Bölmə» Azərbaycan
Bakıda möhtəşəm layihə tamamlanır – FOTOLAR
1
Layihə ərazidə 6 tunelin, 10 piyada keçidinin inşasını və əlaqədar yolların genişləndirilməsini nəzərdə tutur. İlk olaraq "Gənclik” metrostansiyasının Atatürk prospektinə çıxan girişinin "Qələbə meydanı”nın mərkəzinə doğru yerdəyişməsi həyata keçirilib. F.Xoyski küçəsini N.Yusifbəyli küçəsilə birləşdirən yol hissəsi tamamlanaraq istifadəyə verilib. Tunellərin ümumi uzunluğu 2 min 766, ümumi sahəsi isə 35 min 563 metrdir. Ərazidə işlərin aparılması üçün "Akkord” Korporasiyasının müvafiq mütəxəssislər qrupu, 300-ə yaxın işçi qüvvəsi və 40-a yaxın xüsusi texnikası fəaliyyət göstərir.
Qeyd edək ki, layihəyə 2010-cu ilin aprel ayından başlanılıb. Layihədə Atatürk və Vaqif prospektlərinin, həmçinin Atatürk prospekti ilə Əhməd bəy Ağaoğlu küçəsi vasitəsilə Təbriz prospektinin birləşdirilməsi nəzərdə tutulur.
Əlavə olaraq Təbriz küçəsilə hərəkət edən maşınlar "Gənclik” dairəsinə girmədən birbaşa tunellə Dərnəgül şosesinə çıxa biləcək, həmçinin F.X.Xoyski prospektinə qısa döngələrlə istiqamətlənmək də mümkün olacaq.
Eyni zamanda, Vaqif prospektindən gələn maşınlar F.X.Xoyski prospektinin altından keçərək, Atatürk prospektinə çıxacaq. Layihənin tam həyata keçirilməsilə "Gənclik” dairəsində avtomobil sıxlığının aradan qaldırılmasına, ərazidə avtomobillərin maneəsiz və işıqforsuz hərəkətinin təmininə nail olunacaq. İşlərin birinci mərhələsi 2013-cü ilin mayında başa çatdıqdan sonra 2-ci mərhələyə start veriləcək.
ANSPRESS
Şərhlərin sayı: 1 | |
Yazıb: Moonlight #1
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
1 Like!
Resmiler deyirdi 2012 artiq tikinti ili olmayacaq...sozlerinin ustunde de mohkem dayandilar;) :))
| |
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış
Bir az Sualımızda...
Şəxsi Kabinet
Ən son şərhlər və birinci 8-lik
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|
Statistika və dost saytlar
İstifadəçilər
Qonaqlar