• Page 1 of 1
  • 1
Musiqimizin tarixi.
Administrator Tarix: Cümə axşamı, 2009-Noyabr-12, 17:11 | Sıra nömrəsi: 1

Yazıları: 72
Halaldır.
30
Musiqinin insan ruhuna təsiri danılmazdır. Bəşər mədəniyyətində Azərbaycan ruhunun zəngin ifadəsi olan incəsənətin, xüsusən də musiqinin - muğamlarımızın yeri çox ucadır. Sənətşünaslıq doktoru, professor Rafiq İmrani deyir ki, hələ qədim Şumerlərdə musiqini kifayət qədər öyrənmişdilər: "Qədim yunan alimləri də bu mövzuda maraqlı fikirlər söyləyiblər. Orta yüzillərdə S.Urməvi, Ə.Marağalı və başqalarının bu mövzuda araşdırmaları olub. Musiqi həyatın insana verdiyi ən gözəl nemətlərdən biridir. Elə bir insan, hətta heyvan və bitki yoxdur ki, musiqidən təsirlənməsin".

Musiqi insana yaşamaq üçün nəfəs verir

Musiqi mənəvi-ruhani hadisə olduğu üçün dünyanın maddi möcüzələrindən daha dəyərli və ölməzdir. Musiqi ruhun səsidir. Musiqi insana yaşamaq üçün nəfəs verir. Musiqi insan varlığının ən ümdə xüsusiyyətlərindən, cəhətlərindən biridir. Ağlayanda da, güləndə də musiqiyə qulaq asırıq.

Keçirdiyimiz hissiyyatların hamısı musiqi ilə sıx şəkildə bağlıdır. Ən kədərli musiqiyə qulaq asırıq, həyata inamımız daha da artır. Çünki musiqinin mayasında doğmalıq var. R.İmraninin fikrincə, həmin doğmalıq insanı yaşadır: "Ümumiyyətlə, Azərbaycan musiqisi heç vaxt bir kimsəni bədbinliyə aparmayıb. Hətta yas mərasimlərində səslənən ağılarımız, bayatılarımız belə bədbinlik yaratmayıb. Çünki ağılarımızda belə həyata, yaşamağa böyük inam ifadə olunub. Musiqinin təməlini quran ritmdir. Ritm olmasa, heç bir musiqi yarana bilməz. Ritmi təbiət yaradır. Dünyanın cazibəsi var. İnsanı şuxlandıran, kədərləndirən və düşündürən ritmlər var. Araşdırmalarımda aşkara çıxardım ki, orta yüzillərdə Azərbaycanda 65-dən yuxarı müxtəlif mürəkkəb ritmlər olub. Bu ritmlərin adlarını çəkmək istərdim: axər, ixlati, öfsət, dövri-rəvan, rəməl, rəvan, səmayi-rəvan, zərbül-qədim və s. Burada 7, 9, 11, 15 zərbli ritmlər də var. Bunlar Azərbaycan musiqisinin nəinki orta, hətta qədim dövrlərdə nə qədər rəngarəng olmasını göstərir. Deməli, Azərbaycanın həddən artıq zəngin, melodik dili olub. Əgər hər bir ritm üzərində yüzlərlə, minlərlə melodiya bəstələmək mümkündürsə, görün, 65 ritm nə deməkdir. Ümumiyyətlə, melodiyanın yaranması ahəng qanununa tabedir. Dilimizdə ahəng qanunu var. Biz hələ də xalqımıza tam mənasıyla çatdıra bilməmişik ki, dilimiz qədər dünyada zəngin dil yoxdur. Bunu təkcə mən demirəm, dünya alimləri də bu fikri qeyd edir. Melodik dilimizin axıcılığını yaradan səbəblərdən biri saitlə samit səsin ardıcıllaşmasıdır. Bizim sözlərimizdə iki, ya üç samitin birdən gəlib dili qırması yoxdur. Avropa dillərində belə şeylər çoxdur. Dilimizin melodikliyi qrammatikamızla sıx bağlıdır. Təbiətdə musiqini yaradan amillər var: ağacların xışıltısı, çayların axması, yağışın yağması və s. Musiqini bədii obrazlarla yaratmaq ancaq insana məxsusdur. Quşların oxumasında bədii obraz axtara bilmərik".

"Bayağı musiqi insanı göydən yerə salır"

İnsan yeganə ruhani, yəni ruhu, düşüncəsi, iradəsi olan varlıqdır. İnsan təbiətdəki ilkin səviyyəsindən ayrılır, yüksəlir, hadisələri mənalandırır. Professor hesab edir ki, "insanın səviyyəsi nə qədər yüksək olursa, onun həyata münasibəti də bir o qədər yetkin olur. Bu zaman musiqi də təməl üstə yeniləşir. Bu gün əksər qocalarımızın ürəyində aşıq musiqisi, muğamat, xalq mahnılarımız yaşayır. Ancaq cavanlarımızın çoxu bayağı musiqilərə meyl edir. Gənclər iki-üç gün əvvəl səhnəyə çıxan müğənnini görən kimi özlərinə əl qatırlar, göz yaşı tökürlər. Qızlarımız eyforiya keçirirlər. Belə şeyləri görəndə dəhşətə gəlirəm. Bunlar normal psixoloji vəziyyətlər deyil. Bu da musiqinin insana təsiridir. İndi görün, yeniyetmələrimizin başına lazımsız musiqilərlə necə oyun açılır ki, 15-16 yaşlı uşaq "ulduzu" səhnədə qucaqlayıb öpür. Problemin kökünə varanda bu qənaətə gəlmək olar ki, biz hələ musiqidən həyatda düzgün istifadə etməmişik. Musiqi əsl tərbiyə vasitəsidir. . MusiqininBayağı musiqi isə insanı göydən yerə salır düzgün təbliğatından çox şey asılıdır. Buna nail olsaydıq, dünyada ən xoşbəxt xalq hesab edilərdik. Gəlin öz məqsədimizdən qabaq xalqın, balalarımızın tərbiyəsini düşünək.

Son vaxtlar estradamızda xalq mahnılarını oxumaq dəb düşüb. Guya ki, yeni üslub yaradırlar, amma xalq mahnılarını "oranjirovka" edib qol-budağını qırırlar. Əgər xalq musiqisini olduğu kimi öz gözəlliyilə ortaya çıxara bilmiriksə, bunu etməyək. "Oranjirovka" edəndə də bunu xalq musiqisini dərindən bilən sənətkarlara vermək lazımdır. Məşhur rus bəstəkarı Qlinka deyir: "Musiqini xalq yaradır, biz isə onu sadəcə, oranjiman edib ortaya çıxarırıq".

Dünyada xalqımız kimi mənəvi zənginlik sarıdan ikinci xalq yoxdur. Biz artıq səsimizi qaldırmalıyıq. Musiqimizin tarixi eradan əvvəl 12-14-cü minilliklərə gedib çıxır. O dövrdə tənbur, saz kimi musiqi alətlərimiz olub. Həmçinin də qavaldaş. Bugünkü Azərbaycan musiqisinin səs diapozonu (2,5 oktava) səviyyəsində o zaman musiqi olub. Bayaq təsadüfi demədim: dünya elminə ən güclü musiqi alimlərini verən də Azərbaycandır. Hazırda ingilisin Azərbaycan qədər bəstəkarı yoxdur. Xalqımız yeganə xalqdır ki, indiyə kimi bir neçə musiqi səs sistemi olub. Bu gün çinlilərdə bir əsas səs sistemi - pentatonika var. Pianinoda qara dilləri olan səs sistemi pentatonika adlanır. Bu, yaponlarda, hindlilərdə və başqalarında var. Avropada 12 pilləli səs sistemidir, başqası yoxdur. Bizim xalq musiqilərimizdə də pentatonika var. Orta yüzillərdə "Maye" adlı muğamlarımızda pentatonika olub. Məndə notları var. İndi "Maye"dən dəstgahların özülü kimi istifadə edirik. Bizdə 17 pilləli səs sistemi var. Bu, muğam sənəti sistemidir. Farslarda, ərəblərdə bu, 24-dür. "Muğam tarixi" ilə bağlı araşdırmalarımda sübut etdim ki, qədim və orta yüzillərdə muğamla bağlı musiqilərin hamısı 17 pilləli səs sistemi əsasında, özü də Azərbaycan köklü olub, fars, ya ərəb köklü olmayıb. Bəzi ifaçılarımız "mühakimə" yürüdəndə deyirlər ki, bu, farsdan, bu isə ərəbdən gəlib. Elə deyil. Bu xalqların içərisində bizim mədəniyyətimiz kimi qədimi və zəngini olmayıb. Bu fikrimi elmi dəlillərlə sübut etməyə hazıram".

Azərbaycan Türklərinin muğam yaradıcılığında oynadığı müstəsna rol danılmazdır. Bu, o deməkdir ki, həmişə Şərqin mənəvi sərvəti kimi xarakterizə edilən muğamın kökü şübhəsiz, Azərbaycandandır. Rafiq İmrani isə deyir ki, muğamların yaranmasında xalqımızın rolundan danışmaq çox azdır: "Xalqımız bu muğamları özü yaradıb. Bu, təəssübkeşlik-filan deyil, real tarixdir".

"Muğam sadəcə, musiqi deyil, təfəkkür tərzidir"

Ortaya maraqlı sual çıxır: bəs nəyə görə bu vaxtacan muğamın Şərq musiqisi olduğundan danışılıb? R.İmrani: "Çünki hələ araşdırmalar gəlib o səviyyəyə çatmamışdı ki, fikrimizi sübut edək. O vaxt Üzeyir bəy də, başqa görkəmli sənətkarlar da yazırdılar ki, muğam Şərqindir. Şərq böyük ərazidir. Böyük bir ərazidə xalqlar ayrı-ayrılıqda bugünkü muğam sənətini yarada bilməzdi. Araşdırmalarım zamanı qəti qənaətə gəldim: muğam sənətinin kökü birdir. Ərəb, fars, bəluc, kürd, hind, əfqan, türk və başqa millətlər oturub birdən eyni bir muğamın kökünü yarada bilməzdi. Muğam bir yerdə yaranıb, sonradan yayılıb. Bu, çox maraqlı və qürur doğuran bir faktdır. Şübhəsiz, ilk dövlət, əlifba, mədəniyyət demək olan Şumerlərin muğamla bağlılığı var. Muğamların tarixi ilə bağlı yazılı mənbələrdə mənə rast gələn məlumatlar Şumer dövrünə - çox qədimlərə gedib çıxır: miladdan qabaq III-IV minilliyə.

Şumerlərin kim olması ilə bağlı bir-birinə zidd fikirlər bu gün də var; amma tarix türklüyün tərəfindədir. "Şumer" adlı xalq olmayıb, bu, tarixi məfhum kimi götürülüb. Bunların hansı dilə mənsub olması haqda axtarışlar çoxdur. Yəhudi alimləri yəhudilərə, ərəblər özlərinə şumer dilini uyğunlaşdırmaq istədilər. Bizim alimlər - Elməddin Əlibəyzadə və Tariyel Vəli Nüvədili şumerlərin türk olmasını sübut edirlər. Hələ şumer dövründə əruz vəznindən də danışmaq olar. T.V.Nüvədilinin "Əcdad" kitabında çox maraqlı faktlar var. Təəssüf ki, elmi faktlarımız qabağa getdiyi dərəcədə də təbliğatımız çox geridədir. Baxın, (həmsöhbətim "Muğam tarixi" kitabını açır-E.Q.) bu tar 17 pilləli səs sisteminə malikdir. Bu rəsm XIX yüzilə aiddir. Burada 22 pərdədən söhbət gedir. Bu gün bizim Azərbaycan tarında da 22 pərdə var. Eyni tardır, sinədə çalınır. Bizdə bəziləri əsassız mühakimə yürüdürdülər ki, tar Azərbaycana XIX yüzilin II yarısında gətirilib. Hələ X yüzildə Həmədandan olan azərbaycanlı Baba Tahir Üryan yazırdı ki, (şeri farsca deyəndən sonra məzmununu açır -E.Q.), "Könlüm dəryada gilə batmış gəmiyə bənzəyir. Hamı deyir ki, Tahir, bir tar çal. Sınmış ürəkdən telin səsi çıxarmı?" Bu fikirlə də qane olmadılar. Sübut etdim ki, XIX yüzildə sinədə tar çalınıb, güldülər ki, düz demirəmmiş. Bu gün isə mən ictimaiyyətə Şumer dövründə çalınan tarı göstərirəm, yenə də adamın üzünə baxırlar. XIII yüzildə yaşamış soydaşımız Səfiəddin Urməvinin səs sistemini bütün alimlər qəbul edir: yəni orta yüzillərdə 17 pilləli səs sistemində musiqi çalınıb. Loqarifma riyazi düsturuyla sübut etdim ki, 17 pilləli səs sistemində fars, ərəb, heç özbək musiqisi də çalmaq mümkün deyil. Özbək musiqisinin kökündə İbn Sinanın səs sistemi durur. İndi onlar da 17 pilləli sistem kimi Urməvini qəbul edirlər, çünki onun səs sistemi daha təkmil idi.

Bu gün bizim tarda fars musiqisi çalmaq istəyən adam gərək tara altı əlavə pərdə bağlasın. Onda hansı fars alimi deyə bilər ki, XIII-XIV yüzildə fars musiqisi filan cür olub? Deyirlər ki, Urməvi ərəb musiqisinin banisidir. Ərəb musiqisinin kökü Urməvi ilə gəlir. Ancaq 17 pilləli Azərbaycan tarı ilə ərəb musiqisini çalmaq olmaz. Bir daha deyirəm ki, muğamların təməl yaradıcısı Azərbaycandır. Qaldı ki, muğamların ərəb-fars sözlərilə dolmasına; orta yüzillərdə dilimiz, mədəniyyətimiz bu dillərin təsirinə çox məruz qalıb".

Erməni kimi ruhsuz, yarımçıq bir millət də bu gün öz "muğamlar"ından dəm vurur. R.İmrani onların iddiasının tamamilə cəfəng oduğunu bildirir: "Ermənilər sinələrinə döyürlər ki, onların da orta yüzillərdə muğamları olub. Sübut etmişəm ki, erməninin muğamı ola bilməz. Muğam sadəcə, musiqi deyil, təfəkkür tərzidir".

Əlavə: 1881722.jpg (2.0 Kb)
 
MətnMusiqinin insan ruhuna təsiri danılmazdır. Bəşər mədəniyyətində Azərbaycan ruhunun zəngin ifadəsi olan incəsənətin, xüsusən də musiqinin - muğamlarımızın yeri çox ucadır. Sənətşünaslıq doktoru, professor Rafiq İmrani deyir ki, hələ qədim Şumerlərdə musiqini kifayət qədər öyrənmişdilər: "Qədim yunan alimləri də bu mövzuda maraqlı fikirlər söyləyiblər. Orta yüzillərdə S.Urməvi, Ə.Marağalı və başqalarının bu mövzuda araşdırmaları olub. Musiqi həyatın insana verdiyi ən gözəl nemətlərdən biridir. Elə bir insan, hətta heyvan və bitki yoxdur ki, musiqidən təsirlənməsin".

Müəllifi: - Administrator
Yazılma tarixi - 2009-Noyabr-12 saat 17:11
  • Page 1 of 1
  • 1
Search:
Yüklənir...