• Page 1 of 1
  • 1
...:::BAAU Forum:::... » ..:::WwW.BAAU.Clan.Su:::.. » BAAU » Türmə. (Ən pis türmələr.)
Türmə.
Administrator Tarix: Çərşənbə, 2009-Noyabr-11, 19:23 | Sıra nömrəsi: 1

Yazıları: 72
Halaldır.
30
10. Siyahıda 10-cu yeri 150 il əvvəl Amerikanın Kaliforniya ştatında tikilən San Kventin həbsxanası tutur. Bu həbsxanada ölüm cəzasına məhkum olunmuşlar saxlanılır. Həbsxananın bütün kameraları"anasını kəsmiş" cinayətkarlarla doludur. Buradakı ağır şəraitə görə işləmək istəyənlər çox azdır. Yerli hökumət məvacibləri ilbəil artırsa da, həbsxana personalı tam düzəlmir. Həbsxana “nadzor”ları isə xüsusi qəddarlıqları ilə seçilirlər. Dustaqların saxlanma kameraları köhnə və çirklidir, tibbi xidmət isə demək olar ki, yoxdur. Burada adi soyuqdəymədən də dustaq ölə bilər. Bir neçə il əvvəl keçirilən yoxlamalar zamanı məlum olub ki, “ömürlük”lərə təcrübəsiz həkimlər daima səhv diaqnozlar qoyublar. San Kventinin daha bir ciddi problemi zorakılıqdır.

9. Venesueladakı La Sabaneta türməsi də “ən pislər” siyahısında yer tutur. 15 min nəfər üçün nəzərdə tutulmuş bu həbsxanada 25 min məhkum cəza çəkir. Neftlə zəngin bu ölkədə əhalinin təxminən üçdə bir hissəsi yoxsulluq vəziyyətində yaşayır və təbii ki, belə vəziyyətdə cinayətkarlıq da çoxdur. Bu səbəbdən cəzaçəkmə müəssisələrində saxlanma şəraiti dəhşətlidir. Bəzi məhkumlar türmələrin dar koridorlarında çəkilmiş qamaklarda (tordan yelləncək) yatmağa məcbur olur, eyni zamanda sistemin korrupsiyalaşması imkanlı məhkumlara rüşvətin hesabına daha komfortlu yerləri ələ keçirməyə imkan verir.

8. Səkkizinci yeri Türkiyənin cənub-şərqindəki Diyarbəkir şəhərində yerləşən cəzaçəkmə müəssisəsi tutur. Burada türmələr ağzına kimi doludur, saxlanma şəraiti sanitar normalara uyğun gəlmir, mühafizəçilərlə məhkumlar arasında daima toqquşmalar baş verir. Məhkumların qiyamının qarşısı isə ən qəddar üsullarla alınır. Bu türmədə məhkumları daima vəhşicəsinə döyürlər, onların heç bir hüququ təmin olunmur. Diyarbəkir türməsində tibbi xidmət bərbad vəziyyətdədir, heç bir reabilitasiya proqramı mövcud deyil.

7. Siyahıda yeddinci pilləni Argentinanın Mendosa şəhərində yerləşən həbsxana tutur: burada son bir ildə müxtəlif səbəblərdən 22 ölüm hadisəsi qeydə alınıb. Bu türmə həmişə doludur - cəmi 600 nəfər üçün nəzərdə tutulmuş kameralarda 1600 məhkum cəza çəkir. Məhkumların döşəmədə yatması Mendosadakı cəzaçəkmə müəssisəsi üçün adi haldır. Onlar tualetə getmək istəyəndə isə butulka və ya polietilen paketlərdən istifadə edirlər. Kamera və koridorlarda günlərlə zibil yığışdırılmır. Hələ bu azmış kimi kameraları çox vaxt çirkab sular basır.

6. Nyu Yorkun iri həbsxanası- Rikers İsland bu siyahıda altıncıdır. Bu həbsxananın tarixi çoxsaylı zorakılıq halları və dəhşətli işgəncə faktları ilə zəngindir. Həmin yerdə cəzasını çəkib azadlığa çıxmış insanları söyləyirlər ki, bura Nyu Yorkun kriminallaşmış rayonlarından daha qorxulu və təhlükəlidir. Hər an öldürülə, döyülə, ömürlük şikəst edilə bilərsən.

5. Afrika qitəsindəki Keniyanın paytaxt Nayrobi türməsi “ən pislərin” siyahısında “beş” alıb. Burada ümumilikdə 800 nəfər üçün nəzərdə tutulmuş kameralarda 3800 məhkum saxlanılır. Narkotikdən istifadə, zorlanma, dava-dalaş bu həbsxananın adi rejimidir.

4. Siyahıda Suriyadakı Tadmorda hərbi həbsxanası da var. Tadmordakı adi saxlanma rejimində belə dustaqlara baltalardan, iplərdən və taxtalardan istifadə olunan orta əsrə xas işgəncələrdən istifadə olunur. Mühafizəçilər kef məclislərindən sonra işgəncə obyektini sırf təsadüf nəticəsində seçirlər. Bu cür işgəncə tamaşalarına hətta dustaqları baxmağa da məcbur edirlər.

3. Siyahıda üçüncü yer Paris yaxınlığındakı La Sante həbsxanasına verilib. Bu müəssisədəki məhkumlar elə bir zülm altında saxlanılırlar ki, canlarını qurtarmaq üçün sutkalarla başlarını divara vurmağa, siçan zəhəri və çəngəl udmağa hazırdırlar. Təkcə 1999-cu il ərzində bu həbsxanada 124 məhkum müxtəlif səbəblərdən həyatını itirib. Ağzına kimi dolu kameralar, duş qəbul etmək imkanının olmaması, keyfiyyətsiz ərzaqlardan istifadə - bütün bunlar məhbuslar arasında dəri xəstəliklərinə gətirib çıxarır. Müəssisədə o qədər siçovul var ki, məhkumlar öz əşyalarını tavandan asmağa məcburdurlar. La Sante əvvəllər olduğu kimi indi də zorakılıq, əxlaqsızlıq və vəhşilik məkanı kimi tanınmaqdadır. Burada daha zəif məhkumlar qula çevrilirlər.

2. Siyahıda ikinci yeri Kolorado (ABŞ) ştatında yerləşən ADX Florense federal həbsxanası tutur. Ciddi rejimli bu müəssisənin məhkumları kameradan kənarda həftədə cəmi 9 saat keçirirlər. Onlar öz kameralarında yeməyə, yatmağa və tualetə getməyə məcburdurlar. Məhkumlar sutka ərzində 22 saatdan artıq günəş işığında məhrumdular.

1. Dünyanın ən acınacaqlı cəzaçəkmə müəssisələri siyahısında birinci yeri Braziliyanın San-Paulu şəhərindən bir neçə kilometr aralıda yerləşən i Carandiru türməsi tutur. Buradakı hər 5 məhkumdan biri QİÇS xəstəliyinin daşıyıcısıdır. Məhkumlar cərrahiyyə əməliyyatı olunan zamanı “narkoz”dan istifadə edilmir, istifadədə rədd cavabı verilir. 7500 məhkuma dörd növbədə çalışan cəmi 1000 türmə əməkdaşı düşür.

 
Mətn10. Siyahıda 10-cu yeri 150 il əvvəl Amerikanın Kaliforniya ştatında tikilən San Kventin həbsxanası tutur. Bu həbsxanada ölüm cəzasına məhkum olunmuşlar saxlanılır. Həbsxananın bütün kameraları"anasını kəsmiş" cinayətkarlarla doludur. Buradakı ağır şəraitə görə işləmək istəyənlər çox azdır. Yerli hökumət məvacibləri ilbəil artırsa da, həbsxana personalı tam düzəlmir. Həbsxana “nadzor”ları isə xüsusi qəddarlıqları ilə seçilirlər. Dustaqların saxlanma kameraları köhnə və çirklidir, tibbi xidmət isə demək olar ki, yoxdur. Burada adi soyuqdəymədən də dustaq ölə bilər. Bir neçə il əvvəl keçirilən yoxlamalar zamanı məlum olub ki, “ömürlük”lərə təcrübəsiz həkimlər daima səhv diaqnozlar qoyublar. San Kventinin daha bir ciddi problemi zorakılıqdır.

9. Venesueladakı La Sabaneta türməsi də “ən pislər” siyahısında yer tutur. 15 min nəfər üçün nəzərdə tutulmuş bu həbsxanada 25 min məhkum cəza çəkir. Neftlə zəngin bu ölkədə əhalinin təxminən üçdə bir hissəsi yoxsulluq vəziyyətində yaşayır və təbii ki, belə vəziyyətdə cinayətkarlıq da çoxdur. Bu səbəbdən cəzaçəkmə müəssisələrində saxlanma şəraiti dəhşətlidir. Bəzi məhkumlar türmələrin dar koridorlarında çəkilmiş qamaklarda (tordan yelləncək) yatmağa məcbur olur, eyni zamanda sistemin korrupsiyalaşması imkanlı məhkumlara rüşvətin hesabına daha komfortlu yerləri ələ keçirməyə imkan verir.

8. Səkkizinci yeri Türkiyənin cənub-şərqindəki Diyarbəkir şəhərində yerləşən cəzaçəkmə müəssisəsi tutur. Burada türmələr ağzına kimi doludur, saxlanma şəraiti sanitar normalara uyğun gəlmir, mühafizəçilərlə məhkumlar arasında daima toqquşmalar baş verir. Məhkumların qiyamının qarşısı isə ən qəddar üsullarla alınır. Bu türmədə məhkumları daima vəhşicəsinə döyürlər, onların heç bir hüququ təmin olunmur. Diyarbəkir türməsində tibbi xidmət bərbad vəziyyətdədir, heç bir reabilitasiya proqramı mövcud deyil.

7. Siyahıda yeddinci pilləni Argentinanın Mendosa şəhərində yerləşən həbsxana tutur: burada son bir ildə müxtəlif səbəblərdən 22 ölüm hadisəsi qeydə alınıb. Bu türmə həmişə doludur - cəmi 600 nəfər üçün nəzərdə tutulmuş kameralarda 1600 məhkum cəza çəkir. Məhkumların döşəmədə yatması Mendosadakı cəzaçəkmə müəssisəsi üçün adi haldır. Onlar tualetə getmək istəyəndə isə butulka və ya polietilen paketlərdən istifadə edirlər. Kamera və koridorlarda günlərlə zibil yığışdırılmır. Hələ bu azmış kimi kameraları çox vaxt çirkab sular basır.

6. Nyu Yorkun iri həbsxanası- Rikers İsland bu siyahıda altıncıdır. Bu həbsxananın tarixi çoxsaylı zorakılıq halları və dəhşətli işgəncə faktları ilə zəngindir. Həmin yerdə cəzasını çəkib azadlığa çıxmış insanları söyləyirlər ki, bura Nyu Yorkun kriminallaşmış rayonlarından daha qorxulu və təhlükəlidir. Hər an öldürülə, döyülə, ömürlük şikəst edilə bilərsən.

5. Afrika qitəsindəki Keniyanın paytaxt Nayrobi türməsi “ən pislərin” siyahısında “beş” alıb. Burada ümumilikdə 800 nəfər üçün nəzərdə tutulmuş kameralarda 3800 məhkum saxlanılır. Narkotikdən istifadə, zorlanma, dava-dalaş bu həbsxananın adi rejimidir.

4. Siyahıda Suriyadakı Tadmorda hərbi həbsxanası da var. Tadmordakı adi saxlanma rejimində belə dustaqlara baltalardan, iplərdən və taxtalardan istifadə olunan orta əsrə xas işgəncələrdən istifadə olunur. Mühafizəçilər kef məclislərindən sonra işgəncə obyektini sırf təsadüf nəticəsində seçirlər. Bu cür işgəncə tamaşalarına hətta dustaqları baxmağa da məcbur edirlər.

3. Siyahıda üçüncü yer Paris yaxınlığındakı La Sante həbsxanasına verilib. Bu müəssisədəki məhkumlar elə bir zülm altında saxlanılırlar ki, canlarını qurtarmaq üçün sutkalarla başlarını divara vurmağa, siçan zəhəri və çəngəl udmağa hazırdırlar. Təkcə 1999-cu il ərzində bu həbsxanada 124 məhkum müxtəlif səbəblərdən həyatını itirib. Ağzına kimi dolu kameralar, duş qəbul etmək imkanının olmaması, keyfiyyətsiz ərzaqlardan istifadə - bütün bunlar məhbuslar arasında dəri xəstəliklərinə gətirib çıxarır. Müəssisədə o qədər siçovul var ki, məhkumlar öz əşyalarını tavandan asmağa məcburdurlar. La Sante əvvəllər olduğu kimi indi də zorakılıq, əxlaqsızlıq və vəhşilik məkanı kimi tanınmaqdadır. Burada daha zəif məhkumlar qula çevrilirlər.

2. Siyahıda ikinci yeri Kolorado (ABŞ) ştatında yerləşən ADX Florense federal həbsxanası tutur. Ciddi rejimli bu müəssisənin məhkumları kameradan kənarda həftədə cəmi 9 saat keçirirlər. Onlar öz kameralarında yeməyə, yatmağa və tualetə getməyə məcburdurlar. Məhkumlar sutka ərzində 22 saatdan artıq günəş işığında məhrumdular.

1. Dünyanın ən acınacaqlı cəzaçəkmə müəssisələri siyahısında birinci yeri Braziliyanın San-Paulu şəhərindən bir neçə kilometr aralıda yerləşən i Carandiru türməsi tutur. Buradakı hər 5 məhkumdan biri QİÇS xəstəliyinin daşıyıcısıdır. Məhkumlar cərrahiyyə əməliyyatı olunan zamanı “narkoz”dan istifadə edilmir, istifadədə rədd cavabı verilir. 7500 məhkuma dörd növbədə çalışan cəmi 1000 türmə əməkdaşı düşür.


Müəllifi: - Administrator
Yazılma tarixi - 2009-Noyabr-11 saat 19:23
...:::BAAU Forum:::... » ..:::WwW.BAAU.Clan.Su:::.. » BAAU » Türmə. (Ən pis türmələr.)
  • Page 1 of 1
  • 1
Search:
Yüklənir...