Çində Orxan Pamukun yarım milyon kitabı satılıb Çində Orxan Pamukun yarım milyon kitabı satılıb
Çində Orxan Pamukun yarım milyon kitabı satılıb
0
Nobel mükafatlı türk romançısı Orxan Pamuk Çində ən populyar yazarlardandır. Əhalisi 1 milyard 300 milyon nəfərdən çox olan ölkədə onun indiyəcən yarım milyon nüsxə kitabı satılıb.

Xüsusən çinli oxucular onun orta əsr Şərqindən bəhs edən "Mənim adım qırmızı" romanını sevirlər. Pamukun sonuncu romanı olan "Məsumiyyət muzeyi" də Çində ən çox oxunan 10 kitab siyahısına düşüb.

Qəzet yazıçının Çinin "Xinhua" agentliyinə verdiyi eksklüziv müsahibədən sitatlar verib. 2012-2013-cü illər Türkiyə və Çinin bir-birilərinə öz mədəniyyətlərini qarışılıqlı şəkildə təqdim etmək illəri elan edilib.

"Türkiyə və Çin modernləşmənin eyni yolu ilə gedirlər. Hər ikisi müasirləşmək istəyir, amma öz möhtəşəm ənələrini qoruyub saxlamaq şərtilə. Həm Çin, həm də Türkiyə mədəniyyəti qeyri-Qərb mədəniyyətidir. Bizim ənənələrimiz Qərb mədəniyyəti ilə üz-üzə gələndə ziddiyyət və travmalar yaşanır. Müasirlik və ənənələr arasındakı bu ziddiyyət mənim yazılarımın əsas mövzusudur" - deyə Pamuk agentliyə bildirib.

Gələn il Çində Türkiyə ili keçiriləcək. Bu yaxınlarda Pamuka Çinin ən nüfuzlu ədəbi qurumlarından biri - Nanfang Daily Media Group tərəfindən "Ən nüfuzlu beynəlxalq yazar" mükafatı verilib.

Pamuk Türkiyədə mədəniyyətlərin qarşılıqlı tanıdılması zamanı ilk növbədə adi insanların gündəlik yaşayışının, düşüncələrinin qabardılmasını vacib sayıb. Yazmaqda olduğu "Kafamda bir tuhaflık" adlanan yeni romanı (Roman işini itirən boza satıcısının hekayətini anladır. O, yaşadığı Konyanı tərk edib İstanbula üz tutur) haqda danışan yazıçı deyib: "Düşünürəm ki, çinli oxucular bu romanı sevəcək. Çünki çoxlu sayda insan iş tapmaq üçün Çinin qərbindən böyük şəhərlərə axışır. Türkiyədə də axır 40 ildə əhali bu cür miqrasiya edib".

Həm Türkiyədə, həm də Çində bir iqtisadi bum yaşandığını xatırladan Pamuk bunun nəticəsində yeni orta təbəqənin yaranacağını, onların isə yeni bir mədəniyyət formalaşdıracağını qeyd edib: "O mədəniyyət nə bizim qədim ənənələri imitasiya edəcək, nə də qlobal mədəniyyəti. Bu, qədim və qlobal mədəniyyətlərin ən yaxşı cəhətlərinin sintezi olmalıdır".



Yükləyib: ADMIN2012-Sentyabr-17 Çap Etmək
Şərhlərin sayı: 0
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı universitetdə təhsil almaq istərdiniz?
  
  

Səs verib: 1020-nəfər!  
  
Şəxsi Kabinet
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 2
Qonaq: 2
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar