Bölmə» Sevgi
Dünya bu sevgi hekayətindən danışır – FOTOLAR
0
ABŞ-da hər ikisinin 85 yaşı olan cütlük 48 il əvvəl boşanmışdı, ancaq bu günlərdə onlar yenidən evlənmək qərarına gəliblər. ANN.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Tennesi ştatının Çattanooqa şəhərində hələ 20 yaşları tamam olmayan Roland Devis və Lena Henderson cütlüyü evlənmiş və onların 4 uşağı olmuşdu.
Ancaq cütlüyün münasibətləri uzun çəkməmişdi, onlar 1964-cü ildə boşanmışdılar. Buna baxmayaraq, uşaqlarının istəyilə görüşən cütlük yaxşı dostluq münasibətləri qurmuşdu.
Cütlüyün münasibətləri Rolandın ikinci həyat yoldaşının ölümündən sonra yenidən istiləşib və onlar yenə bir-birinə aşiq olublar. Jurnalistlərə açıqlama verən Roland "bəli” cavabını aldıqdan sonra "Yenidən evlənə biləcəyimizi düşünürdüm”, – deyə etiraf edib.
ANN.Az
| Şərhlərin sayı: 0 | |
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış
Bir az Sualımızda...
Şəxsi Kabinet
Ən son şərhlər və birinci 8-lik
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|
Statistika və dost saytlar
İstifadəçilər

Qonaqlar



Yükləyib:
2012-Avqust-05
ahmetbr61 2016-Oktyabr-16 | 22:58




