərimiz arasında calışaq maarifləndirmə aparmağa. Cünki gənc nəsil canına bilə-bilə qəsd edirsə onda bu gələcək deyil, həyatın sonudur..

Müəllifi: - Administrator
Yazılma tarixi - 2009-Noyabr-10 saat 07:30
...:::BAAU Forum:::... » ..:::WwW.BAAU.Clan.Su:::.. » BAAU » Siqaret. (Siqaret və onun zərərləri.)
  • Page 1 of 1
  • 1
Search:
Yüklənir...