Added (2010-Fevral-22, 09:13:49) --------------------------------------------- Sual: Mendeleyev Bakının neft mədənlərini gəzmişdir (1864-1880), mədəndən çıxan bir yağı "fotonaftil" adlandırmışdır.
Sizcə sonralar amerikanlar bu fotonaftili apararaq ondan nə hazırlamışdır?
Ac Ol kIsI Ol Söhbət sosiskada deyil, adam gerek vnimatelni olsun
Her ne qeder duzdu bilmirem ama bele bir menbeden qaynaqlandim mende :P
Added (2010-Mart-17, 17:52:41) --------------------------------------------- Bacanağıgilə uçmaq üçün qanad açan ərəbin faciəsi
Qəzet yazarının “uçan araba” adlandırdığı Abbas bin Firnasa da yanaşması səthidir və yalnız onun özünə qanad taxıb dükana-bazara uça-uça alış-verişə gedib-gəldiyini söyləməklə kifayətlənir. Nə onun faciəli taleyini yada salır, nə də Kordoba əmirliyi tərəfindən uçduguna görə təqiblərə məruz qaldığını, dəfələrlə ruhanilər tərəfindən şallaqlandıgını dilə gətirir.
Əlimizdə olan, IX əsrə aid edilən tarixi mənbə - “Tarixi Məğribi Kəbir”də qeyd olunur ki, Abbas bin Firnas, doğrudan da, ilk uçan insandır. O, sonuncu uçuşu zamanı Kordoba şəhərindən 60 fərsəx uzaqlıqdakı Sevilya şəhərində yaşayan bacanağı İbn Heysəmgilə uça-uça gedərkən göydə susamış və yerə qonmağa məcbur olmuşdur. Havaya qalxmaq əsnasında onunla eyni bulaqdan su içən, yolu Sevilyaya olan bir yolçu ilə – belə deyək, dünyanın ilk uçan sərnişini ilə - sövdələşərək onu da 42 dirhəm müqabilində tərkinə mindirmiş və səmaya qalxmışdır. Lakin uçuş zamanı yas yerinə tələsdiyini bəhanə gətirən sərnişin xəncəri çıxarmış, ilk “təyyarə”nin boğazına dirəyib, sürəti artırmağı tələb etmiş, əks halda onu öldürəcəyi ilə hədələmişdir.
Mənbədə qeyd olunur ki, Abbas bin Firnas havanın rütubətli, qanadlarının isə nəm olduğunu əsas göstərib bundan artıq sürətlə uça bilməyəcəyini qudurğan sərnişininə söyləmiş və ilk “təyyarə” ilə ilk “sərnişin” arasında göydəcə mübahisə düşmüşdür. Sərnişinin yekəxanalığından hiddətlənən Bin Firnas uçmağın başını buraxaraq göydə onunla əlbəyaxa olmuş, sərnişin xəncərlə onun qanadlarını bir neçə yerdən yırtmışdır, nəticədə hər ikisi kəllə-mayallaq Pireney dağlarının qayalıqlarına çırpılmışlar. Bu faciəli hadisə tarixə həm də ilk təyyarə qəzası kimi düşmüşdür.
Added (2010-Aprel-15, 14:20:28) --------------------------------------------- Ayıların həyatını örgənən zooloq alimlər çöl şəraitində ayı orqanizminin bəzi gostəricilərini öyrənmək üçün uzaqdan yuxugətirici dərman dolu iynə ilə atəş açırlar. Sonra ayının gözlərini sarğı ilə bağlayırlar. Bunu nə üçün edirlər?
Ac Ol kIsI Ol Söhbət sosiskada deyil, adam gerek vnimatelni olsun