13:27 | Çərşənbə axşamı | 2024-Aprel-23
  • Page 1 of 1
  • 1
...:::BAAU Forum:::... » ..:::Ordan Burdan:::.. » İnternet-bir virtual dünya! » Windows (Microsoft Windowsun tarixi.)
Windows
Administrator Tarix: Çərşənbə axşamı, 2009-Noyabr-10, 13:41 | Sıra nömrəsi: 1

Yazıları: 72
Halaldır.
30
Windows Əməliyyat sistemi ilk dəfə 1985-ci ildə Microsoft firması tərəfindən yaradılmışdır. 1987-1989 illərdə Windows sistemində işləyən çoxlu sayda güclü və rahat proqramlar yaradıldı. Məsələn, Windows üçün Microsoft Word, Excel, Aldus PageMaker və s. Bu proqramların yayılması istifadəçilər arasında Windows sisteminin populyarlığının artmasına səbəb oldu.
1990-cı ildə yaradılmış Windows 3.0 versiyasından başlayaraq Windows müasir kompüterlər üçün standarta çevrildi.

Windows – müasir kompüterlərin istifadəsində yeni imkanlar açan bir sistem olub, proqramın yerinə yetirilməsi üçün rahat şərait yaradır.

Windows-un hər bir proqramı heç olmasa bir pəncərəyə malikdir. Bu pəncərə istifadəçini həmin proqram ilə işləməyə şərait yaradır. Windows sistemində manitorun ekranı «işçi masa» kimi təqdim olunur ki, bu masada (Рабочий стол) həmin anda işləyən proqramların pənсərələri yerləşmiş olurlar. Proqram kiçik təsvir (düymə) şəklində də göstərilə bilər ki, bu təsvir çox zaman «ikonka» adlanır. Təbii ki, hər hansı proqram (pəncərə) kiçik təsvir şəklində yığıla və yenidən normal vəziyyətə gətirilə bilər. Bu imkan Windows sistemində işləyərkən ekranın informasiya həcminin artmasına səbəb olur. Manipulyatordan istifadə isə Windows-da işləyən istifadəçilərin işini xeyli asanlaşdırır.

İnteqrasiya mühütü üçün xarakterik olan mətn və qrafik redaktorlar, verilənlər bazası və s. kimi proqramlara malik olmaqla yanaşı Windows sistemi öz şəxsi proqramlarını yaratmağa imkan verən geniş proqram interfeysini dəstəkləyir.
Windows əməliyyat sistemlərinin üstün cəhətləri:
Yüksək etibarlılığı və asan idarə olunması.
Aparat vasitələrinin yoxlanması.
İnternetə böyük daxili inteqrasiya.
İstifadənin yüngüllüyü və rahatlığı.
Eyni zamanda bir-neçə proqramdan istifadə mümkünlüyü.
Bir mətndə bir-neçə şrifdən istifadə mümkünlüyü və s.
Bir proqram başqa proqram vasitəsilə təşkil olunmuş verilənlərə müraciət edə bilər (DDB-Dinamic Data Exchange).
Multimediya prinsipini saxlayır. Windows vasitəsilə musiqi səsləndirmək, videokameraya baxmaq, animasiyalara baxmaq olar.

Əlavə: 6579302.jpg (3.0 Kb)
 
MətnWindows Əməliyyat sistemi ilk dəfə 1985-ci ildə Microsoft firması tərəfindən yaradılmışdır. 1987-1989 illərdə Windows sistemində işləyən çoxlu sayda güclü və rahat proqramlar yaradıldı. Məsələn, Windows üçün Microsoft Word, Excel, Aldus PageMaker və s. Bu proqramların yayılması istifadəçilər arasında Windows sisteminin populyarlığının artmasına səbəb oldu.
1990-cı ildə yaradılmış Windows 3.0 versiyasından başlayaraq Windows müasir kompüterlər üçün standarta çevrildi.

Windows – müasir kompüterlərin istifadəsində yeni imkanlar açan bir sistem olub, proqramın yerinə yetirilməsi üçün rahat şərait yaradır.

Windows-un hər bir proqramı heç olmasa bir pəncərəyə malikdir. Bu pəncərə istifadəçini həmin proqram ilə işləməyə şərait yaradır. Windows sistemində manitorun ekranı «işçi masa» kimi təqdim olunur ki, bu masada (Рабочий стол) həmin anda işləyən proqramların pənсərələri yerləşmiş olurlar. Proqram kiçik təsvir (düymə) şəklində də göstərilə bilər ki, bu təsvir çox zaman «ikonka» adlanır. Təbii ki, hər hansı proqram (pəncərə) kiçik təsvir şəklində yığıla və yenidən normal vəziyyətə gətirilə bilər. Bu imkan Windows sistemində işləyərkən ekranın informasiya həcminin artmasına səbəb olur. Manipulyatordan istifadə isə Windows-da işləyən istifadəçilərin işini xeyli asanlaşdırır.

İnteqrasiya mühütü üçün xarakterik olan mətn və qrafik redaktorlar, verilənlər bazası və s. kimi proqramlara malik olmaqla yanaşı Windows sistemi öz şəxsi proqramlarını yaratmağa imkan verən geniş proqram interfeysini dəstəkləyir.
Windows əməliyyat sistemlərinin üstün cəhətləri:
Yüksək etibarlılığı və asan idarə olunması.
Aparat vasitələrinin yoxlanması.
İnternetə böyük daxili inteqrasiya.
İstifadənin yüngüllüyü və rahatlığı.
Eyni zamanda bir-neçə proqramdan istifadə mümkünlüyü.
Bir mətndə bir-neçə şrifdən istifadə mümkünlüyü və s.
Bir proqram başqa proqram vasitəsilə təşkil olunmuş verilənlərə müraciət edə bilər (DDB-Dinamic Data Exchange).
Multimediya prinsipini saxlayır. Windows vasitəsilə musiqi səsləndirmək, videokameraya baxmaq, animasiyalara baxmaq olar.


Müəllifi: - Administrator
Yazılma tarixi - 2009-Noyabr-10 saat 13:41
...:::BAAU Forum:::... » ..:::Ordan Burdan:::.. » İnternet-bir virtual dünya! » Windows (Microsoft Windowsun tarixi.)
  • Page 1 of 1
  • 1
Search:
Yüklənir...