• Page 1 of 1
  • 1
...:::BAAU Forum:::... » ..:::WwW.BAAU.Clan.Su:::.. » BAAU » Təhsil (Tələbə qəbulunun yeni qaydaları təsdiqlənib.)
Təhsil
Administrator Tarix: Çərşənbə axşamı, 2009-Noyabr-10, 13:09 | Sıra nömrəsi: 1

Yazıları: 72
Halaldır.
30
Tələbə qəbulunun yeni qaydaları təsdiqlənib
Bu ildən abituriyentlər ali və orta ixtisas məktəblərinə elektron yolla ərizə verə biləcəklər
Bu ilki tələbə qəbulunun yeni qaydaları təsdiqlənib. Məlumatı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında verib. Onun sözlərinə görə, yeni qaydalar �Abituriyet� jurnalının bu ilki ilk sayında dərc edilib. Jurnalda qəbul proqramı və testlər də var. Məleykə Abbaszadənin sözlərinə görə, yeni qəbul qaydalarındakı ümumi müddəalar (tələb olunan sənədlər, imtahanların keçiriləcəyi qruplar) dəyişdirilməyib. Bu ilki qaydalara orta ixtisas məktəblərinə qəbul da əlavə edilib. Ali məktəblərə yox, orta ixtisas məktəblərinə qəbul olunmaq istəyən orta məktəb məzunları da qəbul imtahanlarında iştirak etməlidirlər. Ali məktəblərlə müqayisədə orta ixtisas məktəbləri üçün ballarla bağlı tələblər daha yüngüldür.
Məleykə Abbaszadə məlumat verib ki, yeni qaydalarda ərizə qəbulu ilə bağlı dəyişikliklər var: �Əvvəllər ərizə qəbulu optik formalar (kağız ərizələr) əsasında aparılırdı. Bu ərizələri doldurmaq üçün sənəd qəbulu komissiyalarına getmək lazım idi. Abituriyent ərizəni doldurarkən səhv edə və ya kodlaşdırmada çətinlik çəkə bilərdi. Ali məktəblərə qəbul olunan şəxslər bu prosesə 1-2 gün vaxt sərf edirdi�. TQDK sədrinin sözlərinə görə, qəbul prosesində yeni texnologiyalar tətbiq edilir və məqsəd insanların kütləvi proseslərdə iştirakını daha rahat təşkil etməkdən ibarətdir: �Bu ildən biz abituriyentlərdə elektron ərizələri qəbul edəcəyik. Abituriyentlərin şəxsiyyət vəsiqəsi əldə etməsi çox vacibdir. Elə gənclər var ki, 18 yaşı tamam olsa da, şəxsiyyət vəsiqəsi almayıb. Amma bu işi sonuncu günə saxlamaq olmaz. Biz sənəd qəbulunu elan etdikdən sonra şəxsiyyət vəsiqəsi olan hər bir şəxs internet vasitəsilə elektron ərizəni doldurmaq imkanı qazanacaq�. TQDK internetlə təminatda çətinlik çəkənlər üçün də çıxış yolu tapıb: �Bütün ali və orta ixtisas məktəblərinə müvafiq göstəriş veriləcək ki, abituriyentlərin oradan internet vasitəsilə sənəd verməsinə imkan yaradılsın. Abituriyentlər eyni zamanda, poçt qovşaqlarındakı internet bağlantılarından da istifadə edə biləcəklər�.
Elektron yolla ali və ya orta ixtisas məktəblərinə sənəd verən abituriyentlər yalnız ixtisas qrupunu seçir və ixtisas seçiminə ehtiyac qalmır. Qeyd edək ki, hazırda ölkədə ixtisasların reyestri hazırlanır və bu ildən ali məktəblərdə ixtisasların sayı azaldılacaq. Elektron ərizəni doldurmuş abituriyentlər müvafiq sənədlərlə (ilk dəfə sənəd verənlər şəxsiyyət vəsiqəsi, təkrar sənəd verənlər isə şəxsiyyət vəsiqəsi və orta məktəb attestatı ilə) yaradılacaq müvafiq mərkəzlərə müraciət edərək, elektron ərizəsini təsdiqləməli olacaq. Proses başa çatdıqdan sonra isə imtahan cədvəli elan olunacaq. Məleykə Abbaszadənin sözlərinə görə, bu ilki imtahan cədvəlləri daha tez elan ediləcək və abituriyentlər artıq may ayında onlarla tanış ola biləcəklər. Birinci imtahan daha çox ərizə verilmiş qrup üzrə keçiriləcək. Qruplar üzrə imtahanlar keçirildikdən sonra digər qrupun imtahanı gözlənilmədən nəticələr açıqlanacaq. Bundan sonra abituriyentlərə ixtisas seçmək üçün vaxt veriləcək. Onlar elektron ərizədə qeyd etdikləri qrup üzrə istədikləri ixtisası seçə biləcəklər.
Əlavə: 3353663.jpg (4.1 Kb)
 
MətnTələbə qəbulunun yeni qaydaları təsdiqlənib

Müəllifi: - Administrator
Yazılma tarixi - 2009-Noyabr-10 saat 13:09
...:::BAAU Forum:::... » ..:::WwW.BAAU.Clan.Su:::.. » BAAU » Təhsil (Tələbə qəbulunun yeni qaydaları təsdiqlənib.)
  • Page 1 of 1
  • 1
Search:
Yüklənir...